Boyuk Qafqaz Kecidi - Wikipedia
Böyük Qafqaz keçidi — tarixi və coğrafi ədəbiyyatda Dağıstanın müasir Dərbənd şəhərindən Azərbaycanın Sumqayıt şəhərinə qədər Xəzər dənizi boyunca sahil zolağının adı. Böyük Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən keçid müxtəlif yerlərdə eni 25 ilə 80 km arasında dəyişir.
Bu Şimali Qafqazdan Cənubi Qafqaza, Böyük Qafqazın şərq yamacları boyunca keçən düz bir keçiddir.
Böyük Qafqaz keçidi Qafqazı keçmək üçün iki qədim yoldan biridir - digəri dağlıq Dəryal keçididir (məşhur Hərbi Gürcüstan yolunun XIX əsrdə çəkildiyi Daryal dərəsindən keçir).
Demək olar ki, bütün fəthçilər, skiflərdən tutmuş Rusiya İmperiyası tərəfindən Cənubi Qafqazın işğal olunmasına qədər Böyük Qafqaz keçidindən istifadə etmişlər. Yol boyu İranı qorumaq üçün 5 sədd (Gilgilçay səddi, Beşbarmaq səddi) və bir çox qala (Çıraqqala) tikilmişdir. Bu addımlar fəthlərin yolunu kəsməyə xidmət etmişdir. Bunlardan ən məşhuru Dərbənd qalası, Azərbaycan ərazisindəki Çıraqqala[1] qalasıdır.
Fiziki coğrafiyada ərazi Samur-Dəvəçi ovalığına adlanır; Samur-Dəvəçi kanalı (Samur-Abşeron kanalının əsas hissəsi) kimi Sumqayıt və Abşeron yarımadasına qədər uzanır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Çıraqqala qalası". 2010-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.