Azerbaycan Mifologiya Ve Folklor Varliqlarinin Siyahisi - Wikipedia
Azərbaycan mifologiya və folklor varlıqlarının siyahısı — azərbaycanlıların mifoloji düşüncələr sisteminə uyğun olaraq Azərbaycan mədəniyyətində mövcud olan varlıqların siyahısıdır.
Panteon
redaktəTanrılar
redaktəErkək tanrılar
redaktəAzərbaycan mədəniyyətində babalıq adı daşıyan əsatiri obrazlar çoxdur. Alqış və qarğışların deyilməsində onlara müraciət edilir. Bunlara misal olaraq Aran Baba, Piri Baba, Şah Baba, Baba Dərviş misal göstərilə bilər:[1][2]
- Göy Tanrı və ya Tenqri. Azərbaycan dilində "Tenqri" sözündən törəmiş "Tanrı" sözü vardır. Azərbaycanlılarda Allahı göylə düşünmə təmayülü vardır. Tanrıya şükür edilərkən Günəşə dönər və ya şükür edilən nemət Günəşə çevrilərdi. Günəşdə ilahi bir hikmət olduğu qəbul edilərdi.[3] Ənənəvi türk xalq inanclarında Tanrının göylə əlaqələndirilməsi İran Azərbaycan türkləri arasında "göydəki Tanrıya and olsun", "göy haqqı", "ay haqqı" kimi deyimlərdə yaşadılır. "Göy haqqı" xüsusilə göyün müqəddəsliyinə işarə edir.[4]
- Ağac Ata və ya Ağac kişi. Dağ meşələrində yaşayan ruhlardır. Xoşagəlməz qoxuya sahib olub, meymunla insan arasında görünüşə malikdirlər, hər iki cinsə aid nümayəndələri tüklüdür. İnanılır ki, yemək axtaran ağac-kişilər gecənin qaranlığında bağçalara və bağlara baş çəkir, insanlar tərəfindən atılan paltarları geyirlər.[5]
- Al Dədə. Yurd hamisi rolu oynayır. Bu mifik təsəvvür türk xalqlarında məğlubedilməz igidlərin dağa dönərək yurdu qoruması inancına çevrilmişdir. Tovuzda "Al Dədə" ocağı bununla əlaqədardır.[6]
- Albasdı. Türk xalqları mifologiyasında mənfi varlıq olsa da, azərbaycanlılarda doğum ve bərəkətin qoruyucusudur və bəzi uşaqları dərd və bəladan qoruyar.[7]
- Andır xan. Od tanrısıdır. "Lənətə gəlmək" mənasında "Andıra qalmaq" ifadəsi işlədilir. Qara və çirkin mənasında "əntər" sözü də işlədilir.[8]
- Ay Ata. Azərbaycanda və Şərqi Anadoluda Ay Ata eynən Günəş kimi ana olaraq təsəvvür edilir.[9]
- Bəkil. Ov tanrısını adıdır. Boynun, başında ağ yeri olan, qulağı deşik heyvanın bir hissəsinin ov tanrısına qurban verilməsi adəti Azərbaycan və Sibir türklərində vardır. Eyni zamanda Azərbaycanda ov tanrılarına qoğal verilməsi adəti vardır.[10]
- Cütçü Baba. Cüt təsərrüfatının hamisidir. Əkdiyi məhsul Əkinçi Baba tərəfindən qorunar, Yel Baba dənin samandan ayrılmasında iştirak edər.[1]
- Çenbil. Dağ tanrıçasıdır. Azərbaycanlıların Koroğlu dastanında yer adına çevrilərək Çənlibel dağı olmuşdur.[11]
- Əkinçi Baba. Əkin hamisidir, Yel Babanın qardaşıdır. Əkinçi Baba Cütçü Babanın əkdiyi məhsula hamilik edir, məhsulun tələf olmasının qarşısını alır.[1]
- Qanım Xan. İnam tanrısıdır. Azərbaycanda razı salına bilməyən insanlara "qanmaz" deyilir.[12]
- Qodu. Günəş çağırmaq və ya yağış yağdırmaq üçün tanrı. Qodu-qodu mərasimi bununla bağlıdır.[13]
- Saya xan. Heyvandarlıqla məşğul olanları qoruyur. Saya mərasimi bununla bağlıdır.[14]
- Tufan Div. Zülmət dünyasının padşahıdır. İldırım tanrısının ildırım çaxanda qız qaçırması mifinə uyğunluq "Tapdıq" nağılındakı Tufan Divdə də görülür.[15]
- Tapdıq. Tufan Divin oğludur, Göy Oğlu kimi göydən yerə atılır və tapıldığı üçün adına Tapdıq deyilir.[15]
- Yada. Yağış yağdıran tanrıdır. Öz adı ilə adlandırılan səma daşını yerə endirmiş və ya onu yerdə himayə etmişdir.[16]
- Yahu. Xəzərətrafı regionlarda balıqçılıq nəğmələrində adı keçir.[17]
- Yel Baba. Keçmişdə taxıl sünbüldən çıxandan sonra buğdanı samandan çıxartmaq üçün çağrılırdı: "Taxılımız yerdə qaldı, yaxamız əldə qaldı. A Yel baba, Yel baba, Qurban sənə, gəl, baba!"[18]
Qadın tanrılar
redaktə- Ulu Ana. Azərbaycan mifoloji mətnlərində göstərilir ki, dünyanın sonu gələndə bütün yaranmışlar ölüb gedəcəklər, tək bir Qarı nənə və bir də qurd qalacaqdır. Dünyanın sonundan danışılan esxatoloji miflərdə qarı obrazına təsadüf olunması həmin süjetlərin kosmoqonik miflər sırasına aid olması baxımından yaradılış aktındakı Ulu Ağ Ana obrazını yada salır. Azərbaycan mifoloji mətnləri içərisində kosmik qəzanı təsvir edən mif mətnindəki qarı isə ölüb dirilməni işarələyən yerin özünü rəmzləndirir. Bütün bunlar mifoloji qarı obrazının yaradılış aktındakı mifik ilahə Ana kompleksindən gəldiyini və onun atributlarını daşıdığını göstərir.[19]
- Böyük Ana. Azərbaycan qadınları keçmişdə mərhum üçün laylalar oxuyardılar. Bu adət ölümün Böyük Anaya qayıdış olması ilə bağlı qədim anlayışı əks etdirir.[20]
- Böyük Ana Kyubey xatun. İlk insanın Böyük Ana Kyubey xatunun bətnində yerləşən həyat ağacından yaranması ilə bağlı fikirlər mövcuddur.[21]
