Azerbaycan Kinematoqrafcilar Ittifaqi - Wikipedia
Bu məqalə AKİ haqqındadır. ARKİ üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı səhifəsinə baxın. |
Azərbaycan Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının sovet dövründə təsis edilmiş ictimai birliyi.
Azərbaycan Kinematoqrafçılar İttifaqı AKİ | |
---|---|
Azərbaycan Kinematoqrafçılar İttifaqı | |
Növü | ictimai birlik |
Yaranma tarixi | 1958 |
Qeydiyyat tarixi | 1963 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi |
AZ1016, Bakı şəh., Hökumət Evi, 5-ci alaqapı, 2-ci mərtəbə, 241-ci ofis (hüquqi ünvan) İçərişəhər, Mirzə Mənsur 71 (poçt əlaqəsi ünvanı) |
Yarandığı yer |
Bakı Azərbaycan SSR |
Fəaliyyət göstərdiyi yer |
Bakı Azərbaycan |
Qurucusu |
Lətif Səfərov (ilk sədr) |
Sədr | Rasim Balayev |
aki.az |
Tarixi
redaktə11 yanvar 1963-cü ildə təsis edilmişdir. Təşkilatın 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilmişdir[1].
İttifaq MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasınn təsisçilərindən və üzvüdür.
1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycan Kİ-nin birinci katibi seçilmişdir. 1996-cı ildə MDB və Baltikanı Kinematoqrafçılar Birliyi Konfederasiyasının iştirakı ilə, Azərbaycan Kinematoqrafçılar ittifaqı Azərbaycanda dünya kinosunun 100 illiyinə həsr olunmuş ilk Beynəlxalq Bakı festivalı - "Şərq-Qərb" keçirildi və nəticədə bu cür tədbirlər ənənəvi hal aldı.[2][3][4][5][6]
18 dekabr 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən avqustun 2-nin kinematoqrafçılar günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalandı.[7] Hər cümə günü kino pərəstişkarları üçün dünya və milli kinematoqrafının Qızıl Fondunu təşkil edən filmlərin nümayişləri keçirilir, həmçinin yeni çəkilmiş filmlər də göstərilir.
AKİ beynəlxalq əlaqələrin inkişafı üçün çalışır. 2005-ci ildə səfirliklər və Mədəniyyət Nazirliyi ilə birgə tədbirlər keçirilmişdi. Belə tədbirlərin arasında İsrail filmləri festivalı və Holokost günü; İran kino günləri; “Yeni Rus kinosu” günləri; “Yeni Macar kinosu” günləri, Hind və Türk filmləri festivalı yer almışdı. Tamaşaçıların nəzərinə müxtəlif janrlarda, müxtəlif stil və ənənələrin filmləri çatdırılmışdır.
İttifaqın təsis etdiyi Bakı Kino Məktəbində onlarla gənc peşəkar təhsil almaq şansı qazanıb.
Təşkilat Milli Kino Günü illik mükafat təsis edib. Mükafatın qalibləri sırasında Anar, Fuad Poladov, Fəxrəddin Manafov, Əsəd Əsədov, Tahir Əliyev, Firəngiz Qurbanova kimi peşəkarlar var.
Şəki şəhərində İttifaqın Yaradıcılıq Evi fəaliyyət göstərir.
2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi haqqında qərar qəbul edilib.[8] Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar tərəfindən birləşmədən sonra qurumun Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılması təklif edilib.[9][10] 2024-cü ilin martında 2 ittifaq rəsmən birləşib[11], birləşmiş təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq saxlanılıb, sədri isə Rasim Balayev seçilib.[12][13]
Fəaliyyətlə bağlı problemlər
redaktə2012-ci ildə İttifaq qanunsuz olaraq, Hökumət Evindəki ofisindən çıxarılıb.[14]
İttifaqın Mingəçevirdə yerləşən Yaradıcılıq Evinin sökülməsi ilə bağlı 2013-cü ildən İttifaq Azenko ASC–yə qarşı məhkəmə iddiası qaldırıb.[15]
Kinematoqrafçılar İttifaqı 2020-ci ildə "Ölkə kinematoqrafçılarının birliyinin sarsıdıldığını" bəyan edib.[16]
Rəhbərlik
redaktə- Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri: Rasim Balayev, kinoaktyor, Azərbaycanın Xalq artisti[17].
