Azerbaycan 2020 Yay Paralimpiya Oyunlarinda - Wikipedia
Azərbaycan 2021-ci ilin[a] 25 avqust–6 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində baş XVI Yay Paralimpiya Oyunlarında 36 idmançı ilə 6 idman növündə təmsil olundu.
Azərbaycan 2020 Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 36 idmançı (6 idman növündə) | ||||||||
Bayraqdar | Oloxan Musayev (açılış mərasimi) Lamiyə Vəliyeva (bağlanış mərasimi) | ||||||||
Medallar Yer: 10 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Azərbaycan Milli Paralimpiya Komandası XVI Yay Paralimpiya Oyunlarını 19 medalla (14 qızıl, 4 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Şahanə Hacıyeva (qızıl), Vüqar Şirinli (qızıl), Sevda Vəliyeva (qızıl), Xanım Hüseynova (qızıl), Hüseyn Rəhimli (qızıl), Dursədəf Kərimova (qızıl), Namiq Abaslı (bürünc) və İlham Zəkiyev (bürünc), yüngül atletlər Lamiyə Vəliyeva (qızıl və gümüş), Həmid Heydəri (qızıl), Elvin Astanov (qızıl), Orxan Aslanov (qızıl), Səid Nəcəfzadə (bürünc), üzgüçülər Roman Saleh (üç qızıl) və Vəli İsrafilov (qızıl), həmçinin pauerliftinqçi Pərvin Məmmədov (bürünc) medala sahib oldu.
XVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş və 5 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medalların sayına görə isə 20-ci pillədə qərarlaşdı.
Medalçıların siyahısı
redaktəAzərbaycan Milli Paralimpiya Komandası XVI Yay Paralimpiya Oyunlarını 19 medalla (14 qızıl, 4 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Şahanə Hacıyeva, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli və Dursədəf Kərimova, yüngül atletlər Lamiyə Vəliyeva, Həmid Heydəri, Elvin Astanov və Orxan Aslanov, üzgüçülər Roman Saleh və Vəli İsrafilov Paralimpiadanın qalib oldu.
Cüdo üzrə Azərbaycan yığması 6 qızıl və 2 bürünc medalla medal sıralanmasında birinci pillənin sahibi oldu. Yüngül atletlərdən ibarət yığma dörd qızıl, bir gümüş və bir bürünc medala, üzgüçülərdən ibarət yığma dörd qızıl medal, pauerliftinqçilərdən ibarət yığma isə bir bürünc medalla turniri başa vurdu.
Üç qızıl medala sahib olan üzgüçü Roman Saleh, bir Paralimpiada da üç qızıl medala sahib olan birinci Azərbaycan idmançısı oldu.
|
İdman növləri üzrə medal sıralanması
İdmançılar üzrə medal sıralanması
|
Komandanın heyəti
redaktəİdman mütəxəssislərinin rəylərinə əsasən Azərbaycan XVI Yay Paralimpiya Oyunlarına tarixinin ən iddialı heyətilə yollandı.[1]
Azərbaycan XVI Yay Paralimpiya Oyunlarında 6 idman növü üzrə 36 idmançı[b] ilə təmsil olundu.[1] Bu Azərbaycanın Paralimpiya Oyunlarında ən çox idmançı ilə təmsil olunduğu turnir oldu.[1] Bundan əvvəl Azərbaycan 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan Paralimpiya Oyunlarında 22 idmançı ilə təmsil olundu. Komandanın heyətində 36 idmançıdan 12-si qadın idi.[1] Bu da Azərbaycanın Paralimpiya Oyunları tarixində ciddi uğur idi. Bundan əvvəl 2012 və 2016-cı illərdə baş tutan turnirlərdə Azərbaycanı cəmi 5 qadın idmançı təmsil edirdi.
Azərbaycan 2012 və 2016-cı illərdə Paralimpiya Oyunlarında oxatma turnirində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növü üzrə vəsiqə qazana bilmədi.[1] Əvəzində Azərbaycan Paralimpiya Oyunlarında birinci dəfə taekvondo idman növü üzrə təmsil olundu.[c][1] Azərbaycan yığmasının heyətində ən çox yüngül atletlər — 12 nəfər və cüdoçular — 11 nəfər yer aldı.[1]
Komandanın heyətində 36 idmançıdan 24 nəfəri Paralimpiya Oyunlarının debütantı idi.[1] Paralimpiada təcrübəsi olan 12 idmançıdan 8 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — Paralimpiadanın qalibləri İlham Zəkiyev (cüdoçu), Oloxan Musayev (yüngül atlet), Ramil Qasımov (cüdoçu), gümüş medalçılar Yelena Çebanu (yüngül atlet), Yelena Taranova (atıcı), Kamil Əliyev (yüngül atlet), Roman Saleh (üzgüçü) və Həmid Heydəri[d] (yüngül atlet).[1]
Komandanın heyətində milliləşdirilən idmançılar da var idi.[1] Dörd il əvvəl Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan Paralimpiya Oyunlarında Azərbaycan yığmasının heyətində dörd milliləşdirilən idmançı yer almışdısa, bu səfər bu idmançıların sayı üç idi — yüngül atlet Yelena Çebanu (Ukraynadan), üzgüçü Roman Saleh (Belarusdan) və yüngül atlet Həmid Heydəri (İrandan).[1] Milliləşdirilən idmançılardan Roman Saleh üç qızıl medala, Həmid Heydəri isə bir qızıl medala sahib oldu.
Komandanın ən gənc üzvü 17 yaşlı üzgüçü Dana Şandıbina, ən yaşlı üzvü isə 60 yaşlı atıcı Yelena Taranova oldu.
Azərbaycan bayrağını XVI Yay Paralimpiya Oyunlarının açılış mərasimində 2008-ci il Paralimpiadasının qalibi olan yüngül atlet Oloxan Musayev, bağlanış mərasimində isə 2020-ci il Paralimpiadasının qalibi olan yüngül atlet Lamiyə Vəliyeva apardı.[1][2]
Azərbaycan Milli Paralimpiya Komandasının turnirdə şüarı "Yenilməzlər zəfər doğru !" oldu.[1]
|
Nəticələri
redaktəAtıcılıq
redaktə- Q — növbəti mərhələyə adladı
XVI Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 30 avqust-5 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 idmançı təmsil elədi: Kamran Zeynalov və Yelena Taranova.
