Azerbaycan Qadini - Wikipedia
Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir.[1][2]
Gender Bərabərsizliyi İndeksi | |
---|---|
Dəyər | 0.323 (2012) |
Yer | 54-cü |
Ana ölümü (hər 100.000 nəfərə görə) | 54 (2010) |
Qadınlar parlamentdə | 16.0% (2012) |
Orta təhsil almış 25 yaş üstü qadınlar | 90.0% (2010) |
Qadınlar əməkdə | 61.6% (2011) |
Qlobal Gender Fikir Ayrılığı İndeksi | |
Dəyər | 0.6582 (2013) |
Yer | 99/144 |
Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.
Statusu
redaktəOrta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuşdur.[3]
Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub.[4] 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi.[5] Bunun, nəticəsində Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.[5][6]
Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir.[3] Qadın emansipasiyası, qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqları malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir.[3] 1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur.[3] Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi.[3] Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi.[3] 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi.[3] Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında mühüm rol oynadı.[3] 1923-cü ildə "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu.[3] Sovet hakimiyyəti dövründə Azərbaycan qadınlarının 1957, 1967 və 1972-ci illərdə keçirilmiş qurultayları da Azərbaycanda qadın hərəkatının inkişafında, onun daha mütəşəkkil forma almasında mühüm rol oynadı.[3]
Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər.[3] 1990-cı il yanvarın 19–20-də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciənin qurbanları arasında qadınlar da var idi. Qarabağ müharibəsinin aktiv fazası dövründə Azərbaycanın 74 min hərbi personalından 2 mini qadın idi və onlardan 600-ü hərbi əməliyyatlarında birbaşa iştirak etmişdi.[7] Azərbaycanın milli qəhrəmanları — Qarabağ müharibəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi oldular.[3] Erməni qəsbkarlarının Azərbaycanın ərazisinin 20%-ni işğal etməsi nəticəsində öz doğma ev-eşiyindən didərgin düşmüş bir milyona qədər Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxdur.[3] Qarabağ müharibəsinin nəticələrindən doğan əsas problemlərin, o cümlədən qaçqınlıq və köçkünlük həyatının ağırlığı başlıca olaraq qadınların — anaların, bacıların, qız-gəlinlərin üzərinə düşdü.[3]
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratdı.[8] Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir.[8] Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.[8] 1995-ci ildə Pekində keçirilən IV Ümumdünya Qadınlar konfransına hazırlıq dövründə Azərbaycanda fəaliyyət göstərən Qadınların Milli Komitəsi Pekin konfransına ümummilli məruzəni hazırlayıb təqdim etmişdir.[3] Konfransdan sonra ümummilli fəaliyyət platformasına aid müzakirələr və konfranslar keçirilmişdir.[3] Azərbaycan Respublikası 1995-ci iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.[3]
Konstitusiyanın qəbulundan sonra Azərbaycanda gender bərarbərliyinin təmini istiqamətində mühüm addımlar atıldı.[8] Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.[8] Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından, ölkənin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur.[8] 2000-ci ildə Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzaladı.[8] Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir.[8] Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması ölkədə qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı.[8]
2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000–2005-ci illər) təsdiq edildi.[8] Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı.[8] 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır.[8] 2006-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul edib.[8] Qanunda gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyən edilib.[8]