- Al Ana və ya Hal anası. Pislik tanrıçasıdır. Qırmızı rəngli geyimləri olan, qırmızı saçlı bir qadındır. Doğuş zamanı zahının başının üstündə dayanır. Gözəgörünməz olan Hal anası anaya və ya uşağa xətər yetirmək məqsədini güdür. Ondan qorunmanın müxtəlif üsulları vardır: tüfəngdən güllə atmaq, zahıya kişi paltarı geydirmək və ya adını Məryəm çağırmaq.[22]
- Unuqay. Qəbiristanlıq ətrafı ərazilərdə rast gəlinir. O, çox zaman yolla gedən atlıya, yaxud arabalı yolçuya sahibsiz keçi kimi görünür. Keçinin rəngi mətnlərin əksəriyyətində ağ, yalnız bircə mətndə qara verilir. Tapıntının keçi yox, Unuqay olduğu bilinəndən sonra onun ayaqları uzanmağa başlayır. Unuqayın ayaqlarının uzanması onun güclənməsinə səbəb olur.[23]
- Alvız və ya Dağ ana.[24] Övladları Qoşqar, Murov və Kəpəzdir.[25]
- Umay Ana. Azərbaycan inanclarında Humay qayasına başını qoyub yatan qadının uşağı olardı.[26]
- Fatma qarı. Azərbaycan, Şərqi Anadolu və Şimali İraqın bəzi bölgələrində Umay Ananın vəzifələrini etnik-mədəni çərçivədə Fatma qarı motivi həyata keçirir. O, Azərbaycan inanclarında belində oxu və yayı olan bir varlıq şəklində göstərilir. Fatma qarı yayın göyə tutanda bolluq, yerə tutanda qıtlıq olur.[27][26]
- Yer Ana. Novruz bayramında torpağın iki tərəfdən qazılması və altından keçidin düzəldilməsi, sonra insanların oradan keçməsi yer kultunun bir qalığı olub, torpaq ruhu və Yer Ana ruhundan yenidən canlanmağı ifadə edirdi. Türk mifologiyasında Yer Ana ilə əlaqələndirilən, zəif doğulan körpəni köhnə məzara qoyaraq bir gecə orada saxlamaq adətinin başqa bir forması Azərbaycan nağıllarında görülür. Ət parçası kimi doğulan uşaq Simurq quşu tərəfindən bir çayın suyunda üzdürülür və daha sonra uşaq gözəlləşir.[28]
İyələr
redaktəNaxçıvan bölgəsi inancları[29]
Əyələr və ya iyələr müəyyən təbii varlıqları qoruyan və ya onların təcəssümü olan mifoloji varlıqlar, yaxud hami varlıqlardır.[30] Su iyəsi iyələrin ən ulusudur.[16]
- Bağ əyəsi. Bağa girəndə salam verilməli, bağdan çıxanda sağollaşdılmalıdır. Bağdan bir şeyin götürəndə icazə alınmalıdır.[30]
- Canqulaz. İnsanları gecə yuxusundan ayıldan, qırmızı rəngli qara iyədir. Gündüz görünmür. Azərbaycan və Şərqi Anadoluda müxtəlif adlarla bu varlığa inanca rast gəlmək mümkündür.[31]
- Çay nənəsi. Yaşlı qadın geyimində çayda yaşadığına inanılır. Körpüdən keçəndə suya çox baxılanda əsəbləşir və insanın başın döndürür. Başı dönən adamın gözləri qaralır və çaya düşür.[32]
- Çən qarısı. Çən, çisək, qara dumanı torbasında saxlayır. Acığı tutanda torbasın açıb çən-dumanı boşaldır. Çən Yel Babanın xoşuna gəlməyəndə əsib onu dağıdır.[30]
- Çoban və sürülərin iyəsi. Naxçıvan və Təbriz türkləri arasında rast gəlinir.[33]
- Dağ iyəsi. Dağ ruhu nurani qoca olaraq təsvir edilir.[25] Meşkinşəhrdəki Savalan dağının zirvəsinə qoyun götürüb dağ ruhu üçün qurban kəsilərdi. Bundan başqa duaları qəbul edilən şəxslər Ulu Tanrıya bu dağın zirvəsində qurban kəsərdi. Beləliklə, müqəddəs qəbul edilən dağların yer ilə göy arasında bağlantı qurduğuna inanılardı. Bu məntiqlə Dağ iyəsinin Göy Tanrı ilə əlaqə qurduğu qəbul edilmiş, hətta dağlar göyün qapısı sayılmışdır.[4]
- Daş iyəsi. Gürcüstan azərbaycanlılarının yaşadığı Borçalı bölgəsində ağac, su, daş kimi yer-su iyələrinə aid inanclar onların yaşadığı yerlərin ziyarət edilməsi və onlara hədiyyə verilməsi şəklində davam edir.[34]
- Dəyirman əyəsi. Ağbaba mahalı azərbaycanlılarının inancına görə dəyirmanda yaşayır və aylı gecələrdə gözlərinə göründüyü insanlar ondan qorxarsa dəli olur, qorxmazsa dəyirman əyəsi onlara heç nə edə bilmir.[29]
- Ev iyəsi. Hər evin bir iyəsi vardır. Bəzən adına "Ev cini" də deyilir.[35] Dağıstan azərbaycanlılarında bu varlıq "Ev adamı" adlandırılır.[36]
- Meşə iyəsi. Azərbaycan inanclarında Meşə iyəsi rolunu Ağac kişi oynayır.[37]
- Heyvanların iyəsi. Azərbaycan nağıllarında pəri olaraq göstərilir. Meşə sahibi kimi təsəvvür edilən qadın hami ruhun nağıl versiyasıdır.[38]
- Od iyəsi. Azərbaycan inanclarında odu su ilə söndürməzlər, odun ruhu inciyər.[39]
- Ov iyəsi. Ov heyvanlarının başçısıdır. Ovçular ov iyəsini və onun baxdığı heyvanı vurmamalıdır. Mifik mətnlərdə bu iyənin maral, ayı və ceyran şəklində variantları mövcuddur.[40]
- Pir iyəsi. Culfada yağmur pirləri deyilən ziyarət yerləri vardır. Burdan götürülən daşlar evlərdə suya salınar, pir iyəsi isə pirdə qalmış daşlar da eynən su ilə qovuşsun deyə yağış yağdırarlar. Yağış yağandan sonra gənclər evləri dolaşıb daşları toplayar, pirlərə geri qaytararlar. Oxşar inanclara Muğan və Gəncə bölgəsində də rast gəlinir.[41]
- Su sahibi. Qoruyucu ruhlar olan Sahiblərin ən üstünüdür. Səhər suya gedəndə ona salam verilməlidir. Su çirkləndirilərsə, Su sahibi insanlara ziyan verər.[32] Qazax inanclarına görə sudan ilk dəfə keçən ona bir şey atmalıdır.[29]
- Ərdov (Ərdoy). Su ruhunu təmsil edən mifik varlıqdır.[42]