Kamran Zeynalov və Yelena Taranova 2019-cu ildə Sidney şəhərində (Avstraliya) baş tutan atıcılıq üzrə Dünya Çempionatının nəticələrinə əsasən Paralimpiya Oyunlarına vəsiqə qazandı.[3][4] Paralimpiadadan əvvəl Kamran Zeynalov və Yelena Taranova iyulda Novi-Sad şəhərində (Serbiya) baş tutan Qran-Pri turnirində mübarizə apardı.[5]
Avqsutun 31-də Kamran Zeynalov və Yelena Taranova 10 metr məsafəyə tapança ilə atəş turnirlərində mübarizə apardı.[6] Əvvəlcə təsnifat mərhələsində 2000-ci il Sidney Paralimpiadasının gümüş medalçısı Yelena Taranova çıxış elədi və 538 xalla 18 idmançı sırasında 16-cı pillənin sahibi oldu.[6] Bununla da Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[6] Daha sonra isə Kamran Zeynalov mübarizə apardı və 542 xal topladı.[6] Bu nəticəyə əsasən Zeynalov təsnifat mərhələsini 27 idmançı sırasında 22-ci pillədə başa vurdu və o, da final mərhələsinə vəsiqə qazana bilmədi.[6]
Sentyabrın 2-də isə Yelena Taranova 25 metr məsafəyə tapança ilə atəş turnirində çıxış elədi.[7] Təsnifat mərhələsində Yelena Taranova 516 xal topladı və 30 idmançı sırasında 28-ci pillənin sahibi oldu.[7] Bununla da o, növbəti dəfə final mərhələsinə vəsiqə qazana bilmədi.[7]
Kamran Zeynalov və Yelena Taranova sentyabrın 4-də sonuncu turnirlərində mübarizə apardı.[8] 50 metr məsafəyə tapança ilə atəş turnirində Kamran Zeynalov 518 xal topladı və təsnifat mərhələsini 20-ci pillədə başa vurdu.[8] Yelena Taranova isə həmin turnirdə 502 xal topladı və təsnifat mərhələsində 34 idmançı sırasında 28-ci pillənin sahibi oldu.[8] Həm Kamran Zeynalov, həm də Yelena Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[8]
Kamran Zeynalov | 10 m., tapança, SH1 | ||||
50 m., tapança, SH1 | |||||
Yelena Taranova | 10 m., tapança, SH1 | ||||
25 m., tapança, SH1 | |||||
50 m., tapança, SH1 |
Cüdo
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
XVI Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlər 27 – 29 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 11 idmançı təmsil elədi: Vüqar Şirinli, Namiq Abaslı, Ramil Qasımov, Hüseyn Rəhimli, Kənan Abdullaxanlı, İlham Zəkiyev, Şahanə Hacıyeva, Bəsti Səfərova, Sevda Vəliyeva, Xanım Hüseynova və Dursədəf Kərimova.
İyunun 29-da Azərbaycan Milli Paralimpiya Komitəsi XVI Yay Paralimpiya Oyunlarına vəsiqə qazanan 11 idmançının adını elan elədi. Həmin idmançılar Dünya və Avropa Çempionatlarında, beynəlxalq turnirlərdə topladığları reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.[9]
Avqustun 27-də Vüqar Şirinli (-60 kq.), Namiq Abaslı (-66 kq.), Şahanə Hacıyeva (-48 kq.) və Bəsti Səfərova (-52 kq.) mübarizə apardı. 2016-cı ildə Kazan şəhərində (Rusiya) baş tutan cüdo üzrə Avropa Çempionatının bürünc medalına sahib olan Vüqar Şirinli, Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində Türkiyə nümayəndəsi Rəcəb Çiftçi ilə üz-üzə gəldi.[10] Son Dünya Çempionatının finalçısı olan Rəcəb Çiftçi ilə görüşdə Vüqar Şirinli rəqibinə ipponla qalib gəldi və Paralimpadanın yarım-final mərhələsinə adladı.[11] Bu mərhələdə onun rəqibi 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının bürünc medalına sahib olan Rumıniya təmsilçisi Alex Bologa ilə üz-üzə gəldi.[11] Həmin görüşdə Vüqar Şirinli rəqibinə vaza-ari ilə qalib gəldi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[11] Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Anuar Sarıyev oldu.[11] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün sonuna 20 saniyə qala Vüqar Şirinli rəqibinə ipponla qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[11][12] Vüqar Şirinli final görüşündən sonra müsahibəsində bunları bildirdi: "çempion olduğum üçün çox şadam. Bu mənim məqsədim idi. Yaponiyada bayrağımızı dalğalandıra bildiyim üçün şadam.".[13]
Namiq Abaslı isə Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).[10][11] Rəqibi finala vəsiqə qazandığı üçün Namiq Abaslı təsəlliverici qrupda mübarizə apardı.[11] Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Puerto-Riko təmsilçisi Luis Yabdiel Perez oldu.[11] Həmin görüşdə rəqibinə ipponla qalib gələn Namiq Abaslı, növbəti mərhələdə Rusiya Milli Paralimpiya Komitəsinin nümayəndəsi Victor Rudenho ilə üz-üzə gəldi.[11] Həmin görüşdə də rəqibindən üstün olan Namiq Abaslı, bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[11] Həlledici görüşdə onun rəqibi 2012-ci il London Paralimpiadasının qalibi olan Ukrayna təmsilçisi David Xorava oldu.[11] Həmin görüşdə rəqibinə vaza-ari ilə qalib gələn Namiq Abaslı, XVI Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[11]
