Azadliq Beraberlik Qardasliq - Wikipedia
Azadlıq, bərabərlik, qardaşlıq (fr. Liberté, égalité, fraternité) — Fransanın və Haiti Respublikasının milli devizidir və üçşaxəli devizlərə örnəkdir. Tarixi Böyük Fransa inqilabına qədər uzanmağına baxmayaraq, o bir neçə devizdən sadəcə biri idi və 19-cu əsrin sonuna, Üçüncü Respublika qurulana qədər rəsmiləşmədi. Üç ifadənin uyğunluğu və sırası İnqilabla eyni dönəmdə müzakirə olunurdu. Bu həmçinin Grand Orient de France və Grande Loge de France kimi təşkilətların da devizidir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Böyük Fransız İnqilabı dönəmindəki mənşəyi
redaktəDevizi ilk olaraq 1790-cı ilin 5 Dekabrında Maksimillian Robespyer özünün "Milli Qaravulun təşkili haqqında" (Fransızca: Discours sur l'organisation des gardes nationales) nitqinin XVI maddəsində səsləndirmişdir və deviz milli cəmiyyətlər tərəfindən tezliklə bütün Fransaya yayılmışdır.fr. Discours sur l'organisation des gardes nationales
19-cu əsr
redaktəFərdi azadlıq və hüquqi bərabərliyi nəticələrin bərabərliyi və qardaşlığı bir araya gətirməyin mümkünlüyünə heç kim inanmadığı üçün Napalyonun əmri ilə üçlük ləğv olundu. İnsan fərdi azadlıq fikrini və təbii hüquqları bəşəriyyət kollektiv şəkildə birləşmədən də əvvəl əldə etdiyi üçün onlar şəffaf və qardaş cəmiyyətin təşkili ilə təzad təşkil edirdi. Liberallar azadlıq və bərabərliyi (hüquqların bərbarliyi olaraq) qəbul etsə də qardaşlığı qəbul etmədilər.
1848 İnqilabı
redaktəParis Kommunası və Üçüncü Respublika
redaktəParis Kommunasının meri Paş kommunanın divarları üzərində "Liberté, Égalité, Fraternité, ou la mort" formulasını çəkmişdi. Deviz yalnız Üçüncü Respublika dönəmində öz rəsmiyyətini tapdı. Bundan sonra deviz üsyanlar və inqilabı canfəşanlıqlar tərəfindən imtina edilmədi və Yul Feri və ya Qambetta kimi Müxalifətçi Respublikaçılar tərəfindən yeni siyasi vəziyyətə uyğun qəbul edildi.
20-ci əsr
redaktəİkinci Dünya Müharibəsində Fransanın Almaniya tərəfindən işğalı dönəmində 1940-cı ildə Vişi Fransız hökumətinin lideri olacaq Marşal Pétain tərəfindən deviz "travail, famille, patrie" (iş, ailə, vətən) olaraq dəyişdirildi.
Müstəqilliyin ardından Fransız Respublikasının Müvəqqəti Hökuməti respublikaçı devizi (Liberté, égalité, fraternité) geri qaytardı. Həmin deviz daha sonra 1946 və 1958-ci illər Fransız konstitusiyasına da birləşdirildi.
Digər millətlər
redaktəDigər bir çox millətlər də Fransız "azadlıq, bərabərlik, qardaşlıq" şüarını ideal olaraq qəbul etmişdirlər. Bu sözlər 1950-ci ildə tətbiq edilmiş Hindistan Konstitusiyasının müqəddiməsində də təzahür edir. "Azadlıq, bərabərlik, qardaşlıq" Danimarkanın Sosial Demokrat Partiyasının quruluşundan bəri bu partiyanın baş prinsipi olub. Birləşmiş Krallığın Liberal Demokratlar partiyası özünün Federal Konstitusiyasının müqəddiməsində "azadlıq, bərabərlik və cəmiyyətin başlıca dəyərlərinə" istinad edir və bu partiyanın üzvlük kartında da dərc olunub.
Filippinin düzbucaqlı dizayna malik olan milli bayrağındakı ağ bərabərtərəfli üçbucaq azadlığı, bərabərliyi və qardaşlığı; mavi üfüqi zolaq sülhü, həqiqəti və ədaləti; qırmızı üfüqi zolaq isə vətənpərvərliyi və şücaəti təmsil edir. Ağ üçbucağın mərkəzində birliyi, azadlığı, xalqın demokratiyasını və suverenliyi təmsil edən səkkiz guşəli qızılı günəş yerləşir.
"Azadlıq, Bərabərlik, Qardaşlıq" şüarı fikri İnsan Hüquqlarının Universal Bəyannaməsinin Birinci Maddəsinə də təbii qanun olaraq öz təsirini göstərib:
Bütün insanlar öz ləyaqət və hüquqlarında azad və bərabər olaraq doğulub. Onlara idrak və vicdan bəxş edilmişdir və bir-birilərinə qardaşlıq ruhunda rəftar etməlidirlər.
Mədəniyyət
redaktə1905-ci ildə dövləti kilsədən ayıran Fransız qanunun qəbulundan sonra deviz bir müddət Katolik Kilsəsinin yox Fransız respublikasının idarə etdiyi kilsələrin üzərinə həkk olunurdu.