Boyukaga Mustafayev - Wikipedia
Boyukaga Mustafayev - Wikipedia - Haqqında Məlumat
Böyükağa Hacıağa oğlu Mustafayev (1911, Bakı – 1976, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).
Böyükağa Mustafayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | vokalçı-aktyor |
Fəaliyyət illəri | 1936-cı ildən |
Təhsili | Azərbaycan Dövlət Konservatoriyası |
Teatr | Azərbaycan Dövlət Opera və Balet Teatrı |
Mükafatları |
Həyatı
redaktəBöyükağa Mustafayev 1911-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının skripka sinfində təhsil alıb və ikinci kursdan Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi xorda oxumağa başlayıb. 1936-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrı truppasına qəbul edilib.[1]
Gur bas səsə malik olan Böyükağa Mustafayev Üzeyir Hacıbəyovun "Koroğlu" operasında İbrahim xan rolunun ilk ifaçısı olmuşdur. O, "Əsli və Kərəm" operasında Keşişin obrazını da yaratmışdır.[2]
Aktyor 1976-cı ildə Bakıda vəfat edib.[1]
İfa etdiyi əsas rollar
redaktəRol | Tamaşa | Müəllif |
---|---|---|
İbrahim xan | Koroğlu | Üzeyir Hacıbəyov |
Keşiş | Əsli və Kərəm | Üzeyir Hacıbəyov |
Vəzir və İbn Tahir | Şah İsmayıl | Müslüm Maqomayev |
Həsən kişi | Nərgiz | Müslüm Maqomayev |
Mayor Sergeyev | Vətən | Qara Qarayev, Cövdət Hacıyev |
Şah | Xosrov və Şirin | Niyazi |
Əmir Haris | Nizami | Əfrasiyab Bədəlbəyli |
Məmmədəli bəy | Sevil | Fikrət Əmirov |
Əsir gürcü | Vaqif | Ramiz Mustafayev |
Suniqa | Karmen | Jorj Bize |
Lodoviqo və Montano | Otello | Cüzeppe Verdi |
Sparafuçil | Riqoletto | Cüzeppe Verdi |
Don Bazilyo | Sevilya bərbəri | Coakkino Rossini |
Aşıq Səməd və Aşıq Həmid | Şahsənəm | Reynqold Qlier |
Narumov | Qaratoxmaq qadın | Pyotr Çaykovski |
İstinadlar
redaktə- ↑ 1 2 Rəhimli, 2016. səh. 247–248
- ↑ Үзејир Һаҹыбәјов енсиклопедијасы, 1996, сәһ. 132
Ədəbiyyat
redaktə- Үзејир Һаҹыбәјов енсиклопедијасы. Бакы: «Азәрбајҹан» нәшријјаты. Елми-редаксија шурасынын сәдри: Н. С. Ибраһимов. 1996. 304 сәһ.
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.