Azerbaycan Milli Ensiklopediyasi - Wikipedia
Azərbaycan Milli Ensiklopediyası — Azərbaycan Prezidentinin 2004-cü il sərəncamına əsasən 25 cild nəşr olunması planlaşdırılmış, 2007-ci ildən çap olunan çoxcildli ensiklopediya.
Azərbaycan Milli Ensiklopediyası | |
---|---|
Orijinalın dili | Azərbaycan dili |
Nəşriyyat | Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəXX əsrin 30-cu illərində Azərbaycan Şura Ensiklopediyasının (AŞE) yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülsə də, AŞE-nin nəşri mümkün olmamışdı.[1]
1965-ci il dekabrın 30-da Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti "Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında" qərar qəbul etdi və AzSSR EA-nın Rəyasət Heyəti yanında ASE-nin Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və "Azərbaycan SSR" xüsusi cildinin (Azərb. və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu. 1970-ci ildə ASE-nin “Azəri Sovet Ensiklopediyası” adı ilə 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı.
AzKP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən başlanıldı və 1976–87 illərdə ASE-nin 10 cildinin nəşri başa çatdırıldı. "Azərbaycan SSR" xüsusi cildi isə müəyyən səbəblərə görə çap olunmadı.[1]
Azərbaycan Respublikasının " Nəşriyyat işi haqqında" Qanunu (2000) müstəqil Azərbaycanın yeni universal milli ensiklopediyasının nəşri üçün zəmin yaratdı. AR Prezidentinin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamında deyildiyi kimi Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxdı.[1]
Azərbaycan Milli Ensiklopediyasının hazırlanıb nəşr olunmasını təmin etmək üçün AR Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi yaradıldı. 2007-ci ildə AME-nin "Azərbaycan" xüsusi cildi, 2009-cu ildə isə AME-nin 1-ci cildi çap edildi.[1]
25 may 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti "Azərbaycan Milli Ensiklopediyası"nın veb-portalının yaradılması haqqında qərar verir.[2]
Redaksiya heyətinin tərkibi
redaktəPrezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibi aşağıdakı redaksiyada təsdiqlənib:[3]
Vəzifə | Vəzifəni icra edən |
---|---|
Redaksiya heyətinin sədri | İlham Əliyev |
Redaksiya heyəti sədrinin müavinləri | Akif Əli Zadə |
Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru | İsa Həbibbəyli |
Azərbaycan Milli Ensiklopediyasının məsul katibi | Tofiq Nağıyev |
Redaksiya heyətinin üzvləri | Kamal Abdullayev Ağacan Abıyev |
Seriyaları
redaktə- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). "Azərbaycan" cildi (50 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Məsul katib: akademik T. M. Nağıyev. 2007. 884 səh. ISBN 978-9952-441-01-7.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. 608 səh. ISBN 978-9952-441-02-4.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. 604 səh. ISBN 978-9952-441-05-5.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. 604 səh. ISBN 978-9952-441-07-9.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. 608 səh. ISBN 978-9952-441-03-1.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. 592 səh. ISBN 978-9952-441-10-9.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. 608 səh. ISBN 978-9952-441-11-6.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 7-ci cild: Dərman – Enoftalm (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2016. 608 səh. ISBN 978-9952-441-12-3.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 9-cu cild: Fedinq – Gitara. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2020. 600 səh.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 10-cu cild: Giyan – Hindistan. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2022. 600 səh.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 "HAQQINDA" (az.). ensiklopediya.gov.az. 2016-12-05. 2016-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-05.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti QƏRAR" (PDF). 2022-12-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-17.
- ↑ ""Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-25.