Azerbaycan Qalalarinin Siyahisi - Wikipedia
Azerbaycan Qalalarinin Siyahisi - Wikipedia - Haqqında Məlumat
Azərbaycan qalaları — Azərbaycan Respublikasının ərazisində yerləşən qalalar.
Daş və bişmiş kərpic tikililər
redaktəAdı | Əsası qoyulduğu dövr | Aşağıda divar qalınlığı, metrlə |
Yuxarıda divar qalınlığı, metrlə |
Saxlanılmış hissənin hündürlüyü, metrlə |
Yerləşdiyi rayon | Şəkil | Qeyd |
---|---|---|---|---|---|---|---|
(IV və V təbəqələr) |
e.ə. III minillik | 3,0 | - | 2,5 | Füzuli | Abidədə ilk tədqiqat işləri 1898-ci ildə arxeoloq Aleksey İvanov tərəfindən aparılmışdır.[1] | |
e.ə. III - II minilliklər | 3,0 | - | 0,5 – 1,0 | Kəngərli | Abidədə ilk tədqiqat işləri 1978-ci ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən aparılmışdır.[2] | ||
e.ə. XVII – X əsrlər | 3,0 – 3,5 | - | 2 – 3,5 | Naxçıvan | |||
e.ə. II – I minilliklər | 2,5 – 3,0 | - | 3-4 | Şərur | Abidə Arpaçayın sahilindəki Qaratpə dağında yerləşir. Abidə 2006-cı ildən AMEA və Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən, Naxçıvan Arxeoloji Layihəsi (The Naxçıvan Archaeological Project) çərçivəsində tədqiq edilməkdədir.[3] | ||
e.ə. II – I minilliklər | 3,0 – 3,5 | - | 2 – 3,5 | Culfa | Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir – birinə keçid yolu vardır. Müdafiə divarları (eni 2 – 2,5 m) yonulmuş iri daşlardan yetkin memarlıq üslubunda inşa edilmişdir. Qazançı qalasının e.ə. II minilliyin əvvəllərində Əlincəçay vadisində yaşamış iri tayfa birliklərindən birinin mərkəzi olduğu güman edilir. Qala divarlarının tikinti texnikası Oğlanqalanı təkrar edir.[4] | ||
e.ə. VIII – VII əsrlər | 5,0 | 4,0 | 32 - 35 | Bakı | Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində olan tağlı qapı yeridir.[5] | ||
e.ə. XIV – VII əsrlər | 2,5 | 1,5 – 2,0 | Sədərək | Abidə 2001-ci ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala – şəhərin salındığı yüksəklik əlverişli strateji mövqeyə malikdir. Anadolu-Sədərək-Naxçıvan istiqamətindəki qədim karvan yolu buradan yaxşı müşahidə olunur və nəzarətdə saxlanılırdı.[6] | |||
e.ə. VIII – VII əsrlər | 2,0 – 2,5 | 1,5 – 2,0 (saxlanılıb) |
11-15 | Bakı | Qalanın qalıqları üzərində Şirvanşahların dövründə yeni qala inşa edilmişdir. Dövrümüzə çatmş qala ikiqatlı divardan ibarət olub, birinci divar Şirvanşah III Mənuçöhr, ikinci divar isə Şirvanşah I Axsitanın zamanında tikilmişdir.[5] | ||
e.ə. VII – VI əsrlər | 1,8 – 2,0 | Bakı | Bayıl burnu yaxınlığına yerləşən qala hazırda dəniz sularının altında qalmışdır. Qala Şirvanşahların hakiiyyəti dövründə yenidən inşa edilərək memarlıq quruluşuna xeyli əlavələr edilmişdir. Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur.[7] | ||||
e.ə. IV – III əsrlər | - | 1,2-1,6 | 5-10 | Şamaxı | Qala orta əsrlərdə Şirvanşahlar tərəfindən bərpa olunaraq istifadə edilmişdir. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. | ||
e.ə. IV – III əsrlər | 2,8 – 2,0 – 1,5 | 2,8 - 2,0 — 1,5 | 14 (saxlanılıb) |
Şabran | Qafqaz Albaniyası dövründə (b.e. IV – V əsrləri) inkişaf etdirilərək Gilgilçay səddinin əsas müdafiə qurğularından biri kimi istifadə olunmuşdur. | ||
e.ə. III - I əsrlər | 5 | 11,3 (saxlanılıb) |
Qəbələ | Alban hökmdarları tərəfindən paytaxt şəhərin müdafiəsini təmin etmək üçün inşa edilmişdi. | |||
I əsr | 2,0 — 2,4 | 5,0 — 10,0 (saxlanılıb) |
Qazax | Orta əsrlərdə Əskipara monastırının inşası zamanı bir hissəsi bərpa olunaraq qapalı məkan halına gətirilib. | |||
I əsr | 2 | - | 0,5 - 1,0 (saxlanılıb) |