Qadınların turnirində isə əvvəlcə Şahanə Hacıyeva tatami üstünə çıxdı.[11] 1/4 final mərhələsi çərçivəsində onun rəqibi Yaponiya nümayəndəsi Şizuha Hangai oldu.[10] Həmin görüşdə Şahanə Hacıyeva rəqibinə ipponla qalib gəldi və yarım-final mərhələsinə adladı.[11] Bu mərhələdə Şahanə Hacıyeva ardıcıl üç Paralimpiadanın bürünc medallarına sahib olan Rusiya Milli Paralimpiya Komitəsinin nümayəndəsi Victoriya Potapova ilə üz-üzə gəldi.[11] Təcrübəli rəqibi ilə görüşdə 21 yaşlı Şahanə Hacıyeva ipponla qələbə qazandı və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[11] Həlledici görüşdə onun rəqibi 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının qalibi, Dünya və Avropa Çempionatlarının qızıl medalçısı olan Fransa təmsilçisi Sandrine Martinet oldu.[11] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün əvvəlində Şahanə Hacıyeva vaza-ari balı qazansa da, görüşün sonuna beş saniyə qala rəqibi də vaza-ari balı qazandı və görüşün əsas vaxtında qalib müəyyənləşmədi.[11] Qızıl bal uğrunda hissənin 40-cı saniyəsində Şahanə Hacıyeva titullu rəqibinə ipponla qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[11][12][14] Şahanə Hacıyeva final görüşündən sonra müsahibəsində bunları bildirdi: "bu gənc yaşımda Paralimpiya Oyunlarının çempionu olduğum üçün şadam. Mən bu qələbəmi müəllimlərimə, valideynlərimə və şəhidlərimizə həsr edirəm".[15]
−52 kq. turnirində mübarizə aparan Bəsti Səfərova isə uğursuz çıxış elədi.[11] Bəsti Səfərova 1/4 final mərhələsində Yaponiya nümayəndəsi Yui Fucivara ilə üz-üzə gəldi və rəqibinə ipponla məğlub oldu.[10][11] Rəqibi finala vəsiqə qazandığı üçün Bəsti Səfərova təsəlliverici qrupda mübarizə apardı.[11] Bu mərhələdə onun rəqibi Ukrayna təmsilçisi Natalya Niholayçuh oldu.[11] Bəsti Səfərova bu görüşdə də rəqibinə məğlub oldu və Paralimpiadanı 7-ci pillədə başa vurdu.[11]
Avqustun 29-da Ramil Qasımov (-73 kq.), Hüseyn Rəhimli (-81 kq.), Sevda Vəliyeva (-57 kq.) və Xanım Hüseynova (-63 kq.) mübarizə apardı.[16] 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının qalibi olan Ramil Qasımov, 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Temircan Daulet ilə üz-üzə gəlməli idi. Amma Ramil Qasımovdan COVID-19 (Koronavirus) üçün götürülən analiz nümunəsi müsbət çıxdığı üçün turnirdə mübarizə apara bilmədi.[16]
−81 kq. turnirində mübarizə aparan Hüseyn Rəhimli, Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində Birləşmiş Krallıq nümayəndəsi Daniel Povell ilə üz-üzə gəldi.[16] Daniel Povell ilə görüşdə Hüseyn Rəhimli rəqibinə ipponla qalib gəldi və Paralimpadanın yarım-final mərhələsinə adladı.[16] Bu mərhələdə onun rəqibi 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib olan Cənubi Koreya təmsilçisi Li Yun-Min ilə üz-üzə gəldi.[16] Həmin görüşdə Hüseyn Rəhimli rəqibinə ipponla qalib gəldi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[16] Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Davurxon Karomatov oldu.[16] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün 1:50-ci dəqiqəsində Hüseyn Rəhimli vaza-ari balı qazansa da, bir dəqiqə sonra rəqib də vaza-ari balı qazandı və görüşün əsas vaxtında qalib müəyyənləşmədi.[16] Qızıl bal uğrunda hissənin 26-cı saniyəsində Hüseyn Rəhimli rəqibinə ipponla qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[16]
Qadınların turnirində isə əvvəlcə Sevda Vəliyeva tatami üstünə çıxdı.[16] 1/4 final mərhələsi çərçivəsində onun rəqibi Qazaxıstan nümayəndəsi Dayana Fedossova oldu.[16] Həmin görüşdə Sevda Vəliyeva rəqibinə ipponla qalib gəldi və yarım-final mərhələsinə adladı.[16] Bu mərhələdə Sevda Vəliyeva Türkiyə nümayəndəsi Zeynəb Çeli ilə üz-üzə gəldi.[16] Həmin görüşdə də Sevda Vəliyeva ipponla qələbə qazandı və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[16] Həlledici görüşdə onun rəqibi Özbəkistan təmsilçisi Pərvinə Səməndərova oldu.[16] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Sevda Vəliyeva rəqibinə vaza-ari ilə qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[16][17]
Daha sonra isə −63 kq. turnirində Xanım Hüseynova mübarizə apardı.[16] 1/4 final mərhələsi çərçivəsində onun rəqibi Yaponiya nümayəndəsi Hiroho Kudo oldu.[16] Həmin görüşdə Xanım Hüseynova rəqibinə ipponla qalib gəldi və yarım-final mərhələsinə adladı.[16] Bu mərhələdə Xanım Hüseynova Çin nümayəndəsi Van Yu ilə üz-üzə gəldi.[16] Həmin görüşdə Xanım Hüseynova vaza-ari ilə qələbə qazandı və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[16] Həlledici görüşdə onun rəqibi 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib olan Ukrayna təmsilçisi İrina Qusiyeva oldu.[16] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Xanım Hüseynova rəqibinə vaza-ari ilə qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib oldu.[16][18]
Avqustun 30-da Kənan Abdullaxanlı (-100 kq.), İlham Zəkiyev (+100 kq.), və Dursədəf Kərimova (+70 kq.) mübarizə apardı.[19] −100 kq. turnirində mübarizə aparan Kənan Abdullaxanlı uğursuz çıxış elədi.[19] Kənan Abdullaxanlı 1/8 final mərhələsində 2012-ci il London Paralimpiadasının finalçısı olan Özbəkistan nümayəndəsi Şərif Xəlilov ilə üz-üzə gəldi və rəqibinə ipponla məğlub oldu.[19] Rəqibi finala vəsiqə qazanmadığı üçün Kənan Abdullaxanlı təsəlliverici qrupda mübarizə apara bilmədi və Paralimpiadanı onuncu pillədə başa vurdu.[19]