- Ərənlər. Suda yaşadığına inanılan ərənlər Su ruhuna bağlıdırlar. Belə bir deyim var: "Yalan desən, səni suyun ərənləri vursun".[43]
- Subaba/Baba Sucəddin. Çeşmələri qoruyan su iyələridir. Onlara ziyan verən insanları cəzalandırarlar.[44][1] Həmçinin bax: Sucəddim ayini
- Yel iyəsi. Heydər, Yel İyəsine Azərbaycan mədəniyyətində verilən addır. Xalq arasındakı bir rəvayətə görə, yeddi rəngdə yumaq dolayıb qıçının altına qoyduqdan sonra, əsən külək səbəbiylə yumaq diyirlənib getdiyi üçün Heydərə əsəbiləşən Fatma qadın, belindəki ox və yayı çıxarıb onu vurmaq istəmişdir. Yayı düz tutmadığı üçün Heydər gülərək qaçıb, Fatma qadının yunlarını göyün yeddinci qatında gizlədib. Beləcə göy qurşağı yaranmışdır.[45]
- Yer iyəsi. Gündüzlər insana görünməzlər və ziyan verməzlər. Gecə vaxtı isə diqqət edilməlidir.[46]
Əcdadlar
redaktəAzərbaycanda müqəddəsin adına ata və baba sözlərinin əlavə edilməsi əcdad kultu ilə əlaqələndirilir və bu yolla qohumluq ifadə edən sözlər müqəddəslərə ehtiram göstərilməsində istifadə edilmişdir.[47] Aşağıda əcdad kultunun bir neçə forması verilmişdir:
- Dağ. Azərbaycanda qadınların dağa baxarkən yaşmaq vurub, "qaynatam baxır, ayıbdır" deməsi, həmçinin dağlara baba deyilməsi dağın qadının ərinin və qaynatasının soy dağı olaraq təsəvvür edilməsi ilə əlaqədar ola bilər.[48]
- Gur-Gur Baba. Göylərdə yaşayır, ildırım çaxması, leysa, yağış, sel kimi təbiət hadisələrinə səbəb olur. Ordubad və Kərkük türklərinin mifoloji inanclarında rast gəlinir.[49]
- Günəş və ya Gün Ata. Əfsanəyə görə, Qış, Bulud-Keçəl qız, Duman (hər üçünün birləşməsindən daha sonra Kosa obrazı yaranır) və Saçlı qız Günəşin övladlarındadır. Günəş qışda kaniatı dolaşmağa gedəndə yaratdığı Yeri övladlarına tapşırır. Ancaq onlar Saçlı qızı təndirə salıb əsir edirlər. Saçlıq qızın törəmələri insanlardır.[25]
- Qorqud Ata. Kainatdakı hər şeyin adını o, vermişdir.[50]
- Qurd. Qurdun təhqir edilməməsi, qurd görəndə salavat çəkilməsi haqqında deyimlərin olması onun əcdad funksiyasını göstərir. "Kitabi-Dədə Qorqud" dastanında Qazan xan öz soyunu erkək qurdla əlaqələndirir.[51]
- Su. Azərbaycan türklərinin inanclarında suyun kultlaşması suyun baba, əcdad olması, övlad bəxş etməsi, suya and içilməsi şəklində üzə çıxır.[51] Həmçinin bax: Sucəddim ayini
- Uzunlar. Azərbaycan mifoloji mətnlərində qədim dövrlərdə uzun boylu, 300 yaşlarına qədər yaşamış varlıqlardır. Yemək istədikləri şeyi əlləri ilə qaldırıb, Günəşin qabağında pişirərlər. Onlardan əcdadlarımız olaraq bəhs edilər.[52]
- Abazar. İlk nəhəng insanlardan biridir, Arazın bir tayından o biri tayına tək addımla keçə bilirdi.[21]
Digər mifik varlıqlar
redaktə- Azar-bezar-kezar. Üçüz pis ruhlardır. Son Çərşənbədə azərbaycanlılar "azarım-bezarım tökülsün" deyərlər.[51] Azar-bezar hər cür xəstəliyə deyilir.[53]
- Boğmaca. Azərbaycanda uşaq öskürəndə və ya boğulan kimi olanda Boğmacanın uşağı boğduğu deyilər.[54]
- Cırtdan. Azərbaycan nağıllarının qəhrəmanıdır. Araşdırmalara görə, Alov ruhunu təmsil edir.[55] Azərbaycanda körpələr də Cırtdan adlandırıla bilər.[56]
- Çərşənbə arvadı. Çərşənbə günü bir evdə işlər tamamlanmamış isə ora girən və ziyan vuran cadugərdir.[57]
- Damdabacalar. Onlar köhnə evlərin, məscidlərin, dəyirmanların xarabalıqlarında yaşayırlar. Axşamdan keçmiş həyətə isti su tökmək olmaz, çünki təsadüfən, damdabacaların uşaqlarını yandırmaq olar, belə olarsa, onlar bunun qarşılığında intiqam almağa başlayarlar.[58]
- Kəsikbaş. İslamiyyəti yaymaq və qorumaq məqsədilə ilə düşmənlərlə savaşan övliyaların savaşda başlarının kəsilməsi, başlarını qoltuqlarına alaraq müəyyən məsafəyə qədər hərəkət etmələri, kəsilmiş başın zikir etməsi bu əfsanələrin ortaq motivləridir.[59][60]
- Kimsələr və ya Kimsənə. Evdə insan olmasa da, evə girəndə salam verərlər. Çünki evdə kimsələr var. Onlar evə bərəkət gətirər, quş cildində insanın yuxusuna girərlər.[61]
- Kor kişi. Ordubad mifologiyasında yuxu gətirən, yuxunu simvolizə edən varlıqdır. Yuxusu gələn insanlar Kor kişinin onları yaxaladığını iddia edərlər.[49]
- Körmöz. Azərbaycan, Balkan və Anadolu bölgəsində istifadə edilən "Kor şeytan" ifadəsi şeytan anlayışının Altay-Sayan mifologiyasındakı yeraltı varlıqlar olan körmözlər mənasında inkişaf etdiyini göstərir.[54]
- Qanadlı adamlar. Göylərdən aşağı düşmüş və Kəlbəcərdəki Lök qalasını inşa etmişdilər.[62]
- Qaraçuxa. Mətnlərdə Qaraçuxa daim evlə bağlı olur. Onun damın üstündə yatdığı, evə girən zaman Qaraçuxaya salam vermək lazım olduğu qeyd olunur. Qaraçuxanın evi tərk etməsi isə o ailənin bəxtinin bağlanması kimi yozulur.[63]
- Qaramat. Pis ruhdur. Azərbaycan dilində "qaramat basmaq" deyimi vardır.[64]
- Mələk. Azərbaycan inanclarında odda mələk olduğuna inanılar, od su ilə söndürülməzdi.[65]
