Azerbaycan Telebe Gencler Teskilatlari Ittifaqi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ və ya Tələbə İttifaqı) Azərbaycanın 101 ali və orta təhsil müəssisəsini özündə birləşdirən ən böyük tələbə təşkilatlarından biridir.[1]
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ATGTİ | |
---|---|
Yaranma tarixi | 20 noyabr 2009 |
Qeydiyyat tarixi | 31 mart 2010 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Azərbaycan |
Sədr | Pərviz Mirələmli |
Üzvləri | 40.000-dən çox |
atgti.az |
ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatıdır. İttifaqın əsası 20 noyabr 2009-cu ildə qoyulmuşdur, 2010-cu ilin mart ayında isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İttifaqın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək olmaq, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
ATGTİ mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri, tələbələrarası müxtəlif olimpiadalar, incəsənət müsabiqələri və digər bu kimi fəaliyyətlər təşkil edir.
İstinadlar
redaktə- ↑ "ATGTİ rəsmi saytı". 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-14.