Azadliq Abidesi - Wikipedia
Azadlıq abidəsi (latış. Brīvības piemineklis) — Latiyanın paytaxtı olan Riqa şəhərində Latviya Müstəqillik Müharibəsində (1918-1920) həlak olan əsgərlərin şərəfinə tikilən memorial. Latviyanın azadlıq, müstəqillik və suverenliyin rəmzi sayılır.[1]
Azadlıq abidəsi | |
---|---|
Brīvības piemineklis | |
56°57′05″ şm. e. 24°06′47″ ş. u.HGYO | |
Ölkə | Latviya |
Şəhər | Riqa |
Heykəltaraş | Karlis Zale |
Tikilmə tarixi | 1931 - 1935 |
Hündürlüyü | 42 ± 1 m |
Material | qranit, travertin, dəmir-beton, mis |
Vikianbarda əlaqəli mediafayllar |
Tikilməsi
redaktəLatviya Azadlıq Müharibəsinin döyüş zamanı ölən əsgərlərin hatirəsinə memorial tikməyə fikir ilk dəfə erkən 1920-ci illərdə ortayaş çıxmış. 1922-ci ilin iyulun 27-də, Latviyanın Baş Naziri, Ziqfrids Anna Meierovitss "memorial sütunun" dizayn müsabiqəsi üçün qaydaları təsis etməyə əmr verib. Fəqət, nəticədə qalib gələn layihə, ona 57 naqqaş etiraz etdiyinə görə, imtina olunub. 1923-cü ilin oktyabr ayında yeni müsabiqə elan olunub və orada ilk dəfə Azadlıq abidəsi ifadəsi işlənilirdi. Müsabiqədə iki layihə qalib gəlmiş və beləliklə, yenisi 1925-ci ilin mart ayında keçirilməli idi. Lakin, jüri ilə anlaşılmazlığına görə, onun nəticəsi olmayıb.
Son müsabiqə 1929-cu ilin oktyabrında elan olunmuş. Qalibi keçmiş müsabiqələrində də uğurlu olan heykəltaraş, Karlis Zalenin Ulduz kimi parılda! (latış. "Mirdzi kā zvaigzne!") layihəsi idi. Müəllifin və nəzarətçi memarın, Ernests Ştalberqsın kiçik dəyişmələrindən sonra, 1931-ci ilin noyabrın 18-də tikiliş başlayıb.[1]
Yerləşməsi
redaktəAbidə şəhərin mərkəzində olan, Əski Riqanın yanındaki Azadlıq bulvarında (latış. Brīvības bulvāris) yerləşir.[2]
Ziyan və bərpa işləri
redaktəAbidəni şaxtalı, yağışlı iqlim və bundan əlavə, hava çirklənməsi təhlükə altına qoyur.[3] Ona baxmıyaraq ki, 1990-ci illərdə abidəətrafı piyadaların üçün ayırılıb, onun ətrafında hələ də yol hərəkəti olan üç küçə var.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 (latış.) "Latvijas Enciklopēdija" (I sējums) Rīga 2002 SIA "Valērija Belokoņa izdevniecība" ISBN 9984-9482-1-8
- ↑ Statue of Liberty, retrieved: 2007-02-07
- ↑ Environmental Influences on Cultural Heritage of Latvia Arxivləşdirilib 2006-10-17 at the Wayback Machine by G. Mezinskis, L. Krage & M. Dzenis, Faculty of Materials Science and Applied Chemistry, Riga Technical University