Boyuk Duzenlikler - Wikipedia
Böyük Düzənliklər (ing. Great Plains) — Kanada və ABŞ-nin ərazilərində yerləşən dağətəyi yayla, Qayalı dağlardan şərqdə yerləşir. Hündürlüyü təqribən dəniz səviyyəsindən 700–1800 m yüksəklikdədir. Uzunluğu təqribən 3600 km, eni 500–800 km bərabərdir.
Coğrafi mövqeyi
redaktəBöyük Düzənliklər Kanadanın Alberta, Manitoba və Saskaçevan əyalətlərini və Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko, Texas, Oklahoma, Kolorado, Kanzas, Nebraska, Montana, Şimali Dakota, Cənubi Dakota və Vayominq ştatlarını əhatə edir.
Bir sıra rayonlarında süxurların eroziyası müşahidə olunur, bu da bedlendlərin yaranmasına gətirib çıxardır. Ərazi cənubda Meksika yaylasına qədər gedib çıxır.
Düzənlik daxilində iqlim kontinentaldır. Bitki örtüyü çöl (preri) tiplidir.
İqtisadiyyatı
redaktəYayla ərazisində buğda istehsalı və otlaq heyvandarlığı inkişaf olunub. ABŞ bu bölgəni 1803-cü ildən, Luiziananın satın alınmasından sonra, mənimsəməyə başlamışdır. Tədqiqatçılar hələ 1820-ci ildə buranın torpaqlarını yaşayış üçün yararsız hesab edirdilər.
Ədəbiyyat
redaktə- Chokecherry Places, Essays from the High Plains, Merrill Gilfillan, Johnson Press, Boulder, Colorado, trade paperback, ISBN 1-55566-227-7.