Azerbaycanda Konstitusiya Referendumu 2016 - Wikipedia
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum — Azərbaycan Respublikasının Konstitusiyasına 2016-cı ildə təklif edilən dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı ildə[1] keçirilən referendum və onun nəticələri.
Tarixi
redaktə18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzaladı[2]. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi.
Həmin tarixlə Prezident sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi[3].
Dəyişikliklər
redaktəÜmumilikdə konstitusiyanın 29 maddəsində dəyişiklik edildi[4]. Referendumda qəbul edilən əsas dəyişikliklər:
- Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması.
- Azərbaycan prezidenti seçilmək üçün yaş məhdudiyyətinin 35 yaşdan 18 yaşa düşürülməsi.
- Birinci vitse-prezident və vitse-prezident vəzifələrinin yaradılması.
- Prezidentin öz vəzifəsini vaxtından əvvəl tərk etməsi halında, yeni dövlət başçısı seçilənədək onun səlahiyyətlərinin birinci vitse-prezident tərəfindən icra edilməsi.
- Prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərini elan etmək hüququnun verilməsi.
- Milli Məclisə üzv seçilmək üçün yaş məhdudiyyətinin 25 yaşdan 18 yaşa düşürülməsi.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-26.
- ↑ "Arxivlənmiş surət". 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-26.
- ↑ "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-26.
- ↑ "Ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktının layihəsinə uyğun hər bir hissə üzrə səsvermənin nəticələri". www.infocenter.gov.az. MSK İnformasiya Mərkəzi. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.