Azerbaycan Pioneri Qezet - Wikipedia
"Savalan" qəzeti (1990-cı ilə qədər "Azərbaycan pioneri" (azərb-kiril. Азәрбајҹан пионери) — sovet dövründə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) MK və V. İ. Lenin adına pioner təşkilatı Respublika təşkilatı şurasının orqanı olan qəzet. Sovet Azərbaycanında ən məşhur uşaq qəzeti.[1]
Savalan | |
---|---|
Təsisçi | |
Yaranma tarixi | 1 avqust 1938 |
Dil | Azərbaycan dili |
Ölkə |
Tarixi
redaktəKeçmiş SSRİ dönəmində Azərbaycanda ən məşhur uşaq qəzetlərindən biri olan "Azərbaycan pioneri" 1938-ci il avqust ayının 1-də işıq üzü görüb. Qəzetin ilk redaktoru M. Əliyev olub. Ondan sonra isə müxtəlif illərdə çox qısa bir zaman kəsiyində Q. Həsənov və İ. Novruzov bu vəzifəni icra ediblər.[2]
"Azərbaycan pioneri" özünün əsl intibah dövrünü 1946-cı ilin mayından yaşamağa başlayıb. Həmin vaxt qəzetə uşaq yazıçısı Eynulla Ağayev redaktor təyin olunub və o, 20 ilə yaxın bir müddətdə bu vəzifədə çalışıb. Eynulla Ağayevdən sonra qəzetə rəhbərliyi uşaq psixologiyasına yaxşı bələd olan, gənc nəslə həsr olunmuş bir çox kitabların müəllifi Əmrah Əmrahov öz üzərinə götürüb. Məlumatlara əsasən, Əmrah Əmrahov tam 22 il "Azərbaycan pioneri" qəzetinə rəhbərlik edib. Qəzet dörd yüz min, bəzi illərdə isə yarım milyona yaxın tirajla çap olunub. Müxtəlif illərdə "Azərbaycan pioneri" qəzetində görkəmli şairlərimiz Hikmət Ziya, Tofiq Mütəllibov, Vaqif Nəsib, yazıçı-fantast Emin Mahmudov, yazıçı-publisist Əli Səmədov və Əmir Mustafayev kimi ziyalılar çalışıblar. Zeynal Cabbarzadə, Hüseyn Abbaszadə, Cəmil Əlibəyov, Nəriman Süleymanov, Məmməd Araz, Nəriman Həsənzadə, Aqşin Babayev, Eldar Baxış, Tofiq Mahmud, Fikrət Qoca, İlyas Tapdıq kimi tanınmış şair və yazıçılar, qəzetin ən çox oxunan və sevilən müəllifləri olublar.
Qəzet fəaliyyət göstərdiyi illər ərzində uşaqlar və yeniyetmələr arasında hərbi vətənpərvərlik və idman sahəsində bir çox böyük tədbirlərin təşkilatçısı olub.
1990-cı il 20 yanvar hadisələrindən sonra redaksiya heyətinin qərarı ilə qəzetə "Savalan" adı verilib və həmin vaxtdan bu adla nəşr olunur.[3]
Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il martın 1-dən nəşrinin büdcədən maliyyələşdirilməsinə qərar verib.[4]
2000-ci ildən qəzetə Azərbaycan Gənclər İttifaqının sədr müavini, Uşaq və Gənclərin Xeyriyyə Fondunun sədri Eldar Əliyev rəhbərlik edir.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "70 YAŞLI "SAVALAN"". Azərtac. 2017-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
- ↑ "Azərbaycan mətbuat tarixi" kitabı
- ↑ "Azərbaycan mətbuatının inkişaf tarixi" (az.). anl.az. 8 iyul 2010. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-17.
- ↑ "Uşaq mətbuatının büdcədən maliyyələşdirilməsi haqqında". frameworks.e-qanun.az. İstifadə tarixi: 2023-12-12.
- ↑ "Bu günlərdə "Şuşa" şadlıq sarayında "Savalan" qəzetinin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir". anl.az. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
Xarici keçidlər
redaktə- Könül Səid. "Nazirlik məktəblərdə uşaq jurnallarının satışını qadağan edib". modern.az (az.). İstifadə tarixi: 2023-12-12.