2004 və 2008-ci illərdə Paralimpiadaların qalibi olan İlham Zəkiyev isə Paralimpiadanın 1/8 final mərhələsində Birləşmiş Krallıq nümayəndəsi Ce Hocsona vaza-ari ilə qalib gəlsə də, 1/4 final mərhələsində Cənubi Koreya nümayəndəsi Ço Kvan-Quna məğlub oldu (00:01).[19] Rəqibi finala vəsiqə qazandığı üçün İlham Zəkiyev təsəlliverici qrupda mübarizə apardı.[19] Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Yamayka təmsilçisi Teador Subba oldu.[19] Həmin görüşdə rəqibinə ipponla qalib gələn İlham Zəkiyev, bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[19] Həlledici görüşdə onun rəqibi 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının bürünc medalına olan Özbəkistan təmsilçisi Şirin Şərifov olmalı idi.[19] Amma turnirin yarım-final mərhələsində Şirin Şərifov Gürcüstandan olan rəqibinə qadağan olunan fənd tətbiq elədiyinə görə referilər tərəfindən turnirdən uzaqlaşdırıldı.[19] Bununla da İlham Zəkiyev, XVI Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[19]
Qadınların turnirində isə Dursədəf Kərimova tatami üstünə çıxdı. 1/4 final mərhələsi çərçivəsində onun rəqibi Ukrayna nümayəndəsi Anastasiya Qarni oldu. Həmin görüşdə Dursədəf Kərimova rəqibinə ipponla qalib gəldi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə Dursədəf Kərimova Braziliya nümayəndəsi Me Emmeriç ilə üz-üzə gəldi. Həmin görüşdə də Dursədəf Kərimova ipponla qələbə qazandı və Paralimpiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Qazaxıstan təmsilçisi Zarina Batbatina oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Dursədəf Kərimova bu səfər də rəqibinə ipponla qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[19][20]
Cüdo üzrə Azərbaycan yığması XVI Yay Paralimpiya Oyunlarını 6 qızıl və 2 bürünc olmaqla 8 medalla başa vurdu. Bununla da cüdo Azərbaycan yığması medal sıralanmasında 22 dövlət arasında birinci pillənin sahibi oldu.[21]
Vüqar Şirinli | -60 kq. | Qəl. 10:00 |
Qəl. 01:00 |
Qəl. 10:01 |
||||
Namiq Abaslı | -66 kq. | Məğ. 00:01 |
Qəl. 10:00 |
Qəl. 01:00 |
Qəl. 01:00 |
|||
Ramil Qasımov | -73 kq. | Məğ. DNS |
||||||
Hüseyn Rəhimli | -81 kq. | Qəl. 11:00 |
Qəl. 10:00 |
Qəl. 11:01 |
||||
Kənan Abdullaxanlı | -100 kq. | Məğ. 00:10 |
||||||
İlham Zəkiyev | +100 kq. | Qəl. 01:00 |
Məğ. 00:01 |
Qəl. 10:00 |
Qəl. DNS[f] |
|||
Şahanə Hacıyeva | -48 kq. | Qəl. 10:00 |
Qəl. 10:00 |
Qəl. 10:01 |
||||
Bəsti Səfərova | -52 kq. | Məğ. 00:10 |
Məğ. 00:10 |
|||||
Sevda Vəliyeva | -57 kq. | Qəl. 10:00 |
Qəl. 01:00 |
Qəl. 01:00 |
||||
Xanım Hüseynova | -63 kq. | Qəl. 10:00 |
Qəl. 01:00 |
Qəl. 01:00 |
||||
Dursədəf Kərimova | +70 kq. | Qəl. 10:00 |
Qəl. 11:01 |
Qəl. 10:00 |
Pauerliftinq
redaktə- NM — nəticə qeydə alınmadı
XVI Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə turnirlər 26 – 30 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə dörd idmançı təmsil elədi: Pərvin Məmmədov, Nurlan Babacanov, Elşən Hüseynov və Şamo Aslanov.
Əvvəlcə avqustun 26-da Pərvin Məmmədov mübarizə apardı.[22] Birinci cəhdində 148 kiloqramlıq, növbəti cəhdində isə 156 kiloqramlıq ştanqın öhdəsindən gələn Pərvin Məmmədov, ümumi nəticədə İordaniya və Vyetnam idmançılarından sonra turniri üçüncü pillədə başa vurdu və XVI Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[22][23] Pərvin Məmmədov turnirdən sonra müsahibəsində bunları bildirdi: "Mən bürünc medala sahib olduğum üçün çox şadam. Hələ də inana bilmirəm. Elə bil yuxudur. Məşqçimlə birgə xeyli əziyyətlərimiz oldu və bu əziyyətlərimiz yerdə qalmadı".[24] Pərvin Məmmədov həm də pauerliftinq idman növü üzrə Azərbaycana Paralimpiya Oyunlarında medal qazandıran birinci idmançı oldu.
Daha sonra turnirdə Nurlan Bacanov mübarizə apardı.[25] Birinci cəhdində 185 kiloqramlıq ştanqın öhdəsindən gələn Nurlan Babacanovun növbəti cəhdləri uğursuz alındı.[25] Bununla da Nurlan Babacanov ümumi nəticədə XVI Yay Paralimpiya Oyunlarını 8 idmançı sırasında 7-ci pillədə başa vurdu.[25]
Avqustun 30-da isə Elşən Hüseynov və Şamo Aslanov mübarizə apardı.[26] Həm Elşən Hüseynov, həm də Şamo Aslanov turnirdə uğursuz çıxış elədi.[26] Onlardan heç biri üç cəhdində ştanqı qaldıra bilmədi və nəticədə XVI Yay Paralimpiya Oyunlarını sonuncu pillədə başa vurdu.[26]
Pərvin Məmmədov | -49 kq. | |||||
Nurlan Babacanov | -97 kq. | |||||
Elşən Hüseynov | -107 kq. | |||||
Şamo Aslanov | +107 kq. |
Taekvondo
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
XVI Yay Paralimpiya Oyunlarında taekvondo idman növü üzrə turnirlər 2 – 4 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə dörd idmançı təmsil elədi: İmaməddin Xəlilov, Əbülfəz Abuzərli, Röyalə Fətəliyeva və Aynur Məmmədova.
