Azerbaycan Bmt Tehlukesizlik Surasinda - Wikipedia
Azərbaycan BMT Təhlükəsizlik Şurasında — Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı fəaliyyəti.
Qeyri-daimi üzv
redaktəAzərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012–2013) qeyri-daimi üzvü seçilmişdir.
Səsvermə
redaktəAzərbaycan BMT Təhlükəsizlik Şurasına iki illiyə qeyri-daimi üzvlüyə 17 raundluq səsvermədən sonra seçilmişdir. Səsvermənin ilk raundu 21 oktyabrda olmuşdur. Həmin səsvermədə Azərbaycan 74, rəqibləri Sloveniya 67, Macarıstan isə 54 səs toplamışdır. Ancaq yetərsay olmadığı üçün (129 səs) Azərbaycanla Sloveniya növbəti raunda qatılmışdır. İkinci raundda isə Sloveniya 97, Azərbaycan isə 90 səs toplamışdır. Yetərsay yenə də olmamışdır. Üçüncü raundda da yetərsay olmadığı üçün Azərbaycan ümidini 4-cü raunda bağlayıb. Daha sonra səsvermə 9-cu raundadək qalib müəyyən olunmadan davam edib. Axırda isə səsvermənin bazar ertəsi günü — 24 oktyabrda davam etdirilməsi qərarına gəlinib.
Cümə günü sonuncu raundda Azərbaycan 113–77 nisbətində üstünlük əldə etsə də, yetərsay (129 səs və ya səsvermədə iştirak edən ölkələrin 2/3-nün səsi) olmadığı üçün səsvermə bazar ertəsinədək — oktyabrın 24-dək təxirə salınıb. 24 oktyabrda səsvermə yenidən keçirilib. Səhər sessiyasında keçirilən 10-cu raund səsvermədə də qeyri-daimi üzvlük üçün yeganə boş qalan 5-ci yer müəyyən edilməyib. Azərbaycan 110, Sloveniya isə 83 səs toplayıb.
Sloveniyanın 2012–2013-cü illər üçün qeyri-daimi üzvlüyə namizədliyini geri götürməsindən sonra yeganə namizəd kimi son səsvermədə iştirak edən Azərbaycan 155 səs toplayaraq növbəti iki il ərzində BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazanmışdır. Azərbaycanın Şuraya üzvlüyü 2012-ci il yanvar ayındandır.
Fəaliyyəti
redaktə2012
redaktəAzərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzvü kimi ilk dəfə 4 yanvar 2012-ci ildə iştirak etmişdir.
Azərbaycan mayın 1-dən etibarən isə BMT TŞ-yə sədrlik etmişdir. Azərbaycan sədrlik estafetini ABŞ-dən almış və bir ay sonra — iyunun 1-də isə sədrliyi Çinə ötürmüşdür. Azərbaycanın sədrliyi dövründə BMT TŞ 13 açıq, 16 qapalı iclas keçirmişdir. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi; habelə mətbuat üçün 7 bəyanatı qəbul edilmişdir.
2013
redaktəPoçt markası üzərində
redaktə2011-ci ilin oktyabr ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycanın 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına namizədliyinə həsr olunmuş poçt markası təqdim edilmişdir. Həmin markanın qiyməti 60 qəpik, tirajı isə 50000 ədəd idi[1].