- Lələ. Daşdan yaranmış, ata-anası olmayan uşaqdır. Soy dağı inancı ilə bağlıdır.[38]
- Pərilər. Onlar nağıllarda müsbət rol oynayır, ağ dəriləri və uzun saçları ilə gözəl bakirələr olaraq təsvir olunur. Pərilər gözəl bağlarda və saraylarda yaşayır, hovuzlarda üzürlər. Onlar göyərçinə çevrilib, başya yerlərə uça bilirlər.[66] Azərbaycan mifologiyasına suların sahibi olan su pəriləri də mövcuddur.[67]
- Su pərisi. Mələkdir, baş tərəfi adam, ayağı balıqdır.[29]
- Şaşa. Qara rəngli, pişikdən ölçüdə balaca, yan tərəfdən qadına bənzəyən şeytani ruhdur. O, körpəni doğulmasından altı gün sonra boğa bilər. Gərək körpə tək buraxılmasın.[68]
- Ucubılıx və ya Ucuqulu. Nəhəngin adıdır, normal insanlar onun ancaq dabanına çatır.[30] Ucubılıxlar əvvəlcə Əlincəçayın adasında yaşayan kələntər, azman adamlar imiş. İnsanlarla anlaşıb yemək yeyəndən, yerə-göyə and içməyə başlayandan sonra cılızlaşıb adi adamlar olublar.[69]
- Uğur. Azərbaycan atalar sözlərində, nağıllarında, əfsanələrində və rəvayətlərində rast gəlinən "uğur" sözü köhnə dövrlərdə qoruyucu ruhun adı olmuş, yol, yer qoruyucusu kimi xalq ədəbiyyatı əsərlərində qorunub saxlanmışdır.[54]
Bədheybətlər
redaktə- Divlər. Nəhəng, qüvvətli, eybəcər və insanabənzər divlər quyuların dibindəki üç otaqlı mağaralarda yaşayırlar və şər qüvvələri təmsil edirlər. "İbrahimin nağılı"nda isə div xeyirxahlığı, insanlarla qan qohumluğu ilə təsvir edilir.[18]
- Dönərgələr. Mif, nağıl və dastanlarda bəzi qəhrəmanlar başqa obraza çevrilir, dönür. Bu xüsusiyyət onlar funksional xarakteristikasında əsas rolu oynadığı üçün belə adlanırlar.[30]
- Adamcıl.[70] Hekayələrin birində adamcıl olmaq üçün istifadə edilən dəri yandırılanda həmin insan adamcıllıqdan xilas olur.[30]
- Goreşən. Gözəl bir qızdır. Gecə yuxudan oyanıb həyətə çıxarkən onu alovsayağı bir işıq əhatə edir və başına canavar dərisi düşür. Adamcıla çevrilən qız o gündən sonra kənddə adam ölən kimi həmin dərini geyir və ölünü qəbirdən çıxardıb aparır.[23]
- İlan-oğlan. Oğlan ilana çevrilmək üçün paltardan istifadə edir, paltar yandırılanda həm ilan, həm oğlan qeyb olur.[30]
- Adamcıl.[70] Hekayələrin birində adamcıl olmaq üçün istifadə edilən dəri yandırılanda həmin insan adamcıllıqdan xilas olur.[30]
- Kaftar. Daha çox qəbiristanlıq ətrafında rast gəlinən mifoloji varlıqdır. Bir neçə mətndə o, yolla gedən atlıları incidir, daha çox işıqdan və dəmir əşyalardan qorxur. Bu tip mətnlərin birində Kaftar arabasına mindiyi şəxsə deyir ki, sən uşaqkən ananın üzünə ağ olmusan.[23]
- Kaftarkis. Adamdan dönmədi, buynuzları var. Gecə qəbirləri eşib, cəsədləri çıxarıb başdaşına söykəyir. Sonra isə onları buynuzları vasitəsilə dalına qoyub, yemək üçün aparar.[30]
- Kəlləgöz (Təpəgöz). Azərbaycan xalq dastanında rast gəlinir, insan sümüklərindən qalası var.[71]
- Kəndirqayış. Axşamüstü yol kənarında rast gəlinən mifoloji varlıqdır. O, çox arıqdır və 63 uzun qollara malikdir. Çıntırqayış yolçulara köməksiz qarı və yaxud uşaq şəklində görünür. Yolçulardan ona kömək etməsini xahiş edir. Sonra isə qollarını onu götürmək üçün əyilən yolçunun boynuna dolayır və onu sıxmağa başlayır. Naxçıvanda rast gəlinir.[23]
- Xortdan və ya Xortlaq. Gecə qəbirdən xortlayaraq çıxan varlıqlardır.[72]
- Qaraqura. Bu şeytani varlıq insanların qorxulu yuxu görməsinə səbəb olar, baş ağrıları yaradar və insanların psixoloji vəziyyətini pisləşdirər.[54] İğdır azərbaycanlılarının "Qara quru" adlandırdığı və cinlərin anası hesab etdiyi varlığın saçları qarışıq, dişləri seyrək olur, balaca bir qız cismində ortaya çıxır.[36]
- Qayış baldır. Uşaqları qorxutmaq üçün uydurulmuşdur.[73]
- Qulbasdı və ya Aleybanı. Uzunboylu, ağbəniz və çılpaq təsəvvür edilən, qadın cinsinə məxsus mifik canlıdır. Sinəsinə iynə sancılanda hərəkət edə bilmir.[74]
- Qulyabanı və ya Səhra qulu.[75] Çöldə və ya qəbiristanlıqda yaşayıb, gecə yolçularını qorxudurlar. Qulyabanılar tutulduqdan sonra paltarına iynə sancılaraq sahiblənilə bilər, ancaq insanın hər dediyinin əksini edəcək.[76][77]
Cinlər
redaktəCinlər İslamdan əvvəlki ərəb mifologiyası və daha sonra İslam mifologiyası və teologiyasında fövqəltəbii varlıqlardır. Həm müsbət, həm də mənfi rol oynaya bilirlər. Azərbaycan mifologiyasında aşağıdakılara rast gəlinir:
- Cin dəyişiyi. Şəki mətnlərinə görə körpə uşağı tək qoyduqda Cin onu öz balası ilə dəyişdirir. Cinin dəyişdirdiyi uşaq cansız, arıq və balacaboy olur. Cin dəyişəyi, adətən, tək gəzir. Onun üzünə baxanda adamın canına qorxu düşür. Heç kəs onunla ailə qurmur. Hansı evdə məclis olub, ona pay çıxarılmasa, həmin ailəyə bədbəxtlik üz verir. Ağbaba nümunəsinə görə Cin dəyişiyi həmişə xaraba yerlərdə, qayalıqlarda olur. O, Cin kimi cürbəcür donlara girə bilmir. Buna görə də rastlaşdığı adamları uzaqdan-uzağa aldatmağa çalışır.[23]