İmaməddin Xəlilov, Əbülfəz Abuzərli, Röyalə Fətəliyeva və Aynur Məmmədova 2021-ci ildə Sofiya şəhərində (Bolqarıstan) baş tutan Avropa Paralimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Paralimpiya Oyunlarına vəsiqə qazandı.[27]
Bu idman növü üzrə Azərbaycanın əsas medal ümidlərindən biri hesab olunan, 2 dəfə Dünya, 4 dəfə isə Avropa Çempionatlarının qalibi olan Aynur Məmmədova, ondan COVID-19 (Koronavirus) üçün götürülən analiz nümunəsi müsbət çıxdığı üçün turnirdə mübarizə apara bilmədi.[28][29]
Sentyabrın 2-də İmaməddin Xəlilov və Röyalə Fətəliyeva mübarizə apardı.[30] İmaməddin Xəlilov 1/8 final mərhələsində Rusiya Milli Paralimpiya Komitəsinin nümayəndəsi Daniil Sidorova 18:25 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[30] İmaməddin Xəlilov bu mərhələnin birinci görüşündə Yaponiya nümayəndəsi Mitsuya Tanaha ilə üz-üzə gəldi və rəqibi üzərində 20:15 hesabı ilə qələbə qazandı.[30] Növbəti görüşdə onun rəqibi 4 dəfə Dünya Çempionatının qalibi olan Fransa nümayəndəsi Bofa Kon oldu.[30] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İmaməddin Xəlilov təcrübəli və titullu rəqibinə 26:28 hesabı ilə məğlub oldu və XVI Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.[30]
Qadınların turnirində mübarizə aparan Röyalə Fətəliyeva isə 1/8 final mərhələsində 2019-cu il Dünya Çempionatının qalibi olan Tailand nümayəndəsi Xvansuda Fuanqhitçaya 4:16 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[30] Röyalə Fətəliyeva bu mərhələnin birinci görüşündə Hindistan nümayəndəsi Aruna Tanvar ilə üz-üzə gəldi və rəqibi turnirdən uzaqlaşdırıldığına görə qələbə qazandı.[30] Növbəti görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Victoriya Marçuh oldu.[30] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Röyalə Fətəliyeva rəqibinə 20:26 hesabı ilə məğlub oldu və XVI Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.[30]
Paralimpiadanın növbəti günündə isə Əbülfəz Abuzərli mübarizə apardı.[31] Əbülfəz Abuzərli 1/8 final mərhələsində Filippin nümayəndəsi Allain Qanapin ilə üz-üzə gəlməli idi.[31] Amma Allain Qanapindən COVID-19 (Koronavirus) üçün götürülən analiz nümunəsi müsbət çıxdığı üçün turnirdə mübarizə apara bilmədi və Əbülfəz Abuzərli növbəti mərhələyə adladı.[31] Bu mərhələdə onun rəqibi Meksika nümayəndəsi Xuan Dieqo Qarsiya Lopez oldu.[31] Həmin görüşdə Əbülfəz Abuzərli rəqibinə 5:38 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[31] Əbülfəz Abuzərli bu mərhələnin birinci görüşündə Ukrayna nümayəndəsi Anton Şvets ilə üz-üzə gəldi və rəqibi üzərində 60:36 hesabı ilə qələbə qazandı.[31] Növbəti görüşdə onun rəqibi Cənubi Koreya nümayəndəsi Yo Yon-Hun oldu.[31] Nəticədə Əbülfəz Abuzərli rəqibinə 32:46 hesabı ilə məğlub oldu və XVI Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.[31]
İmaməddin Xəlilov | -61 kq. | Məğ. 18:25 |
Qəl. 20:15 |
Məğ. 26:28 |
||||
Əbülfəz Abuzərli | -75 kq. | Qəl. DSQ |
Məğ. 5:38 |
Qəl. 60:36 |
Məğ. 32:46 |
|||
Röyalə Fətəliyeva | -49 kq. | Məğ. 4:16 |
Qəl. WD |
Məğ. 20:36 |
||||
Aynur Məmmədova | +58 kq. | Məğ. DNS |
Üzgüçülük
redaktə- Q — növbəti mərhələyə adladı
XVI Yay Paralimpiya Oyunlarında üzgüçülərin turnirləri 25 avqust-2 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə üç idmançı təmsil elədi: Vəli İsrafilov, Roman Saleh və Dana Şandıbina.
Avqustun 27-də 100 metr məsafəyə arxaüstə üzmə turnirində Roman Saleh mübarizə apardı. 8 idmançının mübarizə apardığı final mərhələsində Roman Saleh 1:00.30 dəqiqə nəticə göstərdi və XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib olsu.[32] Bununla da Roman Saleh 2012-ci il London Paralimpiadasının qalibi olan Natali Proninadan sonra bu idman növü üzrə qızıl medala sahib olan birinci idmançı oldu.
Daha sonra Roman Saleh 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirində mübarizə apardı.[33] Təsnifat mərhələsində 22.98 saniyə nəticə göstərən Roman Saleh, 8 idmançı sırasında 3-cü pillənin sahibi oldu və final mərhələsinə adladı.[33] Bu mərhələdə isə Roman Saleh 22.85 saniyə nəticə göstərdi və turniri dördüncü pillədə başa vurdu.[33]
Avqustun 31-də Roman Saleh 100 metr məsafəyə sərbəst üsulla üzmə turnirində mübarizə apardı.[34] Turnirin təsnifat mərhələsində 52.88 saniyə nəticə göstərən Roman Saleh, 4 idmançı sırasında 2-ci pillənin sahibi oldu və final mərhələsinə adladı.[34] Final mərhələsində isə Roman Saleh 52.68 saniyə nəticə göstərdi və növbəti dəfə XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib oldu.[34] Bununla da Roman Saleh cüdoçu İlham Zəkiyev və yüngül atlet Oleq Panyutindən sonra 2 dəfə Paralimpiya Oyunlarının qalibi olmağı bacaran üçüncü idmançı oldu.[35]
Sentyabrın 1-də Azərbaycan yığmasının 18 yaşlı üzgüçüsü Vəli İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirdə mübarizə apardı.[36] 8 idmançının mübarizə apardığı final mərhələsində Vəli İsrafilov 1:04.86 dəqiqə nəticə göstərdi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[36][37] Vəli İsrafilov həm də 2016-cı ildə Belarus nümayəndəsi Vladimir İzotu tərəfindən müəyyən olunan Paralimpiya rekordunu (1:06.82) da yenilədi.[36] Həmin gün qadınların 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirində mübarizə aparan 17 yaşlı Dana Şandıbina isə təsnifat mərhələsində 1:24.50 dəqiqə nəticə göstərdi və mərhələni 8 idmançı sırasında 5-ci pillədə başa vurdu.[36]
