Azerbaycan Demokrat Firqesi - Wikipedia
Azerbaycan Demokrat Firqesi - Wikipedia - Haqqında Məlumat
Bu məqalə Azərbaycan Demokrat Firqəsi haqqındadır. 1991-cı ildə yaranmış partiya üçün Azərbaycan Demokrat Partiyası səhifəsinə baxın. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان, rus. Азербайджанское народное правительство) — 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini cəkməsi nəticəsində dağılmışdır.
Sosialist Respublika | |||||
Azərbaycan Demokrat Firqəsi | |||||
---|---|---|---|---|---|
حکومت ملی آذربایجان | |||||
|
|||||
|
|||||
Paytaxt | Təbriz | ||||
Rəsmi dilləri | Azərbaycan dili | ||||
rəhbər | |||||
• 1945 | Seyid Cəfər Pişəvəri | ||||
Vikianbarda əlaqəli mediafayllar |
ADF ilə Mahabad Cümhuriyyət arasında olan münasibətlər
redaktə3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən:
- Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər.
- Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi.
- Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər.
- Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
- Azərbaycan Demokrat Firqəsi ərazilərində yaşayan kürd gənclər üçün təhsil almaq imkanı yaradılmalı idi. Həmin qərar Mahabad Cümhuriyyətində yaşayan Azərbaycanlılar üçündə qəbul edilmişdir.
- İranla aparılan danışıqlar zamanı hər iki hökumətin ümumi razılığı olmalı idi.
- Mahabad Cümhuriyyət və Azərbaycan Demokrat Firqəsinə digər bir dövlət tərəfindən hərbi və ya siyasi müdaxilə olardısa, hər iki dövlət eyni maraqları müdafiə edərək, düşmənə qarşı birləşməli idi.
Dövlət səviyyəsində görülən işlər
redaktə- Azərbaycan dili rəsmi dil olaraq, məktəblərdə tədris edilmişdir.
- Təbrizdə Azərbaycan dilində ilk universitet açılmışdır.
- Qadınlara səs vermək hüququ verilmişdir.
- Bəylərin torpaqları, kəndlilər arasında bölünmüşdür.