Azerbaycan Turklerinin Antropologiyasi - Wikipedia
Azərbaycan türklərinin antropologiyası — Azərbaycan türkləri avropoid irqinin kaspi yarımtipinə aiddir[1]. Bu yarım tipi bəzən Oğuz irqi[2][3][4] belə adlandırırlar. Təkcə linqvistik baxımdan yox, həm də antropoloji və genetik xüsusiyyətlərinə görə digər türk xalqı olan türkmənlərə çox yaxındır[5]. Bəzi tətqiqatçılar Azərbaycan türklərinin avropoid irqinin kaspi yarımtipinə aid olmalarına baxmayaraq onlarda monqoloidlərin ən qədim sütunlarından biri sayılan poleosibir tipinin elementlərinin belə olmasını iddia edirlər[6][7]
Kaspi tipi
redaktəAzərbaycan türklərinin daxil olduğu Kaspi tipinə həmçinin türkmənlər, qumuqlar, saxurlar, tatlar və bəzi kürdlər aid edilir. Kaspi irqi tipinin böyük Avropoid irqi sistemindəki yeri qeyri-müəyyəndir. Tədqiqatçıların fikirləri isə, bəziləri istisna olmaqla, əksər hallarda bir-birindən fərqlənir. V. V. Bunak 1947-ci ildə Kaspi tipini dolixokranlığa (uzunbaşlıq) görə Qara dəniz (Pont) tipinə bənzədərək onu Aralıq dənizi irqinə daxil etmişdi. Bunak son tədqiqatlarında isə, kaspi tipini orta Asiya ikiçayarası tipi Pamir-Fərqanə tipinə bənzətmişdir. Bununla belə Kaspi tipini Aralıq dənizi və ya Hind-İran irqlərinin başqa bir növü olaraq da hesab edilir. L. V. Oşanin isə kaspi tipini Ön Asiya irqinin uzunbaşlı modifikasiyası olduğunu iddia edir. Sovet alimləri A. İ. Yarxo, M. Q. Levin, Y. Y. Roginski və M. Q. Abduşelişvili Kaspi tipini Şimali Hindistan və Orta Asiya, həmçinin Ön Asiya və Balkan antropoloji tipinə bənzədirdilər. Bu tipin ümumi xüsusiyyətləri:gözlərin və saçın nisbətən tünd piqmentasiyası, ensiz baş göstəriciləri (dolixokefal – uzunbaşlı) – xüsusən də başın enliliyinin kiçik olması, kiçik diametrli almacıq, almacıq sümüyünün orta və ya iri həcmli çıxıntısı, gövdənin ortalama ölçüsünün orta və ya uzun olması, burun enliliyi və burnun qeyd edilən çəpəri formasının ortalamadan aşağı olması.
Azərbaycan türklərinin antropoloji xüsusiyyətləri
redaktəAzərbaycan türkləri ilə eyni tipə aid edilən tatlar və kürdlər arasında uzunbaşlı və dəyirmi başlı variantlar müşahidə edilir[7]. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində, Kiçik Qafqaz, Böyük Qafqazın cənub və cənub-şərq əraziləri, Abşeron yarımadası, Borçalı, Cənubi Azərbaycanın böyük qismində[8] (Qərbi Azərbaycan ostanlığının cənubu istisna olmaqla qalan hissəsi, Şərqi Azərbaycan və Ərdəbil ostanlığının hamısı, Zəncan ostanlığının az bir qismi) yayılmış azərbaycan türklərinin demək olar ki, hamısı və Kərkük türkmanları[9] uzunbaşlı olması ilə seçilir. Kür çayı boyunca məskunlaşan əhalidə isə qarışıq elementlər müşahidə olunur. Bununla yanaşı Böyük Qafqazın şimal-şərq və şimal-qərb ərazilərində Qafqazion tipi ilə qarışıq elementlər müşahidə edilir. Son 1–2 əsrdə azərbaycan türkləri ilə kütləvi şəkildə olmasa belə ləzgi, buduq, uti, rus, erməni (XX əsrin 90-cı illərinə qədər), fars, tat, kürd və s. xalqlarla birgə nikahdan qarışıq tiplər meydana gəlmişdir[10]. Bunuda qeyd etmək olar ki, adı çəkilən ərazilərdə azsaylı xalqlar arasında və Talışlarda kəllə quruluşu dəyirmibaşdır. Azərbaycan türklərinin əsas irqi göstəriciləri:dolixokran (uzunbaşlı), nazik və düz burunlu, ortaboylu[11], sıx saqqalı. Azərbaycan türklərində digər türk xaqlarında, xüsusi ilə kaspi tipinə aid olan xalqlarda olduğu kimi Kiçik Əmgək sümüyü çıxıntıya sahibdir. Türk alimləri bunu "turan çıxıntısı" adlandırır. Erməni və rus antropoloqları bunu beşik və ya digər təsirlə izah etməyə çalışsalarda bu isbat olunmamışdır[12]
Azərbaycan türklərinin Cənubi Qafqazda yayılmış digər xalqların kəllə quruluşu arasında olan fərqlilik[13]:
Xalqlar | Baş göstəricisi | Almacıq sümüyünün diametri |
---|---|---|
Azərbaycan türkləri | 78,1 | 169,5 |
Ermənilər[12] | 86,1 | 143,2 |
Gürcülər | 85,4 | 143,9 |
Talışlar[14] | 87 −89 | - |
Ləzgilər[14] | 86–88 | - |
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
- ↑ "Oğuz irqi" ( (az.)). 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
- ↑ "Arxivlənmiş surət". 2017-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-29.
- ↑ "Azərbaycan Türklərinin soy kökü Antropoloji araşdırmalar. Youtube". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-31.
- ↑ "Prototürk dilinin yarandığı ilkin Atayurd". 2016-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-30.
- ↑ "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-29.
- ↑ 1 2 "Antropoloji tiplər. Qafqaz xalqları". 2017-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-29.
- ↑ Farsların etnik antropologiyası [ölü keçid]
- ↑ Soyumuzu qəbul etməyənlərə Antropoloqdan elmi cavab. [ölü keçid]
- ↑ "Azərbaycan türklərinin islamaqədər tarixi. Antropologiya". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
- ↑ "Borçalı azərbaycanlıları". 2017-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-29.
- ↑ 1 2 Ermənilərin antropoloji xüsusiyyətləri [ölü keçid]
- ↑ "Qafqazda yaşayan xalqların antropologiyası və genetikas". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-31.
- ↑ 1 2 "Azərbaycan Türklərinin soy kökü Antropoloji araşdırmalar əsasında II hisse". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-31.