Boyuk Kenizedag Palciq Vulkani - Wikipedia
Böyük Kənizədağ palçıq vulkanı — Azərbaycanın ən iri palçıq vulkanlarından biri.
Böyük Kənizədağ palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
Yerləşməsi | |
40°08′30″ şm. e. 49°22′54″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
Ümumi məlumat
redaktəVulkanın mütləq yüksəkliyi 399,4 m olub, Torağay palçıq vulkanının mütləq yüksəkliyinə demək olar ki, bərabərdir. O, şərqdən Ceyrankeçməz çayı dərəsindəki düzənlikdən 375 m, qərbdə isə geniş dəniz terrası düzənliklərindən 100 m-ə qədər ucalır.
Böyük Kənizədağ palçıq vulkanı Qılınc-Torağay-Kənizədağ-Sanqaçal (dəniz)-Duvannı (dəniz) antiklinal qırışıqlığı zonasına daxildir. Böyük Kənizədağ palçıq vulkanı braxiantiklinal qırışıq üzərində yerləşir, şimal-qərbdən cənub-şərq istiqamətində uzanır. Vulkan eninə və uzununa istiqamətlənən tektonik pozulmaların kəsişdiyi yerdə yaranmışdır. Bu pozulmaların amplitudası 125–150 m-ə çatır. Vulkanın ətraf hissəsində və eləcə də onun gövdəsində Məhsuldarqat, Ağcagil və Abşeron çöküntüləri intişar tapmışdır. Böyük Kənizədağ palçıq vulkanının krater sahəsi dairəvi şəkildə olub, səthi son püskürmə materialları ilə kələ-kötürləşmişdir. Onun şimal hissəsində zəif parçalanmış krater valı aypara şəklində uzanır. Bu palçıq vulkanının şimal yamacı boyu dərinliyi 25–30 m-dən artıq olan dörddən artıq iri yarğan uzanır. Onların arasında qalan yamac hamar olub, çox dayaz və bəzən sönmüş yarğanlarla parçalanmışdır. Yarğanların sayı və dərinliyi ətək hissədə artır və onların yamacında bedlend relyef formasına rast gəlinir.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Дадашев Ф.Г. Газоноспость продуктивной толши юго-восточного Кавказа. Изд. "Элм", Баку, 1970