Azard Esmines - Wikipedia
"Azard" (Азард), 31 dekabr 1922-ci ildən "Zinovyev" (Зиновьев), 27 noyabr 1928-ci ildən "Artyom" (Артём) — 1916–1941-ci illərdə Rusiya imperiyasına bağlı Baltik donanmasının esminesi. Gəmi 1916-cı ildə Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə girmişdir. Esminesin yerdəyişməsi 1260 ton, sürəti 35 düyün (təxminən 65 km/saat) idi. Gəminin silahlarına dörd ədəd 100 mm-lik silah, iki pulemyot və üç borulu torpedo borusu aiddir. Gəminin ekipajı 150 nəfərdən ibarət idi. Rusiyada vətəndaş müharibəsi illərində "Azard" Baltikyanı döyüşlərdə iştirak etmişdir. 4 iyul 1919-cu ildə "Qavriil" esminesi ilə birlikdə Koper körfəzi ərazisində Birləşmiş Krallığa bağlı "L-55" sualtı qayığını batırmışdır. "Artyom" esminesi İkinci Dünya müharibəsinin əvvəlində, Baltik donanmasının gəmilərinin Tallindən Kronştadta keçidi zamanı 28 avqust 1941-ci ildə esmines batırılmışdır.[1]
Azard | |
---|---|
| |
Ölkə | Rusiya İmperiyası➡ RSFSR➡ SSRİ |
Təşkilat | Rusiya imperator donanması➡SSRİ Hərbi Dəniz Qüvvələri |
Yeni adı | Zinovyev➡Artyom |
Salınma tarixi | 5 iyun 1916 |
Batma tarixi | 27 avqust 1941 |
İstehsalçı | Metal zavodu (Sankt-Peterburq) |
Tipi | "Orfey" tipli esmines |
Top | dörd ədəd 100 mm-lik silah, iki pulemyot və üç borulu torpedo borusu |
Heyət | 150 (8 zabit daxil olmaqla) |
Sürəti | 35 düyün |
Uzunluğu | 98 metr |
Eni | 9.3 metr |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ Энциклопедический словарь. 2009. АЗАРД.
Əlavə ədəbiyyat
redaktə- Дицкий Г. Ф. Брат наш "Артем" // "Военно-исторический журнал". — 1986. — № 2. — С.74–80. — (Об участии в военных действиях эскадренного миноносца "Артем"в 1941–1945 гг. Воспоминания.)