Azerbaycan Respublikasi Tehsil Cemiyyeti - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
"Təhsil" Cəmiyyəti 1986-cı ildən qeyri-rəsmi, 1990-cı il 15 avqust tarixindən rəsmi fəaliyyətə başlamış və 1993-cü ildə 10 noyabr tarixində təkrar dövlət qeydiyyatından keçmişdir.[1]
"Azərbaycan Respublikası Təhsil Cəmiyyəti" ictimai birliyi | |
---|---|
Növü | Qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | 15 avqust 1990 |
Qeydiyyat tarixi | 10 noyabr 1993 |
Rəsmi dili | Azərbaycan |
Sədr | Nuğay Əliyev |
tahsil.az |
Cəmiyyətin yaranma tarixçəsi
redaktəAzərbaycan Respublikası "Təhsil" Cəmiyyəti 1986-cı ildən qeyri-rəsmi, 1990-cı ilin avqustundan rəsmi fəaliyyət göstərir. Məqsəd xalqın zamanla ayaqlaşması naminə maarifləndirmə işini sürətləndirməkdədir. 1980-ci ilin ikinci yarısında SSRİ-də gedən yenidənqurma dövründə respublikanın görkəmli ziyalılarını narahat edən məsələlərdən biri də təhsil sistemində yaranmış neqativ hallar idi. Ona görə də ziyalıların təşəbbüs qrupu istedadlı gənclərə qayğı göstərilməsi məqsədilə belə bir qurumun yaradılması ilə əlaqədar Mərkəzi Komitənin ideoloji Şöbəsinə müraciət etdi. Ideoloji şöbə ictimaiyyətin fikrini öyrənmək məqsədilə Azərbaycan Lenin Kommunist Sosioloji Tədqiqat Şöbəsinə bu işlə məşğul olmaq tapşırıldı. Şöbənin rəhbəri Əhməd Qəşəmoğlunun başçılığı ilə dəfələrlə "Bilik" Cəmiyyətində, ayrı-ayrı təhsil ocaqlarında, Təhsil Nazirliyində, Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (ETPEİ) geniş ictimaiyyətin iştirakı ilə müzakirə olunub rəylər alındıqdan sonra 1989-cu ilin 28 oktyabrında ETPEİ-in akt zalında "Təhsil" Cəmiyyətinin təsis konfransı keçirildi. Konfransda ibadət İdarə Heyəti seçildi. İdarə Heyətinə respublikanın aşağıdakı ziyalıları seçildi. 1990-cı il fevralın 28-də "Azərbaycan Müəllimi" qəzetində Cəmiyyətin Nizamnaməsi çap olunaraq xalqın müzakirəsinə verildi, həmin Nizamnamə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetin, Azərbaycan Neft Akademiyasının və "Şuşa" qəzetlərində də nəşr olundu. Cəmiyyətin nizamnaməsində Daxili İşlər Nazirliyi, Arbitraj və Maliyyə Nazirliyi baxıb münasibətlərini bildirdikdən sonra 1990-cı ilin avqustunda Ədliyyə Nazirliyində qeydə alındı. Təkrarən 1991-ci ilin may və 1993-cü ilin noyabr ayında Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmişdir. 1994-cü ilin aprel və 1994-cü ilin may ayında qurultay keçirilmişdir.
Fəaliyyət istiqaməti
redaktə"Təhsil" Cəmiyyətinin əsas fəaliyyəti təhsil və elmin inkişafına ictimai dəstək və qayğı göstərməkdir.
Məqsədi
redaktəTəhsildə aparılan islahatlara dəstək vermək, problemlərin aşkar edilməsi və həlli yollarını müzakirə etmək, təhsilin keyfiyyətinin təlim-tərbiyənin, mənəvi, milli, əxlaqi və bəşəri dəyərlərin yüksəldilməsinə nail olmaq.
Üzv olduğu koalisiyalar
redaktə- Milli QHT Forumunun üzvü və "Elm, təhsil və tədqiqat" bölməsinin koordinatoru;
- BMT nəzdində QHT qrumunun üzvü.
Layihələr
redaktə- "Uşaq evləri və internat məktəblərindən ayrılan gənclərin peşə bacarıqlarının artırılması və işlə təmin olunmasına dəstəyin göstərilməsi"[2][3][4]
- "I Təsəvvüf Araşdırmaları Beynəlxalq Simpoziumu: Nəsimi-650"[5]
- "İxtisas seçimi və peşə rəhbəri seminarları"[6]
- "Məcburi köçkün məktəblərində elm və təhsilə marağın təşviq edilməsi"[7][8]
- "Respublika müəllimlərinin beynəlxalq seminarı"[9]
- "Çağdaş Azərbaycanda elm və təhsilin prioritet istiqamətləri" mövzusunda konfrans[10]
- "Təbii resurslarla zəngin olan ölkələrdə insan kapitalının inkişafı problemləri: dünya təcrübəsi və Azərbaycan"[11]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası "Təhsil" Cəmiyyəti". 2011-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-29.
- ↑ "Uşaq evləri və internat məktəblərindən ayrılan gənclərin peşə bacarıqlarının artırılması və işlə təmin olunmasına dəstəyin göstərilməsi". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ "Arxivlənmiş surət". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" (PDF). 2021-12-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-21.
- ↑ Layihə "AzərTac"ın səhifəsində işıqlandırılıb
- ↑ "Layihənin rəsmi facebook səhifəsi". 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ "Arxivlənmiş surət". 2019-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ "Arxivlənmiş surət". 2017-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ "Azərbaycan Müəllimi qəzeti". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
- ↑ "Milli Azərbaycan Tarix Muzeyi". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
- ↑ "QHT forum - "Təbii resurslarla zəngin olan ölkələrdə insan kapitalının inkişafı problemləri: dünya təcrübəsi və Azərbaycan" layihəsi çərçivəsində "dəyirmi masa"". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-16.