Şabran | Şabran qalası müasir Qubadan cənuba doğru axan eyniadlı çayın üstündə idi.[8] Şəhər yerinin arxeoloji tədqiqi bu qədim şəhərin erkən dövr həyatı haqqında bir söz deməyə imkan verməmişdir. S.T.Yeremyanın fıkrincə, Şabran şəhəri erkən orta əsrlərdə Şərvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin siyasi mərkəzi olmuşdur.[9] | ||
I əsr | - | - | Zaqatala | ||||
I əsr | - | - | - | Laçın | |||
I-III əsrlər | - | - | - | Şuşa | Qala monqolların Azərbaycana yürüşü zamanı tamamilə dağıdılmış, Qarabağ xanı Pənahəli xanın hakimiyyəti dövründə bərpa edilmişdir. | ||
I-III əsrlər | - | - | - | Şahbuz | Qalanın mərkəzi hissəsində tikinti qalıqlarına, bişmiş kərpic, çəhrayı gil qab və dən daşlarının qalıqlarına, ocaq yerinə təsadüf edilmişdir. Tapıntılar Şapurqalada həyatın eramızın ilk əsrlərindən XV-XVI əsrlərə kimi davam etdiyini göstərmişdir. Qaladan müdafiə məqsədi ilə, həmçinin gözətçi məntəqəsi kimi istiadə olunmuşdur.[10] | ||
I-III əsrlər | 3,5 | - | - | Goranboy | Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. | ||
III - V əsrlər | - | - | - | İsmayıllı | |||
III - V əsrlər | - | - | - | Kəlbəcər rayonu | |||
V-VII əsrlər | - | 0,8-0,9-1,5 | - | Goranboy | Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub.[11] Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb. | ||
VII əsr | - | - | - | Tərtər | |||
VII əsrlə | - | - | 18,50 | Nəmin | |||
VII əsr | - | - | - | İsmayıllı | |||
VII - IX əsrlər | 1,9 | 1,6 | 13 | Ramana | Şirvanşahların hakimiyyəti dövründə əsaslı bərpa edilərək istifadə olunub. | ||
VII - VIII əsrlər | - | - | - | Şamaxı | Şamaxı zəlzələsi zamanı, monqolların Azərbaycana yürüşü zamanı və sonuncu dəfə 1918-ci ildə ermənilər tərəfindən dağıdılıb. | ||
VII əsr | - | 1,5 | 4 - 5 | Lənkəran | Qaladakı tapıntılar IX-XI əsrlərdə Bəlləburla Bizans və digər qonşu dövlətlər arasında ticarət əlaqələrinin olduğunu göstərir. Tapıntılar arasında Bizansa məxsus mis və qızıl sikkələr var. Bir sıra alimlərin fikrincə, Bəlləbur qalası 830-cu illərdə Babəkin sığınacağı olub. | ||
VIII əsr | - | - | - | Lənkəran | |||
VIII - IX əsrlər | - | - | - | Tərtər | Ümumi sahəsi 8 hektar olan qala Tərtər çayının sahilində, Bərdə-Gəncə ticarət yolunun kənarında yerləşir. | ||
IX əsr | - | - | - | Gəncə | Gəncə şəhər yerində 1949-cu ildən etibarən professor İshaq Cəfərzadənin başçılığı ilə arxeoloji qazıntı işləri aparılıb. | ||
XIII əsr | - | - | - | Qalaqayın, Sabirabad rayonu | Qalaqayının tarixi mərkəzini əhatə etmiş istehkam və nahiyə qalası. |
İstinadlar
redaktə- ↑ Вели Алиев. Культура эпохи средней бронзы Азербайджана. — «Элм», 1991. — 253 с
- ↑ V. H. Əliyev – Azərbaycanda Tunc dövrünün Boyalı Qablar Mədəniyyəti, Bakı, 1977
- ↑ "Oğlanqala Site Survey". 2015-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-06.
- ↑ A. Q. Seyidov – Naxçıvan tunc dövründə, Bakı, 200, səh 42
- ↑ 1 2 "АЗЕРБАЙДЖАН IV—XVIII веков" Л. С. Бретаницкий, Б. В. Веймарн Издательство "ИСКУССТВО ", Москва, 1976
- ↑ AMEA, Naxçıvan Ensiklopediyası, Bakı, 2006, Sədərək qalası məqaləsi
- ↑ О. Ш. Исмизаде – Крепостное сооружение в Бакинской бухте, СА, 1966, № 1
- ↑ Mинopcкий. Иcтopия Шиpвaнa, c.108-110
- ↑ Epeмян. Шaпoтpeнa, c.77-78.
- ↑ Ə. İ. Novruzlu, V. B. Baxşəliyev – Şahbuz bölgəsinin arxeoloji abidələri, Bakı, 1992
- ↑ Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine səh. 44, Vaqif Piriyev
Mənbə
redaktəVikianbarda Azərbaycan qalalarının siyahısı ilə əlaqəli mediafayllar var.
- Tarixi abidələr Azerbaijans.com