Boyuk Kanto Zelzelesi - Wikipedia
Böyük Kanto zəlzələsi yaxud Yaponiya zəlzələsi — 1 sentyabr 1923-cü il gündüz saat 12.00-da Yaponiya tarixində baş verən dəhşətli zəlzələ[1].
Böyük Kanto zəlzələsi | |
---|---|
Tarix | |
Hiposentrin dərinliyi | 23 km |
Episentrin yeri | |
Ölənlər |
|
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1923-cü il 1 sentyabrda baş vermiş Böyük Kanto zəlzələsi Tokionu və Yokoxamanı yerlə-yeksan etmiş, təxminən 150000 adam tələf olmuşdur.
1923-cü ilin 1 sentyabrında Yaponiyada 8,3 bal gücündə dəhşətli zəlzələ baş verdi. Bu zəlzələ hadisədən ən çox zərər çəkmiş vilayətin adı ilə "Kanto zəlzələsi" adlanır. Bununla yanaşı, Tokio və Yokohama şəhərlərinə də ciddi ziyan vurduğuna görə, bu zəlzələ tarixdə həm də "Tokio zəlzələsi" kimi də tanınır. Kanto zəlzələsinin episentri Tokiodan 90 km cənub-qərbdə, Osima adası yaxınlığındakı Saqami körfəzində qeydə alınıb. İki sutka ərzində 356 yeraltı təkan müşahidə olunub[2].
Zəlzələ Tokio, Yokohama, Yokosuka və bir neçə kiçik şəhəri yerlə-yeksan etdi. Nəticədə, təxminən, 174 min insan həlak oldu, 542 min nəfər itkin düşdü və bir milyondan artıq insan evsiz qaldı. Zərərçəkmişlərin ümumi sayı isə 4 milyon nəfər hesab olunur. Zəlzələ ardınca okeanda yaranan nəhəng dalğalar sahilboyunda yerləşən bir çox yaşayış məskənlərini məhv etdi[2].
İstinadlar
redaktə- ↑ Fuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.17-18
- ↑ 1 2 "Yaponiya tarixində dəhşətli zəlzələ - 1 sentyabr 1923-cü il. — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi informasiya portalı". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-24.