2004-cü ildə Azərbaycanda bələdiyyə üzvlərinin cəmi 4 faizi qadınlar olduğu halda, 2009-cu ildə artıq bu rəqəm 26,5 faizə qalxıb.[9] 2011-ci ildə Azərbaycanda parlament sədrinin üç müavinindən biri, parlamentin 125 deputatından 20-si, İnsan Hüquqları üzrə müvəkkil, 1 Dövlət Komitəsinin sədri, 1 Dövlət Komissiyasının sədri, 4 nazir müavini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini və 1 hakimi qadın idi.[9][10] Həmin ildə, ölkədə 90-a yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərib.[9]
Qadın azadlığının xronologiyası
redaktəİl | Hadisə | Məkan |
---|---|---|
1889 | Nigar Şıxlinskaya ali təhsil alan ilk azərbaycanlı qadın olur.[11] | Tiflis, Rusiya imperiyası |
1901 | Aleksandra imperator rus-müsəlman qız məktəbi — ilk dünyəvi qız məktəbi və həmçinin Rusiya imperiyasında və müsəlman Şərqində ilk olan məktəb Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açıldı.[12] | Bakı, Rusiya imperiyası |
1908 | Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur.[13] | Sankt Peterburq, Rusiya imperiyası |
1908 | Hənifə Məlikovanın təşəbbüsü nəticəsində, Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti yaranıb.[4] | |
1908 | Filantrop Həmidə Məmmədquluzadə oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını qoymuşdur.[14] O, həm də beynəlxalq konfransda çıxış etmiş ilk Azərbaycan qadınıdır.[14] | Böyük Kəhrizli, Ağcabədi rayonu, Rusiya imperiyası |
1910 | Aktrisa Gövhər Qazıyeva səhnəyə çıxan ilk azərbaycanlı qadın olmuşdur.[15] | Tiflis, Rusiya imperiyası |
1911 | Xədicə Əlibəyova ilk azərbaycanca qadın qəzeti olan İşığı çap edir.[16][17] | Tiflis, Rusiya imperiyası |
1912 | İlk azərbaycanlı qadın opera müğənnisi Şövkət Məmmədova özünün ilk səhnə performansını edir.[18] | Bakı, Rusiya imperiyası |
1918 | Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar seçki hüququ əldə edir.[19][20] | |
1929 | İzzət Oruczadə bədii filmdə rol alan ilk azərbaycanlı qadın aktrisa olur.[21] | |
1930 | Adilə Şahtaxtinskaya doktorat dərəcəsi əldə edən ilk azərbaycanlı qadın olur.[22] | |
1930 | Qəmər Salamzadə "Qızıl kol" filmini çəkib, Azərbaycanın ilk qadın kinorejissoru olur.[23] | |
1931 | Leyla Məmmədbəyova təyyarə ilə ilk uçuşunu edib, ilk azərbaycanlı qadın təyyarəçi olur.[24] | Bakı, Azərbaycan SSR, SSRİ |
1932 | İlk azərbaycanlı balet rəqqasəsi Qəmər Almaszadə "Şahsənəm"də debütünü edir.[25] | Bakı, Azərbaycan SSR, SSRİ |
1934 | Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı Ayna Sultanova ilk azərbaycanlı qadın kabinet naziri olur.[26] | |
1949 | Validə Tutayuq AMEA-ın ilk azərbaycanlı qadın üzvü olur.[27] | |
1964 | Səkinə Əliyeva Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Prezidiumunun Sədri olaraq ilk azərbaycanlı qadın parlament başçısı olur.[28] | Naxçıvan, Azərbaycan SSR, SSRİ |
2007 | Mənzər İsmayılova azərbaycanlı ilk qadın keşiş olur.[29] | Şəki, Azərbaycan |
2009 | Natəvan Mirvətova Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində üçüncü ən yüksək hərbi rütbəsi olan general-mayor rütbəsinə gətirilir.[30] Bu rütbə Azərbaycanda qadına verilən ən yüksək hərbi rütbədir.[30] | Bakı, Azərbaycan |
Ailə və nikah
redaktə2011-cu ildə Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişikliklər oldu.[8] Yeniliyə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır.[31] Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.[31]
Əmək
redaktəİkinci Dünya Müharibəsi qadınların əməyə daha geniş surətdə cəlb edilməsinə təkan verdi.[3] Bir çox sahələrdə cəbhəyə gedən kişiləri qadınlar əvəz etdi. Həmin dövrdə Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva kimi təyyarəçi, Şövkət Səlimova kimi qadın gəmi kapitanı yetişmişdi.[3] Müharibə dövründə Azərbaycan qadınları ön cəbhədə mərdliklə döyüşmüş, arxa cəbhədə əmək rəşadəti, fədakarlıq nümayiş etdirmişlər.