- Bizdən yaxşılar. Cinlərə verilən addır. Yerə su töküləndə bizdən yaxşıların uşaqları yanar və onlar da intiqam almaq üçün insanları döyərlər.[78]
- Astana cini. Evin astanasının sahibidir, axşam vaxtı çöldə oturmaq və ya əli qoynunda durmaq olmaz.[63]
- Çər və Çor. Bizdən yaxşılardandır, insanın var-dövlətinə ziyan verərlər. Çər tərli atı öldürür ki, insan piyada qalsın, yol gedə bilməsin.[30]
- Ağ Çor və Qara Çor. Çorun formalarıdır. Ağ Çor bostanı məhv edir, Qara Çor isə bağ-bağçanı, ən çox üzümü qırır.[30]
- Məleykələr. Qadın cinsindədirlər, göyərçinə çevrilə bilirlər.[30]
- Boyu bir qarış, saqqalı iki (yeddi) qarış. Azərbaycanlıların inancında gözə görünməyən, insanabənzər cindir. Saqqalındakı hər tük bir oxdur.[79]
- Əcinnə. Camaatın sıx olduğu yerlərdə yaşayıb, qısa boylu olurlar. İri başları, tüklü bədənləri və tərs ayaqları vardır.[80]
- Cinlər padşahı. Ağzına tüpürdüyü şəxs dünyadakı hər şeyin dilini bilir.[30]
Ağaclar
redaktə- Çömçəxatun. Hekayələrdən birinə görə, quraqlıq zamanı bir təpənin başına çıxaraq Allahdan yağış istəyir. Allah yağış yağdırdıqdan sonra təpəni tərk etməyərək çox islanır və yamyaşıl bir ağaca çevrilir.[30]
- O biri dünyanın ağacı. İnanca görə, o biri dünyanın ağacının hər yarpağı bu dünyada bir insana məxsusdur. Yarpaq yerə düşəndə o yarpağın adamı ölür. Yarpağı yerə düşəndə dəydiyi yarpaqların məxsus olduğu insanların qulaqları cingildəyir.[25]
- Şəfa ağacı. Gecə vaxtı ağacın hər budağı ayrı rəngdə olar, hər budaqdan ayrı musiqi səsi gələr. Altında yatan şəfa tapar.[40]
- Tənha ağac. İstəmədiyi elçidən qurtulmaq üçün ağaca çevrilmiş qızdır. Nə böyüyər, nə quruyar. Budaqları qırılanda yerinə qan axar.[40]
- Həyat ağacı. Böyük Ana Kyubey xatunun bətnində yerləşir. İlk insan bu ağacdan yaranmışdır.[21]
- 7 həmişəyaşıl ağac. Dağdağan, əncir, nar, alma, tut, zoğal, saqqız ağaclarıdır. Azərbaycan yaradılış mifində qeyd edilir.[81]
Heyvanlar
redaktə- Beşik quşu. Yeni doğulmuş uşağın üzü örtülməyəndə ona ziyan vermək istəyən mifoloji quşdur.[68]
- Dövlət/Şahlıq/Hüma quşu. Kimin çiyninə otursa padşah olar.[82] Hüma quşunun kölgəsi bəxtiyarlıq və səadət rəmzidir.[25]
- İlan. Azərbaycan nağıllarında ilan insanlara dil bilmək qüdrəti və sehr yaratmaq gücü verir. Həmçinin insana çevrilə bilir.[25]
- İsa-Musa quşu. Danalarını və ya peyğəmbəri axtarmaq üçün quşa çevrilmiş iki qardaşdır.[25]
- Maral. İnsana çevrilmə və şəfa vermə funksiyası var.[25]
- Qarğa. Ovlanması yasaq quşlardandır, ovçuların köməkçisidir. Ancaq evdə və həyətdə qara qarğanın görünməsi yaxşı əlamət deyil.[10]
- Qoç. Yusif Vəzir Çəmənzəminli "Qızlar bulağı" əsərində qoçun müqəddəs olduğunu və azərbaycanlılar tərəfindən ona itaət edildiyini bildirir.[83]
- Qurd. Yuxuda qurd görmək yaxşıdır, qurda söymək olmaz, ağaca qurd kəlləsi asılaraq bağ-bostan qorunur.[84] Qurdun parçaladığı heyvan mundar sayılmır.[51]
- Süleyh (İsgəndər quşu). Onun görünməsi ətrafda ovun olmasına işarədir. Amma ona güllə atmaq olmaz. Ovçuların verdikləri məlumata görə, ona güllə atan kimi dünya qarışır, günəşli hava olmasına baxmayaraq, birdən-birə güclü yağış yağır, dolu tökür, tufan qopur və s.[23]
- Şahmaran və ya İlanların şahı. Yarı-ilan, yarı-insan tipli varlıqdır.[85]
- Şeşə. Azərbaycan inanclarında bilinməzlər aləmindən gələn şeytani quşdur, ancaq gecələr uçar, tək qalan oğlan uşaqlarını vurub öldürər.[86]
- Tulpar. Koroğlu dastanında Qırat və Dürat tulparın (dəniz atı) nəslindən gəlir.[87]
Əjdahalar
redaktəƏjdahalar Azərbaycan mif və nağıllarında quraqlıq və xəstəliyin səbəbkarı kimi təsvir edilir, su mənbələrinin qabağını tuturlar. Əjdahanın kəsilmiş başının dirilərək qəhrəmana hücum etməsi də mümkündür. Azərbaycan tərəkəmələrinin xalça motivlərində rast gəlinir, evin qoruyucusu (talismanı) olaraq istifadə edilir.[89]
- Daş əjdaha. Arpa çayının sahilində yaşayan bir kişinin gözəl qızı sevdiyi oğlanla görüşəndə, qıza bənd olmuş əjdaha onları görür və qəzəblənib kamına çəkmək istəyir. Bu vaxtı qızın atası üzünü göylərə tutub Allaha yalvarır və əjdaha daşa dönür. Həmin daşa "Əjdaha burnu" deyirlər.[90]
- Çuxur əjdahası. "Nəsir kişinin hekayəti"ndə rast gəlinən bu əjdahanın başı pişik başı boyda idi, xırdaca buynuzları vardı.[30]
- Çırtdağ. "Qızıl qoç" nağılında çardaqdan yerə düşdükdən sonra böyüyüb əjdaha olur.[91]
- Əjdaha nəslindən gələn insan. Üç yüz il qadın və daha sonra yeddi yüz illik əjdaha cildində yaşadıqdan sonra yenidən qadına çevrilir. İnsan cildində olmasına baxmayaraq nəfəsi əjdaha nəfəsi olaraq qaldığı üçün yanındakılara ziyan verir.[91]
- Çoxbaşlı əjdaha. Bəzi süjetlərdə əjdaha üç, yeddi və qırx başlı olur, öldürülməsi üçün bütün başları kəsilməlidir.