Sonda Vəli İsrafilov və Roman Saleh 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində mübarizə apardı.[38] Beş idmançının mübarizə apardığı təsnifat mərhələsində Vəli İsrafilov 1:10.58 dəqiqə nəticə göstərdi və beşini pillənin, Roman Saleh isə 58.99 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu.[38] Bu nəticələrə əsasən sadəcə Roman Saleh final mərhələsinə adladı.[38] 8 idmançının mübarizə apardığı final mərhələsində Roman Saleh 56.80 saniyə nətiə göstərdi və XVI Yay Paralimpiya Oyunlarında özünün üçüncü qızıl medalına sahib oldu.[38] Roman Saleh Azərbaycanın idman tarixinə üç dəfə Paralimpiya Oyunlarının qızıl medalına sahib olan birinci idmançı olaraq düşdü.[39]
Vəli İsrafilov | 100 m., brass, SB12 | ||||
100 m., batterflay, S12 | |||||
Roman Saleh | 50 m., sərbəst, S13 | ||||
100 m., sərbəst, S12 | |||||
100 m., arxasıüstə, S12 | |||||
100 m., batterflay, S12 | |||||
Dana Şandıbina | 100 m., brass, SB13 |
Yüngül atletika
redaktə- Q — növbəti mərhələyə adladı
Avqustun 27-də nüvə itələmə turnirində 2008-ci il Paralimpiadasının qalibi Oloxan Musayev mübarizə apardı.[40] Turnirin final mərhələsində Oloxan Musayev 11.88 metr nəticə göstərdi və beşinci pillənin sahibi oldu.[40] Üç gün sonra isə Oloxan Musayev lövhə atma turnirində də çıxış elədi.[41] Həmin turnirdə 36.92 metr nəticə göstərən Oloxan Musayev, Paralimpiadanı 8 idmançı sırasında 7-ci pillədə başa vurdu.[41]
Avqustun 28-də nizə atma turniri baş tutdu.[42] 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib olan İran əsilli Həmid Heydəri, 2020-ci ildən Azərbaycanı təmsil edirdi.[42] 12 idmançının mübarizə apardığı final mərhələsində Həmid Heydəri 50.42 metr nəticə göstərdi və XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahibi oldu.[42][43][44] Həmid Heydəri həm də 2016-cı ildə İran nümayəndəsi Məhəmməd Halvandi tərəfindən müəyyən olunan Paralimpiya rekordunu (46.12 metr) və 2019-cu ildə Braziliya nümayəndəsi Sisero Valdiran Lins Nobre tərəfindən müəyyən olunan Dünya rekordunu (48.26 metr) yenilədi.[42] Həmid Heydəri final mərhələsindən sonra müsahibəsində bunları bildirdi: "Paralimpiadanın qalibi olmağı bacardım. Rəqiblərim güclü idi. Özümə inandım və qızıl medalın sahibi oldum. Qələbəmi Azərbaycan millətinə həsr edirəm".[45]
Avqustun 29-da nüvə itələmə turnirində Elvin Astanov və 100 metr məsafəyə qaçış turnirində Elmir Cəbrayılov mübarizə apardı. Doqquz idmançının mübarizə apardığı final mərhələsində Elvin Astanov 8.77 metr nəticə göstərdi.[46] Bu nəticəyə əsasən Elvin Astanov XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[46] Elvin Astanov həm də 2008-ci ildə müəyyən olunan Paralimpiya rekordunu da (8.72 metr) yenilədi.[46][47] 100 metr məsafəyə qaçış turnirində çıxış edən Elmir Cəbrayılov isə təsnifat mərhələsini bitirə bilmədi və mərhələni beş idmançı sırasında sonuncu pillədə başa vurdu.[48]
Avqustun 30-da uzunluğa tullanma turniri baş tutdu.[49] Bu turnirdə Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının gümüş medalçısı Kamil Əliyev və 22 yaşlı atlet Səid Nəcəfzadə təmsil elədi.[49] On idmançının mübarizə apardığı final mərhələsində 6.88 metr nəticə göstərən Kamil Əliyev, beşinci pillənin sahibi oldu.[49] Səid Nəcəfzadə isə 7.02 metr nəticə göstərdi və XVI Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[49][50]
Avqustun 31-də isə qadınların 100 metr məsafəyə qaçış turniri baş tutdu.[51] Bu turnirdə Azərbaycanı üç idmançı — Lamiyə Vəliyeva, Yelena Çebanu və Yuliya Yanovsxaya.[51] Komandanın heyətində ən təcrübəli atlet 2016-cı il Rio-de-Janeyro Paralimpiadasında üç medala sahib olan Yelena Çebanu hesab olunurdu. Lamiyə Vəliyeva və Yuliya Yanovsxaya isə Paralimpiadanın debütantı və gənc idmançı hesab olunurdu. Təsnifat mərhələsində əvvəlcə Lamiyə Vəliyeva mübarizə apardı.[51] "A" qrupunda çıxış edən atlet, 12.08 saniyə nəticə göstərdi və altı idmançı sırasında birinci pillənin sahibi oldu.[51] Bununla da Lamiyə Vəliyeva final mərhələsinə adladı.[51] Daha sonra "B" qrupunda çıxış edən Yuliya Yanovsxaya mübarizə apardı.[51] 12.40 saniyə nəticə göstərən gənc atlet mərhələni altı idmançı sırasında üçüncü pillədə başa vurdu və final mərhələsinə adladı.[51] Sonda "С" qrupunda çıxış edən Yelena Çebanu mübarizə apardı və 12.16 saniyə nəticə göstərdi.[51] Bununla da altı idmançı sırasında birinci pillənin sahibi olan Yelena Çebanu da final mərhələsinə vəsiqə qazandı.[51][52] 8 idmançının mübarizə apardığı final mərhələsinin əsas favoriti 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının qalibi olan Leyla Acametova hesab olunurdu. Amma final mərhələsində gözlənilməz nəticələr qeydə alındı. Turnirin qalibi 11.96 saniyə nəticə göstərən İspaniya nümayəndəsi Adiaratu İqlesias Forneiro oldu.[51] Ondan cəmi 0.03 saniyə geri qalan Lamiyə Vəliyeva isə XVI Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[51] Yuliya Yanovsxaya 12:30 saniyə nəticə ilə dördüncü, Yelena Çebanu isə 12:40 saniyə nəticə ilə yeddinci pillələrin sahibi oldu.[51][53]
Sentyabrın 1-də 400 metr məsafəyə qaçış turnirində Elmir Cəbrayılov mübarizə apardı.[54] Təsnifat mərhələsində 52.16 saniyə nəticə göstərən Elmir Cəbrayılov, mərhələni 8 idmançı sırasında 5-ci pillədə başa vurdu və Paralimpiadada mübarizəsini dayandırdı.[54]
Sentyabrın 2-də nizə atma turnirində Orxan Qasımov mübarizə apardı.[55] Turnirdə 58.96 metr nəticə göstərən Orxan Qasımov, yeddi atlet sırasında beşinci pillənin sahibi oldu.[55]
