Azerbaycan Prezidenti Yaninda Tehlukesizlik Surasi - Wikipedia
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası — 1991-ci il mayın 14-də Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibov tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurası adı ilə yaradılıb.[1]
Təhlükəsizlik Şurası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 14 may 1991 |
Haqqında
redaktəAzərbaycan Respublikasının Təhlükəsizlik Şurası milli təhlükəsizlik məsələləri üzrə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən yaradılan məşvərətçi orqandır.
Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır və səlahiyyətlərinə aid edilmiş digər funksiyaları yerinə yetirir.
Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasının sədridir.
Təhlükəsizlik Şurasının üzvlərini, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti təyin və azad edir.
Təhlükəsizlik Şurası öz işini iclaslar vasitəsilə həyata keçirir.
Təhlükəsizlik Şurasının iclaslarının gündəliyini Təhlükəsizlik Şurasının sədri müəyyən edir.
Təhlükəsizlik Şurasının iclaslarının təşkilini Təhlükəsizlik Şurasının katibi təmin edir.
Təhlükəsizlik Şurasının katibi Təhlükəsizlik Şurasının funksiyalarının həyata keçirilməsini təmin edən vəzifəli şəxsdir.
Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
Üzvləri
redaktəVəzifə | Vəzifəni icra edən |
---|---|
Şuranın sədri / Azərbaycan Prezidenti | İlham Əliyev |
Azərbaycanın Birinci vitse-prezidenti | Mehriban Əliyeva |
Şuranın katibi | Ramil Usubov |
Şura katibinin müavini | Mədət Quliyev |
Azərbaycanın Baş naziri | Əli Əsədov |
Azərbaycan Milli Məclisinin sədri | Sahibə Qafarova |
Prezident Administrasiyasının sədri | Samir Nuriyev |
Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi | Fuad Ələsgərov |
Azərbaycanın Baş prokuroru | Kamran Əliyev |
Azərbaycanın daxili işlər naziri | gen-pol. Vilayət Eyvazov |
Şuranın üzvü | Ramiz Mehdiyev[2] |
Azərbaycanın müdafiə naziri | gen-pol. Zakir Həsənov |
Azərbaycanın Xarici İşlər naziri | Ceyhun Bayramov |
Dövlət Sərhəd Xidmətinin rəisi | gen-pol. Elçin Quliyev |
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi | gen-pol. Əli Nağıyev |
Xarici Kəşfiyyat Xidmətinin rəisi | gen-pol. Orxan Sultanov |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ ""Azərbaycan Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının yaradılması haqqında" 1991-ci il 14 may tarixli 208 nömrəli fərman". 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.