Azerbaycan Elmi Tedqiqat Uzumculuk Ve Serabciliq Institutu - Wikipedia
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu — Respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını təmin etmək və tənzimləmək üçün yaradılmışdır.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | mart 1977 |
Tarixi
redaktəHeydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır.[1] Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, sərəncamı ilə yaradılmış, 1977-ci ilin mart ayından fəaliyyət göstərir.
İndiki adını 17 aprel 2015-ci ildən daşıyır[2]. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu adlanırdı[2].
Institut alimləri tərəfindən Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasina sınaqdan keçirilmək üçün 6 perspektivli hibrid formaları təqdim edilmişdir. Onlardan biri – "Azəri" sort kimi təsdiq olunmuş və rayonlaşdırılmışdır. İnstitut tərəfindən Gəncə Regional Aqrar Elm Mərkəzındə 1 hektar, Abşeronda 15 hektar ampeloqrafık kolleksiya bağı salınmışdır. Bu kolleksiya bağlarında fillokseraya davamlı 6 calaqaltı Amerika sortları, Azərbaycanın və dünyanın üzümçülük ölkələrindən gətirilmiş 310 üzüm sortu, eləcə də xəstəlik və zərərvericilərə davamlı olan yabanı üzüm formaları becərilir. Ampeloqrafık kolleksiya bağının salınması ilə üzümün vətənlərindən biri olan Azərbaycan üçün ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınmışdır. Burada sortların artırılması və üzümçülük təsərrüfatlarına tətbiq edilməsi istiqamətində böyük işlər aparılır.
İnstitutda yaradılan üzüm sortları Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının "Ticarət Liderləri Klubu" tərəfindən 1998-ci ildə Madrid şəhərində keçirilən müsabiqədə Beynəlxalq Prizə, 2002-ci ildə isə Meksikanın Milli Marketinq Institutu tərəfindən "Almaz Ulduz" mükafatına layiq görülmüşdür.
Üzümün vətənlərindən biri olan Respublikamızda 512-dən çox müxtəlif istiqamətli üzüm sortları becərilir. Aparılan tədqiqat və araşdırmalarla müəyyən edilmişdir ki, bunların 434-ü Azərbaycanın yerli üzüm sortlarıdır.
Aparılan seleksiya işləri nəticəsində 17 texniki istiqamətli üzüm hibridləri yaradılmışdır. Yeni hibridlər tədqiq edilərkən müəyyən edilmişdir ki, onlardan ikisi: "Kəpəz" və "Göy-göl" sortları emal sənayesində istifadə edilmək üçün daha yararlıdır.
Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu alimlərinin müxtəlif calaqaltıların öyrənilməsi üzrə apardıqları tədqiqatlar nəticəsində, Azərbaycanın torpaq-iqlim şəraitinə uyğun calaqaltı istehsal etmək üçün fillokseraya davamlı altı Amerika sortu seçilmişdir. Bu sortlardan calaqaltı anaclıqlar salmaqla yaxın iki-üç il müddətində calaq olunmuş əkin materialı istehsalına nail olmaq olar.
"Madlen", "Anjevin" və "Qara kişmiş" sortlarından əldə edilmiş hibrid, Respublikada becərilən kişmiş sortları ilə müqayisədə qurutma üçün daha yararlıdır. Məhsuldar və yüksək keyfiyyət göstəricilərinə malik yeni süfrə üzüm sortlarının yaradılması istiqamətində də geniş tədqiqatlar aparılır. Aparılan tədqiqatlar nətiъəsində 16 süfrə istiqamətli üzüm hibridləri yaradılmışdır. Onlardan "Azəri" üzüm sortu 24 mart 2005-ci ildə, "Göy-göl" üzüm sortu isə 2010-cu ildə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasi tərəfindən təsdiq edilərək rayonlaşdırılmışdır.
2008-ci ildə Dövlət Komissiyasına "Emin", "Elmin", "Nərmin", "Kişmiş" üzüm hibrid formaları sınaq üçün təqdim edilmişdir. Institutun seleksiya istiqamətində apardığı tədqiqatlar beynəlxalq elmi mərkəzlər tərəfindən yüksək qiymətləndirilir.
İnstitutun Şamaxı Təcrübə Stansiyasında Şamaxı rayonunun aborigen üzüm sortları olan "Şamaxı Mərəndisi" və "Mədrəsə" sortlarının yüksək məhsuldar klon variasiyaları, eləcə də rayonun yabanı üzüm genofondu öyrənilir. Təcrübə Stansiyasında həmin sortlardan 1 hektar yeni üzüm bağı salınmışdır.
Təhsil
redaktəİnstitutda fəlsəfə doktoru üzrə doktorantura təhsili həyata keçirilir[3].
Beynəlxalq əlaqələri
redaktəAzərbaycan ET Üzümçülük və Şərabçılıq İnstitutu bir çox ölkələrin, o cümlədən Rusiya (Kuban Aqrar Dövlət Universiteti və s.), Ukrayna (V. Y. Tairov adına Üzümçülıük və Şərabçılıq İnstitutu), Gürcüstan (Gürcüstan Bağçılıq, Üzümçülük və Şərabçılıq Institutu), Yunanıstan, Fransa və İtaliyanın müvafiq institutları, müxtəlif elmi təşkilat və mərkəzləri (Bioversity İnternational, OİV və s.) və şirkətləri ilə (Fransanın "Wines&Spirts", İtaliyanın "Vivai Cooperativi Rauscedo" məşhur tingçilik şirkəti) elmi əməkdaşlıq edir.
Mənbə
redaktə- İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
İstinadlar
redaktə- ↑ "Üzümçülük Və Şərabçılığın Inkişafında Ümummilli Lider Heydər Əliyevin Rolu" (az.). Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu. 16.03.2023 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında" Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli, 109 nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nın təsdiq edilməsi haqqında Arxivləşdirilib 2022-07-06 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli, 235 nömrəli Qərarı. e-qanun.az (az.)