2015-ci ildə Azərbaycan Respublikasının rəsmi statisikasına görə, sahibkarlıqla məşğul olan fərdi sahibkarların 81,0 faizini kişilər, 19,0 faizini isə qadınlar təşkil edib.[32] Qadınlar "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyəti sahəsində fərdi sahibkarların 39,6 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi"ndə 20,2 faizini, "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq"da 17,7 faizini təşkil edir.[32] Bu dövrdə müxtəlif biznes sahələrində — "Əli və Nino" kitab evinin rəhbəri Nigar Köçərli, Azərfon MMC-nin Strateji Marketinq Departamentinin rəhbəri Leyla Nəsrullayeva, Societe Generale Banking Group-un Azərbaycanda nümayəndəliyinin rəhbəri Teybə Quliyeva kimi xanımları qeyd etmək olar.[33]
Təhsil
redaktəDünyəvi teatrın, demokratik mətbuatın, anadilli məktəbin, qız məktəblərinin və qadın gimnaziyalarının yaradılması Azərbaycan qadınlarının hərtərəfli inkişafı üçün yeni üfüqlər açdı.[3] Bu dövrdə cəmiyyətdə maarifçiliklə yanaşı xeyriyyəçilik də mühüm yer tuturdu.[3] Gövhər xanım Qacar, Həmidə Məmmədquluzadə, Nigar Şıxlinskaya, Badisəba Köçərli, Mədinə Qiyasbəyli, Məsmə xanım Talışinskaya, Səltənət xanım Əhmədova və digərlərinin yaratdıqları qadın xeyriyyə cəmiyyətləri böyük iş aparırdı.[3] O dövrün möhtəşəm abidəsi olan Təzəpir məscidi də həmin xeyriyyə tədbirlərindən biri kimi Nabat xanım Aşurbəyli-Rzayeva tərəfindən tikdirilmişdir.[3] Bütün bu işlərin məntiqi nəticəsi olaraq Azərbaycan tarixində ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüquq verildi.[3]
Mədəniyyətdə
redaktəAzərbaycan qadınlarının sovet hakimiyyəti illərində elm və mədəniyyət sahələrində əldə etdikləri nailiyyətlər onların böyük istedad və əməksevərliyinə dəlalət edən tutarlı sübutdur. Teatr səhnəsinin mahir ustaları Mərziyyə Davudova, Fatma Qədri, Hökumə Qurbanova, Münəvvər Kələntərli, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Azərbaycan baletinin ulduzları Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, müğənnilər Şövkət Məmmədova, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Zeynəb Xanlarova, görkəmli bəstəkarlar Ağabacı Rzayeva, Şəfiqə Axundova, Firəngiz Əlizadə, qadın rəssamları Vəcihə Səmədova, Reyhan Topçubaşova, Güllü Mustafayeva, Elmira Şahtaxtinskaya, Maral Rəhmanzadə Azərbaycan milli mədəniyyətinin inkişafına öz layiqli töhfələrini vermişlər.[3]
Qadınların emansipasiyası
redaktəCəlil Məmmədquluzadə qadınların emansipasiyası haqqında deyir, Övrət məsələsi barəsində Avropada söz danışan alimlər bütün Avropa və Amerikada məşhur filosoflardır ki, kitabları bir neçə dilə tərcümə olunub, amma bizim içimizdə axır vaxtlarda övrət məsələsini kəşf eləyənlər məhz baqqallarla növhəxanlarımızdır ki, indiyə kimi onların adları yazıçılıqda heç öz məhəllə əhlinə də məlum deyil… Avropa filosofları övrət məsələsini danışanda çox millətlərin övrətlərindən söhbət açıblar, amma heç bir millətin övrətlərinin barəsində ədəbsizliklə və xarlıqla danışmayıblar; amma bizim filosofların yazıları başdan-axıra kimi Qərb övrətlərinə föhş demək və hörmətsizliklə danışmaqdır… Avropa üləmasının övrət məsələsinə dair yazılarını oxuyanda görürsən ki, bu zalımlar dünyanın hər bir güşəsindən xəbər verirlər; amma bizim filosofların yazdıqlarını oxuyanda adam elə bilir ki, deyəsən bunlar Bakı və Tiflis şəhərlərinin gecələr qaranlıq küçələrində gəzən bir para kefli… arvadlardan savayı, dünyada heç bir özgə övrət görməyiblər. Və yagin ki, görməyiblər!
