Azerbaycan Tebieti Jurnal - Wikipedia
Azərbaycan təbiəti — Azərbaycan SSR-də və Azərbaycan Respublikasında publik elmi-metodik məcmuə. Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin orqanı.
Azərbaycan təbiəti | |
---|---|
Baş redaktor | |
Təsis tarixi | 1975 |
Qərargah | |
Dil | Azərbaycan dili |
Tarixi
redaktə"Azərbaycan təbiəti" 1975-ci ildən Bakıda Azərbaycan dilində nəşr olunmuşdur. İllüstrasiyalıdır. Məcmuədə təbiəti mühafizənin kütlələrə təbliği, insan və ətraf mühit, Azərbaycanın nadir ağaçlarının, bəzək və dərman bitkilərinin elmii cəhətdən öyrənilməsi, qorunması, qoruqların genişləndirilməsi, ətraf mühitin çirklənməsinə qarşı mübarizə tədbirləri və s. mühüm problematik məsələlər işıqlandırılmışdır. "Azərbaycan təbiəti" həmçinin digər sovet respublikalarında təbiətin mühafizəsinə dair elmi-kütləvi yazılar, xəbərlər dərc etmişdir. 1976-cı ildə qəzetin tirajı 30 min nüsxə olmuşdur.[1] Baş redaktoru Həsən Əliyev olmuşdur.[2]
İstinadlar
redaktə- ↑ Азәрбајҹан тәбиәти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 176.
- ↑ "Arxivlənmiş surət". 2020-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.