- Əqrəbin qarnındakı yeddi əjdaha. Nağıl qəhrəmanı Tapdıq əjdahaları öldürdükcə hərəsinin qarnından qırx yeni əjdaha çıxır.[93]
- Göy çarxını çevirən cüt əjdaha. Türk xalqları mifologiyasındakı bu əfsanəyə Azərbaycan xalçalarında rast gəlinir.[92]
Mifik qəhrəmanlar
redaktə- Baba Əmir. Sehrli papağını başına qoyanda görünməz olan dastan qəhrəmanlarından biridir.[94]
- Diriq. Nənəsinin peyğəmbərlik qabiliyyəti ilə Nuh tufanından xilas olmuş oğlandır. Nuh peyğəmbər tərəfindən tapılmış və "Diriq" (Diri) adı ona verilmişdir.[95]
- Xızır. "…Unu teştə yığıb yükün altına qoyarlar. Guya gecə Xıdır İlyas gəlib əlini bu una çəkər, onu əfsunlar. Bu un müqəddəs və əfsunlanmış hesab edilər." Xızır bəzən möcüzəli doğuşa səbəb olan dərviş, bəzən də bir illik yolu bir göz qırpımında qət edən, korların gözünü açan peyğəmbər olur.
- Koroğlu. Koroğlu nərə çəkəndə dağ-daş lərzəyə gələrdi.
- Kosa və keçəl. Novruz bayramı qəhrəmanlarıdır, Kosa qışı, Keçəl isə yazı simvolizə edir.[17]
- Lök. O, görünüşünü dəyişə bilən və zəhmli ordunu idarə edən mifik qəhrəmandır. Göydən enmiş adamların tikdiyi Lök qalası adını ondan almışdır.[62]
- Oxayy. Düşmənləri tilsimləyən və gizli xəzinəyə sahib sehrbazdır. O biri dünyanın təmsilçisidir. Oxayın qəsrinin dörd bir yanı insan qanından qırmızı dənizlərlə örtülüdür. Qəsrin həyəri insan cildində heyvanlarla doludur. Divarlar insan kəlləsi ilə hörülüb.[97]
- Ovçu Pirim. İlanlar padşahı ağzına tüpürdüyü üçün heyvanların dilini öyrənmişdir. Yüz il mağarada yaşamışdır.[98]
- Vergili adamlar. Vergi yuxuda verilir və onu verən müxtəlif pir sahibləridir.[23]
- Qaradaban. Gecə doğulan şəxsə deyilir. Gördüyü iş həmişə uğursuz olur.[99]
- Qırxlar. Yuxuda qəhrəmana badə içizdirib, onu haqq aşığına çevirirlər. Onlar gözə görünmürlər.[100]
- Qış. Azərbaycan inanclarında qış qoca qarı olaraq təsəvvür edilir.[101]
- Günəş və Ay. Azərbaycan inanclarında Günəşın qız, Ayın isə oğlan uşağı olması fikri vardır.[101]
- Ülkər. Əfsanəyə görə, Ülkər adlı qızı atası ot qarşılığında ağa ilə evləndirmək istəyir. Ülkər göyə yalvararaq ot gətizdirir və daha sonra göyə qalxır. Bu Ülkər ulduzu ilə bağlı əfsanədir[25]
Qeyri-türk mənşəli varlıqlar
redaktə- Cəmşid. Tarixən İran xalqlarında və azərbaycanlılarda əfsanəvi hökmdar kimi görülmüşdür. Novruz bayramının yaranması onunla əlaqələndirilir.[102]
- Göz ilahələri. Azərbaycan sufi ədəbiyyatında gözlərin ilahiləşdirilməsi və şəxsiyyətləşdirilməsi bu poetik obrazın xarakterik xüsusiyyətidir. Göz təsvirinin bu aspekti, yəqin ki, göz ilahələrini əks etdirən qədim mif və əfsanələrdən irəli gəlir. Məhəmməd Füzulinin vətəni Mesopotamiya qədim zamanlarda göz məbədləri ilə və göz ilahələrinin heykəlləri ilə dolu idi.[103]
- Mehr. Tarixən İran xalqlarında, zərdüştlərdə və azərbaycanlılarda onun şərəfinə Mihrican bayramı qeyd edilmişdir.[104]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 20-21
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 330
- ↑ Kalafat, 1998. səh. 42
- ↑ 1 2 Rahimi, M. "İran Türklüğünde Geleneksel Türk İnançlarının Etki ve İzleri" . Milli Folklor 16 (2019): 147–159 <https://dergipark.org.tr/tr/pub/millifolklor/issue/51228/666927 Arxivləşdirilib 2023-08-19 at the Wayback Machine>
- ↑ В. Б. Агач-Киши // Мифы народов мира / Гл. ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1987. — Т. I. — С. 35.