Ədəbiyyat və elm
redaktəAzərbaycan mədəniyyətinin və elminin inkişafında mühüm mərhələ olan orta əsrlər dövründə Azərbaycan qadınının fəaliyyəti Azərbaycan xalqının milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşdirilməsinə xidmət etmişdir.[3] XII əsr poeziyasının görkəmli nümayəndələrindən olan Məhsəti Gəncəvinin şer məclisləri Azərbaycan qadınının adını uzaq ellərdə tanıtdı.[3] XIX əsr Azərbaycanın həyatında qadınların fəallığı və böyük yaradıcılıq uğurları ilə səciyyələnir.[3] Bu mənada Xurşidbanu Natəvanın, Ağa Bəyim Ağa Ağabacının, Qönçəbəyimin, Fatma xanım Kəminənin, Şahnigar xanımın, Qəmərbəyim Şeyda Qarabağinin və başqalarının yaradıcılığı diqqəti cəlb edir. Həmin əsrdən Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınların maariflənməsi və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan verdi.[3] Azərbaycanın qadın şair və yazıçıları — Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün, Hökumə Billuri, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli, Yaqut Dilbazi də Azərbaycan ədəbiyyatının inkişafı tarixində silinməz izlər qoymuşlar.[3]
Cinayət və hüquq
redaktəAzərbaycanda "İnsan inkişafı 2007" hesabatına görə, məcburi köçkün qadınların zorakılığa məruz qalma halları digər icmalardan 7 faiz çoxdur.[34] Qadınlara qarşı zorakılığın ən bariz nümunələrindən biri də erkən və/və ya zorakı nigahdır.[34] Bu, BMT nümayəndələrinin səfəri zamanı əsas sosial problem kimi qəbul olunub.[34]
2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbul olundu.[8] BMT Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, 2011-ci il yanvarın 1-dən 2013-cü il noyabrın 1-dək Azərbaycanda qadınlara qarşı 16 min 253 cinayət hadisəsi törədilib, bunların 9 min 140-ü qadınlara qarşı zorakılıq halıdır.[34] Bu hadisələrdən 76-ı zorlama, 193-cü qətldir.[34] Qətlin motivləri ilə bağlı məlumat verilmir.[34]
2015-ci ildə Bakı şəhərində 11-ci sinif şagirdi Aytac Babayevanın qətlə yetirilməsi ilə nəticələnən cinayət hadisəsi ölkədə rezonans yaratmışdır.[34][35][36] Aytac Babayevanın amansız şəkildə öldürülməsi 2015-ci ilin 13 fevralında Türkiyədə baş vermiş Özgəcan Aslan cinayətini xatırladıb.[35] Hər iki cinayət qadınlara qarşı zorkalığının və şiddəti nümunəsi hesab olunur.[35]
İstinadlar
redaktə- ↑ "WOMEN IN AZERBAIJAN RECOMMEND STEPS TO GENDER EQUALITY". www.counterpart.org. www.counterpart.org. 15 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ Qureyeva, Yuliya. "Policy Attitudes towards Women in Azerbaijan: Is Equality Part of the Agenda?". www.gwi-boell.de. www.gwi-boell.de. 2019-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında". www.e-qanun.az. www.e-qanun.az. 2016-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ 1 2 "Xeyriyyəçi qadınlarımız..." www.anl.az. www.anl.az. 2017-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ 1 2 "An International Record of Women's Suffrage". culturedarm.com. culturedarm.com. 2016-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ Murguzov, Farid. "The first Muslim women granted the right to vote". en.thegreatmiddleeast.com. en.thegreatmiddleeast.com. 2016-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ DeRouen, Jr., Karl. Civil Wars of the World: Major Conflicts Since World War II. ABC-CLIO. 2007. səh. 151. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 "Azərbaycan qadını cəmiyyətdə uca tutulur". news.milli.az. news.milli.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ 1 2 3 "Azərbaycanda uğurlu gender siyasəti aparılır". anl.az. anl.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "Müstəqil Azərbaycan dövlətinin qadın siyasəti bir sıra dünya ölkələri üçün nümunə təşkil edir". www.xalqqazeti.com. www.xalqqazeti.com. 2016-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ Azerbaijan Soviet Encyclopedia (1987), vol. 10, p. 551.
