Boyuk Odaliq - Wikipedia
Böyük odalıq (fr. La Grande Odalisque) — 1814-cü ildə fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Əsərdə bir cariyə təsvir edilmişdir.
Böyük odalıq | ||
---|---|---|
| ||
Rəssam | Jan Ogüst Dominik Enqr | |
Tarixi | 1814 | |
Üslubu | nü | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 91 ± 1 sm[1] × 162 ± 1 sm[1] | |
Materialı | yağlı boya[d][2] | |
Saxlanıldığı yer | Luvr muzeyi | |
Saytı |
louvre.fr/oeuvre-notices… louvre.fr/en/oeuvre-noti… louvre.fr/jp/oeuvre-noti… wga.hu/html/i/ingres/05i… |
|
İnventar nömrəsi | RF 1158 | |
Vikianbarda əlaqəli mediafayllar |
Tədqiqatçılar bu əsəri rəssamın neoklassisizmdən ayrılması və eqzotik romantizmə yaxınlaşması dövrünün başlanğıcı kimi qəbul edirlər. Əsər ilk dəfə ictimayətə təbliğ edildiyi zaman böyük marağa səbəb olmuş, incə, uzun ətrafları və anatomik gerçəklikdən uzaqlığı diqqət çəkmişdir. Rəsm əsəri, hazırda Parisdəki Luvr muzeyində sərgilənməkdədir.
Tarixçə
redaktəƏsər, Napoleon Bonapartın bacısı Neopolitan kraliçası Karolin Murat tərəfindən sifariş edilmiş[3] və 1814 – cü ildə tamamlanmışdır. Enqr əsəri çəkərkən Corconenin "Yatan Venera" və Tisianın "Urbinolu Venera" əsərlərindən ilham alsa da, əsasən 1809 – cu ildə Jak-Lui Davidin çəkdiyi "Madam Resamierin portreti"nin təsiri altında olmuşdur. Əsərdə bədən ölçüləri normal olmayan bir cariyə uzanmış və arxasını izləyiciyə çevirmiş şəkildə təsvir edilmişdir. Qadının kiçik bir başı, anormal ölçülü qol və ayaqları var. Enqr əsərdə Parmicanino və digər maniyeristlər kimi soyuq rəng tonlarından istifadə etmişdir. Parmicaninonun da Enqr kimi anotomik yalnışlıqları ilə məşhurlaşmış "Uzun boğazlı Madonna" adlı əsəri vardır.[4]
Rəssamın fərqli stilləri bir araya gətirməsi, klassik şəkli romantik mövzuyla birləşdirməsinin nəticəsi idi ki, 1814 – cü ildə əsər ilk dəfə sərgiləndiyi zaman böyük diqqət cəlb etmişdi. Tədqiqatçılar rəssamı çağdaş üslublara qarşı çıxan bir üsyançı kimi dəyərləndirirlər. Əsər 1819 – cu ildə Paris Salonunda sərgiləndiyi zaman tədqiqatçılardan biri "nə sümüklər, nə əzələlər, nə qan, nə yaşam, nə qabartma...Əslində bu görüntünü təmin edən heç biri deyildi."[5] demişdi. Rəssam anotomik gerçəkliyi diqqətə almamış[6], əvəzində hissləri və şəhvəti qabarıq göstərməyə çalışmışdır.[6] Əsər 1820 – ci illərin ortalarına kimi tənqidçilər tərəfindən ciddi şəkildə müzakirə edilmişdir.[4]
Anatomiya
redaktəTablodakı çılpaq qadının normaldan iki və ya üç dəfə böyük onurğaya malik şəkildə təsvir edildiyi düşünülür.[3][7] Dövrün tənqidçiləri bu uyğunsuzluğun rəssamın xətası olduğunu düşünürdülər. Lakin sonrakı dövrün tədqiqatları, rəssamın bilərəkdən onurğanı belə uzun şəkildə təsvir etdiyini ortaya çıxardı.[8] Gerçək qadınlar üzərində aparılan ölçülmələr əsərdəki qadının əyri bir onurğa və çevirilmiş bir qasıqla təsvir edildiyini göstərdi.[7] Eyni zamanda qadının sol əli sağ əlindən qısadır. Son tədqiqatlar nəticəsində qadının ətraflarının normaldan beş dəfə böyük olması sübut edilib.[7]
Cariyələrin əsas vəzifəsi hökmdarların bədənsəl zövqünü təmin etmək olduğundan, rəssamın qadının aşağı ətraflarını böyük təsvir etməkdə əsas məqsədinin həmin bölgəyə diqqət çəkmək olduğu düşünülür. Başqa bir mövqeyə görə isə qadının baxışları ilə qasıq hissəsi arasındakı uzaqlıq onun duyğu və düşüncələrinin qarışıqlığı və dərinliyini də ifadə etmiş ola bilər.[7]
Maraqlı faktlar
redaktə- Əsərdə təsvir edilmiş cariyənin sifəti Enqrın başqa bir əsərində – "Rafael və Fornarina" əsərində istifadə olunmaqla məşhur rəssam Rafael Santinin sevgilisi olan Fornarinanın simasıdır.
- Enqrın cariyəni təsvir etdiyi poza sonradan məşhur rəssam Amadeo Modilyaninin əsərlərindən birinin mövzusu olmuşdur. Enqrdan sonra Anri Matiss və Pikasso da odaliska mövzusuna müraciət etmişlər.
-
"La fornarina", Rafael, 1518-1520
-
"Rafael və Fornarina", Jan Enqr, 1813
-
"Çılpaq uzanmış", Amadeo Modilyani, 1917
-
"Boz odaliska", Jan Enqr, 1824-1834
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Joconde (fr.). 1975.
- ↑ https://collections.louvre.fr/ark:/53355/cl010065566.
- ↑ 1 2 Weston, Helen. A Look Back on Ingres. Oxford Art Journal, 1996. Cilt 19, sayfa =114–116
- ↑ 1 2 Kleiner, Fred. Gardner’s Art Through the Ages (12). Kaliforniya: Wadsworth/Thompson Learning. 2005. 826–827. ISBN 0-534-64091-5.
- ↑ Benjamin, Roger. Ingres Chez Les Fauves. Art History, 2000. Cild:23, 5. say. səh. 754-755.
- ↑ 1 2 "Une Odalisque". Louvre Museum. 2008-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-12.
- ↑ 1 2 3 4 Maigne, Jean-Yves. "Extra vertebrae in Ingres' La Grande Odalisque". Journal of the Royal Society of Medicine. 97 (7). 2004: 342–344. doi:10.1258/jrsm.97.7.342. PMC 1079534. PMID 15229267. (#accessdate_missing_url)
- ↑ Hautefeuille, Annie. "Little extra out the back". The Australian. 2 July 2004. 16.