Azerbaycan Badminton Federasiyasi - Wikipedia
Azərbaycan Badminton Federasiyası — Azərbaycanda badmintona nəzarət edən rəsmi qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşir.[1] Prezidenti Taleh Ziyadovdir. [2]
Azərbaycan Badminton Federasiyası | |
---|---|
Yaranma tarixi | 1962 |
Mərkəzi | Bakı, Azərbaycan |
Sədr | Taleh Ziyadov |
badminton.az |
Tarixi
redaktəAzərbaycan Badminton Federasiyası 1962-ci ildə Bakı şəhərində yaradılmış, 1996-cı ildə yenidən təsis edilmişdir. 1998-ci ildən Beynəlxalq Badminton Federasiyasının (İBF) və Avropa Badminton Federasiyasının (EBF) üzvüdür. 1962-ci ildə Bakı şəhərində ilk badminton yarışları və çempionat, 1963-cü ildə Azərbaycan birinciliyi keçirilmişdir. Yeniyetmələrin 1969-cu ildə Klaypeda şəhərində keçirilən SSRİ birinciliyində Q. Hadıyev çempion, 1976-cı il (Mogilyov şəhəri) birinciliyində isə M. Orucov mütləq çempion olmuşdur. 1997-ci ildə İslam Ölkələri Qadınlarının İdman oyunlarında N. Mehdiyeva III yeri tutmuşdur. 2010-cu ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları qoşa yarışlarda bürünc medal qazanmışlar.
Rəhbərlik
redaktə- Taleh Ziyadov — Prezident
- Nəsimi Musayev — Baş katib
Prezidentləri
redaktə- Kamal Abdulla[3] – 17 iyun 2015-ci ilə qədər;
- Mikayıl Cabbarov[3] – 17 iyun 2015 – 8 dekabr 2021
- Taleh Ziyadov – 8 dekabr 2021-ci ildən
İstinadlar
redaktə- ↑ Olimpiya idman növləri üzrə milli federasiyalar Arxivləşdirilib 2022-01-05 at the Wayback Machine. azerbaijans.com (az.)
- ↑ Azərbaycan Badminton Federasiyasına yeni prezident seçilib Arxivləşdirilib 2021-12-09 at the Wayback Machine. apa.az, 08.12.2021 (az.)
- ↑ 1 2 Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının prezidenti seçilib Arxivləşdirilib 2017-02-03 at the Wayback Machine. report.az, 17.06.2015 (az.)