- Birinci katib səlahiyyətlərini icra edən: Əli İsa Cabbarov, rejissor.
- İdarə heyəti: Anar, Nizami Abbas, Əli İsa Cabbarov, Əsəd Əsədov, Lalə Əfəndiyeva, Tahir Əliyev, Cəmil Fərəcov, Cavid İmamverdiyev, Firəngiz Qurbanova, Məbud Məhərrəmov, Həmidə Ömərova, Mirbala Səlimli, Oleq Səfərəliyev, Ziya Şıxlinski, Baba Vəziroğlu, Şükufə Yusifova.[18]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "HAKİMİYYƏTİN DUBLİKAT QURUM YARATMAQ SİYASƏTİ DAVAM EDİR". 2012-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-21.
- ↑ Mükərrəmoğlu, M. “Bakıda "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı keçiriləcək” //Xalq.- 2002.- 5 oktyabr.
- ↑ Mükərrəmoğlu, M. “"Şərq-Qərb" Beynəlxalq Kinofestivalı öz işinə başladı” //Xalq.- 2002.- 12 oktyabr.
- ↑ Mükərrəmoğlu, M.; Salmanov, R. “Bakıda "Şərq-Qərb" kinofestivalı keçirilir” //Xalq.- 2002.- 13 oktyabr.
- ↑ Mükərrəmoğlu, M.; Salmanov, R. “"Şərq-Qərb" Kinofestivalının gündəliyi” [Dünən Kinematoqrafçılar İttifaqında Nikolay Şengelayanın xatirə gecəsi keçirildi] //Xalq.- 2002.- 15 oktyabr.
- ↑ Mükərrəmoğlu, M. “"Şərq-Qərb" kinofestivalı başa çatdı” [Rəşid Behbudov adına Mahnı Teatrında festivalın bağlanışına həsr olunmuş mərasim keçirildi] //Xalq.- 2002.- 20 oktyabr.
- ↑ AzərTAc. "Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). Qanun.az. 18.12.2000. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ Ağayev, Qafar. "Azərbaycan Kinematoqrafçılar İttifaqından bəyanat: Təşkilatlarımızı birləşdirək". 1news.az (az.). İstifadə tarixi: 2024-04-10.
- ↑ Cəmil, Gülçin. "Azərbaycanda kino ittifaqları birləşib, adı dəyişdirilib". Report İnformasiya Agentliyi (az.). 2023-07-26. 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
- ↑ "Azərbaycanda kino ittifaqları birləşib". Sputnik Azərbaycan (az.). 2023-07-26. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
- ↑ "Azərbaycan Kinematoqrafçılar İttifaqı rəsmən birləşdi". Lent.az (az.). 2024-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
- ↑ Vahid, Nəzrin. "Azərbaycanda iki kino ittifaqı birləşdi, yeni sədr seçildi - YENİLƏNİB + FOTO". Oxu.Az (az.). 2024-03-05. 2024-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
- ↑ Aslanqızı, Aysel. "Azərbaycanın iki kino ittifaqı birləşib - YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 2024-03-05. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
- ↑ Yeganə Oqtayqızı. "Azərbaycan Kinematoqrafçılar İttifaqına təzyiqlər dayanıb" (az.). Modern.az. 26.02.2015. 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ Natiq Cavadlı. "Kinematoqrafçılar İttifaqı AZENCO ASC-ni məhkəməyə verib" (az.). Bizim yol. 01.08.2013. 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ "Kinematoqrafçılar İttifaqı bəyanat qəbul etdi: "Ölkə kinematoqrafçılarının birliyi sarsıdılıb"". Kulis.az (az.). İstifadə tarixi: 2024-04-10.
- ↑ N.Pir. "Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib" (az.). APA. 31.05.2022. 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- ↑ AKİ. "Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyəti" (az.). Azərbaycan Kinematoqrafçılar İttifaqı. 02.11.2019. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-28.
Mənbə
redaktə- "Tarix". Azərbaycan Kinematoqrafçılar İttifaqı (az.). İstifadə tarixi: 2024-04-10.
Xarici keçidlər
redaktə- aki.az — Rəsmi saytı (az.), (rus.), (ing.)