Azerbaycan Respublikasi Veteranlar Teskilati - Wikipedia
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı — 1987-ci il mart ayının 21-də yaradılmışdır.[1]
Azərbaycan Respublikası Veteranlar Təşkilatı | |
---|---|
Yaranma tarixi | 21 mart 2020 |
Qeydiyyat tarixi | 25 oktyabr 2024 |
Yarandığı yer | Azərbaycan |
Sədr | Əliyev Rəşad Həmzə |
veteran.gov.az |
Respublika Veteranlar Təşkilatı 1992-ci il may ayının 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qərarı əsasında rəsmi dövlət qeydiyyatına alınmışdır.[1]
Təşkilat hazırda sıralarında müharibə, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları veteranları olmaqla, bir milyondan çox üzvü birləşdirir.[2]
Tarixi
redaktəİkinci Dünya Müharibəsinin faşizm üzərində Qələbə ilə başa çatmasından sonra keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi Azərbaycan Respublikasında da veteran hərəkatı başlanmışdır. İlk sədri Mustafa Nəsirov olmuşdur. Bu hərəkatın ilk nəticəsi kimi 1960-cı il iyun ayının 10-da Bakı Veteran Komitəsi yaradılmışdır. Ancaq Azərbaycanın ilk veteran təşkilatının fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmış və bu vəziyyət 1970-ci illərin əvvəllərinədək davam etmişdir.[1]
1970–80-ci illərdə respublikada veteran hərəkatında yeni canlanma yaranmış, bu hərəkat tədricən bütün ölkəni əhatə etmişdir. Dövlət dəstəyi sayəsində Azərbaycanın əksər rayonlarında veteran təşkilatlarının yaradılması 1987-ci il mart ayının 21-də Respublika Veteranlar Təşkilatının təsis olunması ilə nəticələnmişdir. Ancaq 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Əsassız mülahizələr, o cümlədən alman faşizmi üzərində Qələbə günü olan 9 mayın bayram günü kimi qeyd edilməsinin məqsədəuyğun sayılmaması və s. ilə hərəkata ciddi zərbə vurulmuşdur.[1]
Respublika Veteranlar Təşkilatının 1992-ci il may ayının 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qərarı əsasında rəsmi dövlət qeydiyyatına alınmasına baxmayaraq, veteran hərəkatına və veteranlara münasibət o qədər də dəyişməmişdir. Həmçinin Ermənistanla müharibə şəraitində ölkədə yaşanan gərginliklə əlaqədar Respublika Veteranlar Təşkilatının fəaliyyəti əsasən formal xarakter daşımışdır.[1]
Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət kardinal şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Liderin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır.[1]
Rəhbərlik
redaktə- Əliyev Rəşad — Təşkilatın sədri.
- Cəlil Xəlilov — Təşkilatın sədr müavini.
Rəyasət Heyəti üzvləri
Respublika Veteranlar Təşkilatının yeni tərkibdə seçilmiş Rəyasət Heyəti üzvləri 27 nəfərdən ibarətdir:[3]
- Əliyev Rəşad Həmzə Oğlu
- Xəlilov Cəlil Malik oğlu
- Əzizov Elvin Tofiq oğlu
- Timoşenko Vladimir Vasilyeviç
- İsmayılov Nadir Kamil oğlu
- Abdullayev Səmyar Abdulla oğlu
- İbrahimli Pərviz Oqtay oğlu
- Əbilov İmran Rəşid oğlu
- Haqverdiyev Adil İsmayıl oğlu
- Cəfərov Şədtat Muqdat oğlu
- Babayev Lətif Şükür oğlu
- Bayramov Ağarza Seyidrza oğlu
- Əhmədov Bədirxan Balaca oğlu
- Zahidov Bəhram Səffan oğlu
- Şabanov Elşad Yusif oğlu
- Məmmədov Yusif Həsənqulu oğlu
- Süleymanov Fərhad Rəsul oğlu
- Şükürov Sovet Qardaşxan oğlu
- Əlizamanlı Şəmistan Hüseyn oğlu
- Musayev Samir Firdovsi oğlu
- İsmayılov Bəhruz Cəbrayıl oğlu
- Mustafayev Elşən Dilavər oğlu
- Bəşirov Çingiz Adil oğlu
- Yaqubova Adilə Firuddin qızı
- Ağakişiyev Bəhram Lətif oğlu
- Allahverdiyev İsgəndər İmanverdi oğlu
- Nəsibli Fəqan Sabir oğlu
Sədrlər
redaktə- Mustafa Nəsirov (1987-2012)
- Tofiq Ağahüseynov (12 sentyabr 2017 - 16 yanvar 2021)
- Fatma Səttərova (16 yanvar 2021-ci ildən)
- Əliyev Rəşad (25 oktyabr 2024-cü ildən)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının tarixi" Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine. Veteran.gov.az/
- ↑ "Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub" Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine. Mod.gov.az.
- ↑ "Rəhbərlik" Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine. Veteran.gov.az.