Sentyabrın 2-də həm də qadınların 400 metr məsafəyə qaçış turniri baş tutdu.[56] Bu turnirdə Azərbaycanı Lamiyə Vəliyeva və Yuliya Yanovsxaya təmsil elədi.[56] Təsnifat mərhələsinin "B" qrupunda çıxış edən Yuliya Yanovsxaya 56.55 saniyə nəticə göstərdi və 6 idmançı sırasında 2-ci pillənin sahibi oldu.[56] Bununla da Yuliya Yanovsxaya final mərhələsinə adladı. "C" qrupunda çıxış edən Lamiyə Vəliyeva isə 55.70 saniyə nəticə göstərdi və mərhələni 5 idmançı sırasında 2-ci pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazandı.[56] Lamiyə Vəliyeva ancaq 100 metr məsafəyə qaçış turnirin qalibi olan İspaniya nümayəndəsi Adiaratu İqlesias Forneirdən 0.01 saniyə geri qaldı.[56] Final mərhələsi sentyabrın 4-də baş tutdu.[56]
Sentyabrın 4-də baş tutan final mərhələsinin əsas favoriti 100 metr məsafəyə qaçışda qızıl medala sahib olan İspaniya nümayəndəsi Adiaratu İqlesias Forneir hesab olunurdu.[57] Amma idman mütəxəssislərinin ehtimalları özünü doğrultmadı.[57] 8 idmançının mübarizə apardığı final mərhələsində Lamiyə Vəliyeva 55.00 saniyə nəticə göstərdi və XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib oldu.[57] Lamiyə Vəliyeva həm də 2012-ci ildə Kuba atleti Omara Durand tərəfindən müəyyən olunan Paralimpiya rekordunu da (55.12 saniyə) yenilədi. Final mərhələsində çıxış edən digər atlet Yuliya Yanovsxaya isə 56.18 saniyə nəticə göstərdi və beşinci pillənin sahibi oldu.[57][58] Final mərhələsində sonra Lamiyə Vəliyeva müsahibəsində bunları bildirdi: "Azərbaycana qızıl medal qazandırdığım üçün şadam. Özümlə fəxr edirəm. Rəqiblərim çox güclü idi. Mən buna hazır idim. Ona görə də qalib gəldim. Bu hələ başlanğıcdır. 2024 Paris Paralimpiadasına hazırlaşacam".[59]
Həmin gün həm də nüvə itələmə turnirində Samir Nəbiyev, uzunluğa tullanma turnirində isə Orxan Aslanov mübarizə apardı. 15 idmançının mübarizə apardığı final mərhələsində 12.12 metr nəticə göstərən Samir Nəbiyev, Paralimpiadanı yeddinci pillədə başa vurdu.[60] Uzunluğa tullanma turnirində çıxış edən Orxan Aslanov isə final mərhələsində 7.36 metr nəticə göstərdi.[61] Bununla da Orxan Aslanov turniri 8 idmançı sırasında birinci pillədə başa vurdu və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[58][61]
Ümumi olaraq Azərbaycan yüngül atletləri XVI Yay Paralimpiya Oyunlarını 4 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurdu. Nəticədə Azərbaycan medal sıralanmasında 65 dövlət arasında 17-ci pillədə qərarlaşdı.
Elmir Cəbrayılov | 100 m., T12 | ||||
400 m., T12 | |||||
Kamil Əliyev | Uzunluğa tullanma, T12 | ||||
Səid Nəcəfzadə | |||||
Orxan Aslanov | Uzunluğa tullanma, T13 | ||||
Elvin Astanov | Nüvə itələmə, F53 | ||||
Oloxan Musayev | Nüvə itələmə, F55 | ||||
Lövhə atma, F56 | |||||
Samir Nəbiyev | Nüvə itələmə, F57 | ||||
Orxan Qasımov | Nizə atma, F13 | ||||
Həmid Heydəri | Nizə atma, F57 | ||||
Yelena Çebanu | 100 m., T13 | ||||
Lamiyə Vəliyeva | 100 m., T13 | ||||
400 m., T13 | |||||
Yuliya Yanovsxaya | 100 m., T13 | ||||
400 m., T13 |
Paralimpiadanın nəticələri
redaktəXVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla 19 medala sahib olan Azərbaycan tarixi uğura imza atdı.
Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 162 dövlət[h] arasında 10-cu pillənin, medalların sayına görə isə 20-ci pillənin sahibi oldu. Avropa Paralimpiya Komitəsinə (EPC) üzv olan 44 dövlət arasında medalların əyarına görə 6-cı, medalların sayına görə isə 10-cu pillənin sahibi olan Azərbaycan, postsovet dövlətləri arasında medalların əyarına görə və medalların sayına görə üçüncü pillədə qərarlaşdı. İslam dövləti arasında isə medalların əyarına görə Azərbaycan, medalların sayına görə isə İran idmançıları birinci pillədə qərarlaşdı.
Paralimpiadadan sonra
redaktəAzərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Paralimpiada da qızıl medal qazanan idmançıya 200 000 ₼ (onun məşqçisinə 100 000 ₼), gümüş medal qazanan idmançıya 100 000 ₼ (onun məşqçisinə 50 000 ₼), bürünc medal qazanan idmançıya 50 000 ₼ (onun məşqçisinə isə 25 000 ₼) məbləğində pul mükafatı müəyyən edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Roman Saleh, Həmid Heydəri və Elvin Astanov "Şöhrət" ordeni ilə, Şahanə Hacıyeva, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Dursədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva, Orxan Aslanov və İlham Zəkiyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Pərvin Məmmədov, Namiq Abaslı və Səid Nəcəfzadə isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[62]
Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülərdən ibarət yığmasının baş məşqçisi Alaverdi Culfayev, qadın cüdoçulardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və yüngül atletlər Elvin Astanov və Səid Nəcəfzadənin şəxsi məşqçisi Vladimir Zayets 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edildi.[62] Kişilərdən ibarət cüdo yığmasının baş məşqçisi İbrahim İbrahimov, məşqçiləri Azad Zahidov və Fərid Ağakişiyev, qadınlardan ibarət cüdo yığmasının baş məşqçisi İmamverdi Məmmədov, yüngül atletlərdən ibarət yığmanın baş məqşçisi Oleq Panyutin, məşqçisi Elvin Əliyev, yüngül atlet Lamiyə Vəliyevanın şəxsi məqşçisi Tofiq Əliyev, üzgüçü Vəli İsrafilovun şəxsi məşqçisi Rəşad Əliyev, pauerliftinqçi Pərvin Məmmədovun şəxsi məşqçisi Rasim Məmmədov, həmçinin Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Mehdi Nağıyev isə "Tərəqqi" medalı ilə təltif edildi.[62]
Azərbaycan Prezidenti İlham Əliyevin digər Sərəncamına əsasən isə qadın cüdoçulardan ibarət yığmanın baş məşqçisi Ramin İbrahimov, pauerliftinq üzrə yığmanın baş məşqçisi İlqar İbişov və Roman Salehin şəxsi məşqçisi Fyodor Kirillov Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edildi.
