Azerbaycan Ssr Emekdar Geoloqu - Wikipedia
Azərbaycan SSR əməkdar geoloqu (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар ҝеологу) — Azərbaycan SSR-də geologiya sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad.
Azərbaycan SSR əməkdar geoloqu | |
---|---|
Азәрбајҹан ССР әмәкдар ҝеологу | |
|
|
Ölkə | Azərbaycan SSR |
Tip | fəxri ad |
Kimə verilir | geologiya sahəsində fərqlənmiş şəxslərə |
Təltif edir |
|
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 20 iyul 1977 |
Tarixi və əsasnaməsi
redaktə"Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1977-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.[1]
Fəxri ad geologiya, geofizika, hidrogeologiya, topoqrafiya-geodeziya təşkilatlarında və elmi-tədqiqat idarələrində azı 10 il işləmiş, öz əməli və ya elmi fəaliyyətində xüsusilə fərqlənmiş, geologiya və yeraltı sərvətlərin kəşfi sahəsində böyük xidmət göstərmiş yüksək ixtisaslı mühəndis-texnik işçilərinə və elmi işçilərə, habelə geologiya kadrlarının hazırlanması və tərbiyələnməsi işində xüsusi xidmətləri olan şəxslərə verilirdi.[1][2]
5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar geoloqu" adı ilə verilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 «Азәрбајҹан ССР әмәкдар ҝеологу» вә «Азәрбајҹан ССР әмәкдар коммунал вә әһалијә мәишәт хидмәти ишчиси» фәхри адларынын мүәјјән едилмәси һаггында Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Коммунист. № 168 (16603). 21 ијул 1977-ҹи ил. С. 2.
- ↑ Азәрбајҹан ССР фәхри адларынын мүәјјән едилмәси вә Азәрбајҹан ССР дөвләт тәлтифләри һаггында Әсаснамәнин тәсдиг олунмасы барәсиндә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Азәрбајҹан Совет Сосиалист Республикасы Али Советинин Мә’луматы. № 16 (654). Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 31 август 1983-ҹү ил. С. 14–23.