Azerbaycan Kamandan Oxatma Federasiyasi - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycan Kamandan Oxatma Federasiyası – Azərbaycanda kamandan oxatma üzrə idman növünün inkişafı və tənzimlənməsini təmin edən qurumdur. 1994-cü ildə təsis olunub. 22 may 2024-cü ildə Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağında Anar Quliyev Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti seçilib.
Azərbaycan Kamandan Oxatma Federasiyası | |
---|---|
Yaranma tarixi | 1994 |
Prezident | Anar Quliyev |
akof.az |
Tarix
Kamandan Oxatma idman növü ilk dəfə 1900-cü ildə Paris Yay Olimpiya Oyunlarıda olimpiya proqramına salınıb və 1904-cü ildə qadınların yarışmasına icazə verən ilk Olimpiya yarışlarından biri olub. 1931-ci ildə beynəlxalq qaydaları müəyyən etmək üçün Beynəlxalq Oxatma Federasiyası (FITA, indi Dünya Kamandan Oxatma Assosiasiyası kimi tanınır) yaradıldı və 45 ölkənin idmançıları bu federasiyada birləşir. Beləliklə 1972-ci ildən etibarən hər olimpiya oyunlarında bu idman növü üzrə yarış keçirilir.
1994-cü ildə isə bir sıra idman təşkilatlarının nümayəndələri, oxatma üzrə mütəxəssis və veteranlar tərəfindən Azərbaycan Respublikası Kamandan Oxatma Federasiyası (ARKOF) təsis edilib. Azərbaycan Respublikasının və onun olimpiya hərəkatının dünya miqyasında tanınması Kamandan Oxatma Federasiyasının (AKOF) yaradılmasına, dövlət qeydiyyatına alınmasına və müvafiq beynəlxalq (FİTA və EMAU-ya) bərabər hüquqlu üzv qəbul edilməsinə imkan yaradıb.
Hüquq və vəzifələri
Azərbaycan Kamandan Oxatma Federasiyası kamandan oxatma üzrə idman klublarının və cəmiyyətlərinin könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, kamandan oxatma idman növünün Azərbaycanda inkişafını təmin edən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Azərbaycan Kamandan Oxatma Federasiyasının hüquq və vəzifələri “Bədən tərbiyəsi və idman haqqında” qanunla tənzimlənir.
Nailiyyətlər
- 2010-cu ildə bu idman növünü, idmançıların səviyyəsini beynəlxalq yarışlarda layiqincə təmsil etmək üçün Moldovadan məşqçi və bir idmançı dəvət olunub;
- 2010-2021-ci ilədək həmin məşqçi rəhbərliyi altında (Qospodinov S.A) Azərbaycan idmançıları daha yaxşı nəticələr əldə etməyə başlayıb;
- 2011-ci ildə keçirilən Qafqaz ölkələrinin çempionatında idmançılar individual olaraq 1-ci və 2-ci yerlər, komanda olaraq isə 3-cü yeri əldə ediblər;
- 2013-cü ildə İndoneziyada keçirilən İslam Oyunlarında komanda şəklində gümüş medallar qazanılıb;
- 2014-cü ildə Yeniyetmələrin Olimpiadasında iştirak, 16-cı yer (ilk dəfə);
- 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiadasında iştirak (ilk dəfə) 17-ci yer;
- 2022-ci ildə Gürcüstanın Batumi şəhərində XXVIl Beynəlxalq Turnir, qarışıq komanda (Mix team) bürünc medal;
- 2022-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilən Grand-Pri, qarışıq komanda qızıl medal, individual (qadınlar,kişilər) 2 qızıl medal;
- 2023-cü il Ulu Öndər Heydər Əliyevin 100illiyinə həsr olunmuş turnir, individual 2 qızıl medal, qarışıq komanda qızıl medal, qadınlardan ibarət komandası qızıl medal, kişilərdən ibarət komanda bürünc medal;
- 2023-cü ildə Gürcüstanın Batumi şəhərində XXVIl Beynəlxalq Turnir, individual (qadınlar) bürünc medal;
- 2023-cü ildə keçirilən Əməkdar idman ustası V.N.Eşeyev adına oxatma üzrə beynəlxalq turnir, qadınlardan ibarət komanda, bürünc medal;
- 2024-cü ildə keçirilən "Rusya soyuqu"Beynəlxalq Turnir, qadın komandası bürünc medal;
- 2024-cü ildə Bolgarıstanın Sofiya şəhərində keçirilən Gənclər Arası Avropa Kuboku, gümüş medal.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 526. ISBN 978-9952-441-05-5.
- https://azertag.az/xeber/azerbaycan_kamandan_oxatma_federasiyasina_yeni_prezident_sechilib-3015814
- https://www.ool.co.uk/blog/a-history-of-archery/
- https://e-qanun.az/framework/18303