Borsen - Wikipedia
Börsen (dan. Børsen) — Kopenhagenin mərkəzində, Slotsholmen adasında, kral IV Xristianın əmri ilə 1619–1640-cı illərdə tikilmiş Kopenhagen birjasının binasıdır. Memarlar – Stenvinkel qardaşları binanı flamand intibahı üslubunda, dörd əjdahanın bükülmüş quyruqları şəklindəki 56 metrlik şpillə tamamladılar.
Börsen | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 55°40′32″ şm. e. 12°35′02″ ş. u.HGYO |
Texniki detallar | |
Mərtəbə sayı | 2[1] |
Veb-sayt | |
danskerhverv.dk | |
Vikianbarda əlaqəli mediafayllar |
Binanın birinci mərtəbəsi malların saxlanması üçün qırx kiçik bölməyə ayrılır, ikinci mərtəbəsində isə ticarət əməliyyatlarının aparılması üçün geniş zal yerləşir. 1745-ci ildə bina Nikolay Eytved tərəfindən təmir edildi, birjanın qədim interyerləri isə 1855-ci ildə dəyişdirildi.
Kopenhagen birjası 1625-ci ildən 1974-cü ilə qədər Börsen binasında yerləşirdi. 1918-ci ildə bina anarxist işsizlərin hücumuna məruz qaldı.
16 aprel 2024-cü ildə yenidənqurma işləri zamanı bina yanğın nəticəsində dağılmış, 56 metrlik şpil çökmüşdür[2][3].
İstinadlar
redaktə- ↑ (unspecified title).
- ↑ "В Копенгагене пылает историческое здание биржи, которому 400 лет". Европейская правда (rus). 2024-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
- ↑ "В Копенгагене горит здание старейшей в мире биржи". Deutsche Welle. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
Xarici keçidlər
redaktə- Vikianbarda Börsen ilə əlaqəli mediafayllar var.