- ↑ Beydili, 2003. səh. 33
- ↑ Beydili, 2003. səh. 37
- ↑ Karakurt, 2011. səh. 44
- ↑ Kalafat, 1998. səh. 62
- ↑ 1 2 Avcılık İnanç Ve Ritüellerine Bakış. Aynur Celilova. Sosyal Araştırmalar ve Davranış Bilimleri Dergisi, 2019, Cilt 5, Sayı 8, s. 62–86.
- ↑ Karakurt, 2011. səh. 90
- ↑ Karakurt, 2011. səh. 167
- ↑ А.Caferoğlu. "AZERBAYCAN ve ANADOLU FOLKLORUNDA SAKLANAN İKİ ŞAMAN TANRISI" (PDF) (türk). 2021-02-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-27.
- ↑ Beydili, 2003. səh. 486
- ↑ 1 2 Beydili, 2003. səh. 537
- ↑ 1 2 Najafov, A. (2019). Azerbaycan halk inanışları. (Yayınlanmamış Yüksek Lisans Tezi). Necmettin Erbakan Üniversitesi, Sosyal Bilimler Enstitüsü Felsefe ve Din Bilimleri Anabilim Dalı, Konya.
- ↑ 1 2 Ramil ƏLİYEV. Azərbaycan şifahi xalq ədəbiyyatı (Müasir aktual problemlər). — Bakı, 2014. – 350 s.
- ↑ 1 2 Qafarlı, Ramazan, AZƏRBAYCAN TÜRKLƏRİNİN MİFOLOGİYASI, ADPU, 2010
- ↑ Cəlal Bəydili (Məmmədov). Türk mifoloji obrazlar sistemi: struktur və funksiya (monoqrafiya). — Bakı: Mütərcim, 2007. — 272 səh.
- ↑ Gray, Laurel Victoria, "Arts: Folk Dancers and Folk Singers: Caucasus", in: Encyclopedia of Women & Islamic Cultures, General Editor Suad Joseph. Consulted online on 19 August 2023 <https://referenceworks.brillonline.com/entries/encyclopedia-of-women-and-islamic-cultures/arts-folk-dancers-and-folk-singers-caucasus-EWICCOM_0291b Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine>
- ↑ 1 2 3 Abbasova, 2023. səh. 155
- ↑ Məmmədova L. SMOMPK ("Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu") məcmuəsində kiçik janrlar. // "Folklorşünaslıq məsələləri" IX bur. Bakı, 2011, s.136–145.
- ↑ 1 2 3 4 5 6 7 Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh.
- ↑ Beydili, 2003. səh. 59
- ↑ 1 2 3 4 5 6 7 8 9 Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı: Nurlan, 2008, 174 s.
- ↑ 1 2 Beydili, 2003. səh. 584-585
- ↑ Beydili, 2003. səh. 215-218
- ↑ Beydili, 2003. səh. 612-613
- ↑ 1 2 3 4 Айнур Бабяк. Азярбайъан фолклорунда су иля баьлы инамлар, Бакы, "Нурлан", 2011. – 212-сящ.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
- ↑ Kalafat, 1998. səh. 53
- ↑ 1 2 Beydili, 2003. səh. 136
- ↑ Kalafat, 1998. səh. 86
- ↑ Memmedli, O. (2015). Borçalı ilinde eski Türk inançlarının izleri. (Yüksek LisansTezi). Niğde Ömer Halisdemir Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Niğde
- ↑ Beydili, 2003. səh. 205
- ↑ 1 2 Hallaç, A. T., & Yıldırım, S. (2024). "Basmak" Kökenine Dayanan Mitik Varlıklar ve Kafkaslardan Bir Uyku İblisi: "Bastırık". Folklor/Edebiyat, 30(117), 65–84. https://doi.org/10.22559/folklor.2625 (sayfa 73–74)
- ↑ Beydili, 2003. səh. 568
- ↑ 1 2 Türk mitolojisinde dağ kültü Arxivləşdirilib 2023-07-09 at the Wayback Machine. Füzuli Bayat. Folklor/Edebiyat, 12–2 (46, 2006/2) 47–60 ss.
- ↑ Karakurt, 2011. səh. 229
- ↑ 1 2 3 4 Sarpkaya, S. (2022). AZERBAYCAN TÜRKLERİNİN EFSANELERİNDE EKOFOLKLOR BAKIŞ AÇISIYLA AV, SU VE AĞAÇ . Folklor Akademi Dergisi , 5 (1) , 59–77 . Retrieved from https://dergipark.org.tr/en/pub/folklor/issue/69545/1087187 Arxivləşdirilib 2022-08-27 at the Wayback Machine
- ↑ Türkan ARIK. "Azerbaycan'in Nahçivan Bölgesinde Yağmurla İlgili İnanişlar ve Yağmur Çağirma Merasimleri". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi. 2018. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.
- ↑ Beydili, 2003. səh. 195
- ↑ Beydili, 2003. səh. 60
- ↑ Akbaş Ercan, Ceren. "Türk Dünyası Atasözlerinde Mitolojik Izler." MasterThesis, October 30, 2020. https://tez.yok.gov.tr/UlusalTezMerkezi/tezDetay.jsp?id=Q-z_okijQZ7nyc3KhZqpGA&no=7R-NZdO3oQLNUZTgcQXEhg Arxivləşdirilib 2023-07-09 at the Wayback Machine
- ↑ Karakurt, 2011. səh. 144
- ↑ Beydili, 2003. səh. 280
- ↑ Басилов Б. Н. Культ святых в исламе. Москва: Мысль, 1970, 142 с
- ↑ Türklerde Dağ Kültü Inancı Ve Altay, Tıva Ve Şor Destanlarında Dağ (Seniha Sönmez). Balıkesir, 2008.
- ↑ 1 2 ORDUBAD FOLKLOR MÜHİTİ. Aytən Cəfərova. Azərbaycan Folklor İnstitutu. Bakı, 2016
- ↑ Beydili, 2003. səh. 21
- ↑ 1 2 3 4 Türk Mitolojisi. Bahatdin Uslu. 2014. 355 səhifə.