Qeydlər
redaktə- ↑ 2020-ci ildə baş tutmalı olan turnir, dünyanı cənginə alan COVID-19 (Koronavirus) pandemiyasına görə 2021-ci ilə təxirə salındı
- ↑ Onlardan Ramil Qasımov və Aynur Məmmədova COVID-19 (Koronavirus) üçün götürülən analiz nümunəsi müsbət çıxdığı üçün turnirdə mübarizə apara bilmədi
- ↑ Bu idman növü Beynəlxalq Paralimpiya Komitəsi (BPK) tərəfindən birinci dəfə Paralimpiya Oyunlarının proqramına daxil edildi
- ↑ Həmid Heydəri 2016-cı il Rio-de-Janeyro Paralimpiadasında İranı təmsil edib və gümüş medala sahib olub
- ↑ Ramil Qasımovdan COVID-19 (Koronavirus) üçün götürülən analiz nümunəsi müsbət çıxdığı üçün turnirdə mübarizə apara bilmədi
- ↑ Turnirin yarım-final mərhələsində Şirin Şərifov Gürcüstandan olan rəqibinə qadağan olunan fənd tətbiq elədiyinə görə referilər tərəfindən turnirdən uzaqlaşdırıldı.
- ↑ Aynur Məmmədovadan COVID-19 (Koronavirus) üçün götürülən analiz nümunəsi müsbət çıxdığı üçün turnirdə mübarizə apara bilmədi
- ↑ Rusiya Milli Paralimpiya Komitəsinin və Qaçqınlar Komandasının nümayəndələridə bura daxildir
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Azerisport.com idman portalı. "Самый боевой состав Азербайджана". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Токио-2020: Чемпионка несла флаг Азербайджана на закрытии Паралимпиады". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Елена Таранова завоевала третью лицензию на Паралимпиаду". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Камран Зейналов завоевал очередную лицензию на Паралимпиаду". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Паралимпийцы выбрали Загаталу и Нови-Сад". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 5 Azerisport.com idman portalı. "Токио-2020: Камран Зейналов и Елена Таранова вне финала". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Токио-2020: Елена Таранова финишировала 29-й". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Токио-2020: Камран Зейналов опередил Елену Таранову". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "11 дзюдоистов завоевали лицензии на Паралимпиаду-2020". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Азербайджанские парадзюдоисты узнали соперников по первым схваткам в Токио". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 Azerisport.com idman portalı. "Токио-2020: Шахана Гаджиева и Вугар Ширинли стали чемпионами Паралимпиады". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "У Азербайджана 10 чемпионов Паралимпиад". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Вугар Ширинли: Стать чемпионом Игр – это было моей целью". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджанский хет-трик в Токио". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Шахана Гаджиева – о первом золоте Азербайджана в Токио". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 Azerisport.com idman portalı. "Токио-2020: Азербайджанские паралимпийцы завоевали еще три золотые медали". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Севда Велиева – о завоевании золотой медали Паралимпиады". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Новоиспеченная чемпионка Паралимпиады: Было сложно, но я сумела победить". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Azerisport.com idman portalı. "Токио-2020: Дурсадаф Керимова выиграла Паралимпиаду, Ильхам Закиев завоевал бронзу". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Дурседеф Керимова: Еще не осознала, что чемпионка Паралимпиады". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Ильхам Закиев сломал пальцы: Азербайджанский солдат никогда не сдается". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Парвин Мамедов приносит первую медаль сборной Азербайджана". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "39-я награда Азербайджана". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Парвин Мамедов: Не верится, это как сон". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Токио-2020: Нурлан Бабаджанов стал седьмым". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Токио-2020: Азербайджанские тяжеловесы провалили Паралимпиаду". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджанские таэквондисты завоевали четыре лицензии". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Еще одно заражение COVID-19 в рядах сборной Азербайджана". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Токио-2020: Азербайджанские таэквондисты узнали соперников на старте Паралимпиады". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Azerisport.com idman portalı. "Токио-2020: Рояла Фаталиева и Имамеддин Халилов стали седьмыми". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 Azerisport.com idman portalı. "Токио-2020: Абульфаз Абузарли проиграл корейцу и стал седьмым". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Токио-2020: Второе золото Азербайджана на Паралимпиаде". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Токио-2020: Роман Салей опередил брата, но стал четвертым". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Токио-2020: Роман Салей завоевал еще одно золото Паралимпиады". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Роман Салей сравнялся с Ильхамом Закиевым и Олегом Панютиным". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Токио-2020: Вели Исрафилов завоевал 11-е золото Азербайджана". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "17-й чемпион Паралимпиады". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Токио-2020: Роман Салей выиграл третье золото". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Роман Салей установил рекорд Азербайджана на Паралимпийских играх". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Олохан Мусаев стал пятым". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Олохан Мусаев стал седьмым". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Токио-2020: Гамид Гейдари завоевал золото Паралимпиады с мировым рекордом". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "47-я медаль Азербайджана на Паралимпиадах". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Новые чемпионы Паралимпиад". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Гамид Гейдари: Поверил в себя и завоевал золотую медаль, показав мировой рекорд". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Токио-2020: Восьмое золото Азербайджана с рекордом Паралимпиады". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "16 чемпионов Азербайджана". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Токио-2020: Эльмир Джабраилов не смог финишировать". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Токио-2020: Саид Наджафзаде завоевал бронзу". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Еще одна медаль Азербайджана". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Azerisport.com idman portalı. "Токио-2020: Ламия Велиева берет серебро". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Бегуньи Азербайджана бросили вызов". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Очередные медали Азербайджана". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Эльмир Джабраилов финишировал шестым в полуфинале". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Орхан Гасымов финишировал пятым". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 5 6 Azerisport.com idman portalı. "Токио-2020: Юлия Яновская и Ламия Велиева вышли в финал". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Токио-2020. Велиева стала чемпионкой, побив рекорд Паралимпиады". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "19 чемпионов Азербайджана". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Чемпионка Паралимпиады: Это только начало". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Токио-2020: Самир Набиев стал седьмым". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Орхан Асланов принес Азербайджану 14-е золото". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 06.08.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.