- ↑ "Bakıda müsəlman aləminin ilk dünyəvi qız məktəbinin açılmasından 110 il ötür". www.anspress.com. www.anspress.com. 2016-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "Azad və cəsur TÜRK QADINIna ithaf". www.azadliq.info. www.azadliq.info. 2015-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ 1 2 "«Mən görmədiklərimi yaza bilmərəm!»". www.azadliq.org. www.azadliq.org. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "Azərbaycanın ilk aktrisası kimdir?". news.milli.az. news.milli.az. 2017-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ ""ƏKİNÇİ" QƏZETİNİN ƏNƏNƏLƏRİ VƏ AZƏRBAYCAN QADIN MƏTBUATl". www.respublica-news.az. www.respublica-news.az. 2017-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "Azərbaycanda ilk qadın qəzetinin - "İşıq"ın 100 illik yubileyi qeyd edilmişdir". azertag.az. azertag.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "Azərbaycanın ilk qadın opera müğənnisi..." anl.az. anl.az. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "About Azerbaijan". www.az.undp.org. www.az.undp.org. 2016-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905–1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press, 2004. ISBN 0521522455, 9780521522458, p.144
- ↑ "İlk kinoaktrisamız, kimyaçı akademikin əzablı həyatı". modern.az. modern.az. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "Ilk "avropalı" azərbaycanlı". www.mediapost-az.com. www.mediapost-az.com. 2016-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "Azərbaycanın ilk qadın reiissorunun 100 illiyi qeyd olundu". anl.az. anl.az. 2017-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "Şərqin ilk qadın təyyarəçisi – Azərbaycanlı Leyla Məmmədbəyova". modern.az. modern.az. 2017-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "My Life as Azerbaijan's First Ballerina". www.azer.com. www.azer.com. 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "Ayna Sultanova kimdir? – ARAŞDIRMA". deyerler.org. deyerler.org. 2017-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "«İlk»lərin müəllifi". www.anl.az. www.anl.az. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "20 Yanvar: qanlı Bakı faciəsinin pərdəarxası, yaxud Naxçıvanın işğalı ssenarisi". www.anl.az. www.anl.az. 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "В Азербайджане появилась первая женщина - священнослужитель". news.day.az (rus). news.day.az. 2016-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ 1 2 "Ən yüksək rütbəli azərbaycanlı qadın". azens.az. azens.az. 2018-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ 1 2 "Azərbaycanda qızların nikah yaşı 18 olub". www.amerikaninsesi.org. www.amerikaninsesi.org. 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ 1 2 "Azərbaycanda "biznes lady"lərlə bağlı - MARAQLI MƏLUMAT". oxu.az. oxu.az. 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "Azərbaycanda biznes sahəsində qadının rolu necədir?". azxeber.com. azxeber.com. Archived from the original on 2023-06-29. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ 1 2 3 4 5 6 7 "Aytacın qətli, Azərbaycan və Fransa qanunları". www.azadliq.org. www.azadliq.org. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ 1 2 3 "Aytac Babayevanın amansızcasına qətlinin səbəbi əslində nədir?". news.milli.az. news.milli.az. 2015-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "#BBCAzeriTrending: Aytac Babayeva üçün kampaniya genişlənir". www.bbc.com. BBC. Archived from the original on 2023-06-29. İstifadə tarixi: 15 noyabr 2016.
Xarici keçidlər
redaktə- Heyat, Farideh. Azeri Women in Transition: Women in Soviet and Post-Soviet Azerbaijan. Routledge (2002). ISBN 0-7007-1662-9.
- Violence Against Women in Azerbaijan Arxivləşdirilib 2008-05-16 at the Wayback Machine. World Organisation Against Torture (November 2004). This report also addresses the status of women generally.
- Yuliya Aliyeva Gureyeva: "Policy Attitudes towards Women in Azerbaijan: Is Equality Part of the Agenda?" in the Caucasus Analytical Digest No. 21