- ↑ Beydili, 2003. səh. 574
- ↑ Beydili, 2003. səh. 84
- ↑ 1 2 3 4 5 Türk Mitolojik Sistemi 2: Kutsal Dişi – Mitolojik Ana, Umay Paradigmasında İlkel Mitolojik Kategoriler – İyeler ve Demonoloji. Fuzuli Bayat. Ötüken Neşriyat
- ↑ Beydili, 2003. səh. 128
- ↑ Karakurt, 2011. səh. 91
- ↑ Karakurt, 2011. səh. 96
- ↑ SMOMPK: AZƏRBAYCAN FOLKLORU MATERİALLARI. 2-ci cild, AMEA Folklor İnstitutu, 2019
- ↑ Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Kəsikbaş" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-24.
- ↑ AZƏRBAYCAN FOLKLORU VƏ MİLLİ-MƏDƏNİ MÜXTƏLİFLİK Arxivləşdirilib 2023-08-26 at the Wayback Machine. Beynəlxalq elmi-praktik konfransın materialları. Zaqatala, 2016.
- ↑ Beydili, 2003. səh. 314
- ↑ 1 2 Abbasova, 2023. səh. 156
- ↑ 1 2 Beydili, 2003. səh. 204
- ↑ Beydili, 2003. səh. 298
- ↑ Beydili, 2003. səh. 436
- ↑ Әфәндијев П. (азерб.)русск.. Азәрбајҹан шифаһи халг әдәбијјаты (азерб.) / Научный редактор А. Набиев (азерб.)русск.. — Б.: Маариф, 1992. — 477 с.
- ↑ Басилов В. Н. Пари // Мифы народов мира / Гл. ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1982. — Т. II. — С. 287.
- ↑ 1 2 Sattarov, R. The "Rites of Passage" Among the Azerbaijani Turks: Traditional Beliefs and Rituals Linked to the Birth of a Child. "Die Wunder Der Schöpfung", 301–312. https://doi.org/10.5771/9783956506741-301 Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine
- ↑ Elçin Qaliboğlu (İmaməliyev). Yaradılış mifləri və Azərbaycan əfsanələri. Bakı, Elm və təhsil, 2020, 180 səh.
- ↑ Beydili, 2003. səh. 414
- ↑ Beydili, 2003. səh. 554
- ↑ Beydili, 2003. səh. 243
- ↑ Beydili, 2003. səh. 304
- ↑ Beydili, 2003. səh. 42-43
- ↑ Sattarov, Rufat. "Between the Supernatural and the Natural: Aspects of Religious Beliefs among the Azerbaijani Turks". Man and Nature in the Altaic World.: Proceedings of the 49th Permanent International Altaistic Conference, Berlin, July 30 – August 4, 2006, Berlin, Boston: De Gruyter, 2020, pp. 299–312. https://doi.org/10.1515/9783112208885-036 (page 300)
- ↑ Каракашлы К. Т. (азерб.)русск.. Материальная культура азербайджанцев Северо-восточной и Центральной зон Малого Кавказа: историко-этнографическое исследование. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1964.
- ↑ Гюль-ябани // Мифы народов мира / Гл. ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1987. — Т. I. — С. 342.
- ↑ Beydili, 2003. səh. 104-105
- ↑ Beydili, 2003. səh. 108
- ↑ Beydili, 2003. səh. 187
- ↑ Mammadov, A. İ. (2023). Tree cult in the mythology of the peoples of the world. Universidad y Sociedad, 15(3), 404–412. (page 407)
- ↑ Beydili, 2003. səh. 171
- ↑ TÜRK-MOĞOL ŞAMANIZMININ TASAVVUFI ISLAM TARIQATLARI ÜZERINDEKI TESIRI. Köprülüzade- M. Fuad. Çev-Ferhat Tamir-1996
- ↑ Beydili, 2003. səh. 352
- ↑ Sarpkaya, Seçkin. "Câmasbnâme’den Masallara Şahmaran: Türkiye Sahası Masallarında Şahmaran Tipi ve Anlatıları", Doğaüstü Varlıklar ve Anlatılar Üzerine İncelemeler, Ed. Altuğ Orakçı, İstanbul: Kesit Yayınları, 133–146, 2018.
- ↑ Beydili, 2003. səh. 528
- ↑ Çufadar, N. (2019). Köroğlu Destanı’nda atın mitolojik göstergeleri. RumeliDE Dil ve Edebiyat Araştırmaları Dergisi, (Ö5), 215–226. DOI: 10.29000/rumelide.606128.
- ↑ AKMAN E (2003). Türk Kültüründe ve Azerbaycan Destanlarında At. Gazi Üniversitesi Kastamonu Eğitim Dergisi, 11(1), 233–248.
- ↑ Beydili, 2003. səh. 193
- ↑ 1 2 Məhsəti Rüstəm qızı Ismayıl. Naxçıvan əfsanələri. Bakı: Elm, 2008, 208 s.
- ↑ 1 2 Azərbaycan nağılları. V cild. Bakı. Şərq-Qərb, 2005. 304 səh.
- ↑ 1 2 Paşayeva, V. (2007). "Azerbaycan Halı Ve Tekstillerinde Ejder Motifi", 38. Uluslararası Asya ve Kuzey Afrika Çalışmaları Kongresi, Ankara: Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu.
- ↑ Azərbaycan nağılları. IV cild. Bakı. Şərq-Qərb, 2005. 336 səh.
- ↑ Beydili, 2003. səh. 342
- ↑ Sümerlilerde Tufan — Tufan'da Türkler, Muazzez İlmiye Çığ, Kaynak Yayınları, 2012, İstanbul, Sayfa: 149.
- ↑ Beydili, 2003. səh. 326-328
- ↑ Beydili, 2003. səh. 441
- ↑ Beydili, 2003. səh. 75
- ↑ Beydili, 2003. səh. 300
- ↑ Beydili, 2003. səh. 229
- ↑ 1 2 Beydili, 2003. səh. 63
- ↑ Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh. səh 52.
- ↑ Gasimova, 2015. səh. 115
- ↑ Azərbaycan. Mədəniyyət və turizm, Prezident Kitabxanası
Ədəbiyyat
redaktə- Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
- Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
- Eski Türk Dini İzleri, Yasar Kalafat, 1998, Ankara (türk.).
- Gasimova, Aida. "Qurʾānic Symbolism of the Eyes in Classical Azeri Turkic Poetry." Oriens, vol. 43, no. 1/2, 2015, pp. 101–53. JSTOR, http://www.jstor.org/stable/24801686. Accessed 10 Feb. 2024.
- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine (türk.)
- Kyzylgul Abbasova. "The Worldview Foundations of Azerbaijani Cosmogonic and Ethnogonic Myths". ALFRED NOBEL UNIVERSITY JOURNAL OF PHILOLOGY. 2023. 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.