Bukan Sehristani - Wikipedia
Bükan şəhristanı (fars. شهرستان بوکان) — İranın Qərbi Azərbaycan ostanının 17 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Bükan şəhəridir.
Bükan şəhristanı | |
---|---|
fars. شهرستان بوکان | |
36°32′ şm. e. 46°10′ ş. u.HGYO |
|
Ölkə | İran |
Daxildir | Qərbi Azərbaycan ostanı |
İnzibati mərkəz | Bükan |
Ən böyük şəhərləri | Bükan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 2 541[1] km² |
Saat qurşağı | UTC+3.30, yayda UTC+4.30 |
Əhalisi | |
Əhalisi | 215 529 nəfər (2011) |
Etnik tərkib | kürdlər. |
Dini tərkib | Müsəlman |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəCoğrafi mövqeyi cəhətdən, Bükan şəhəri Qərbi Azərbaycan ostanının cənub-şərqində, Qoşaçay şəhristanı (farsca dəyişdirilmiş adı Miyandoab) cənubunda yerləşir. Bükan mahalı cənubdan Kürdüstan ostanı, şərqdən Sayınqala şəhristanı (farsca rəsmi adı Şahindej edilib), qərbdən isə Soyuqbulaq şəhristanı (indi Məhabad adlanır) ilə əhatə olunub. İnzibati ərazi bölgüsünə görə, Bükan mahalı iki bölgə (bəxş) və yeddi kənd rayonundan (dehistan) ibarətdir.
Mahalın bölgələri - Siminə və Mərkəzi adlanır. Kənd rayonları isə Axtaçı, İl Teymur, İl Görək, Feyzullahbeygi (Feyzullahbəyi), Şərqi Axtaçı, Axtaçı Məhəlli (Yerli Axtaçı) və Behi Dehbekridən ibarətdir. Dəniz səviyyəsindən 1370 metrə yüksəklikdə yerləşən mahal 2541,306 kv kilometrlik sahəsi ilə Qərbi Azərbaycan əyalətinin ümumi ərazisinin 6,5 faizini təşkil edir. Bükan mahalının ərazisinin 30,31 faizi dağlıq, 29,73 faizi təpəlik, qalan 39,96 faizi isə ovalıq və çaybasar düzənliklərdir. Mahalın iqlimi mülayim dağlıq iqlimidir.
Mahalın ən böyük çayları Tatavu və Zarrinehçay çayları hesab edilir. Bu çayların adı dəyişdirilərək rəsmi qaynaqlarda "Zərrinerud" və "Siminerud" kimi verilməsinə baxmayaraq, əhali onları köhnə adları ilə adlandırır. Bukan mahalının yüksək dağları Neysan dağı (2410 m), Cavanmərd dağı (2098 m), Kanısib (2050 m) və Dağdaran (1300 m) dağlarıdır.
Adının etimologiyası
redaktəTarixindən
redaktə1970-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən 30 yer və əşyalar burada 3000 il öncə kiçik yaşayış məskənini olduğunu təsdiqləyir. Sonrakı illərdə aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanan əşyaların çoxu Tehran muzeyinə aparılıb. Onlardan bir neçəsi isə Urmiya muzeyində saxlanılır.
Tapıntılar arasında daha çox gildən düzəldilmiş təndirlər və yerin dərinliyindəki qəbirlər çoxluq təşkil edir. Eyni halda burada aşkar olunan atəşgahlar Bükanda Arşaklar və Sasanilər dövründə oda pərəstiş edən əhalinin yaşadığından xəbər verir. Bükan mahalında mövcud olan çoxlu sayda tarixi təpə, yer və həmçinin maraqlı yeraltı mağaralardan bir neçəsinin adını qeyd etmək istərdik.
Adı çəkilən bu yerlər həm də bölgənin turist cəlb edən və görməli yerlərindən sayılır: Qalayçı mağarası, Külabad mağarası, Yengicə kəndinin mağarası, Ağcıvan kəndinin mağarası, Samaqan mağarası, Bükan Cami məscidi, "Həvəzə-gəvəzə" adlı böyük bulaq və göl, Hamamian cami məscidi, Bibikəndin daş otaqları (qayalarda oyulmuş 14 otaq), Bükanın sahil parkı, Məhəmmədiyyə parkı, Sərdar məqbərəsi, Qədim Tarğa dağı, Qala Təpə (Təpə kəndində eramızdan 1500 il öncəyə aid olan tapıntılar mövcuddur), eradan əvvəl birinci minilliyə aid mədəniyyət nümunələrinin olduğu Qarakənd təpəsi, Əzizkənd və s.
Əhalisi
redaktə2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 202 637 nəfər (kişilər - 101 433 nəfər; qadınlar - 101 204 nəfər) olmuşdur[2][3].
Bukan şəhristanında əsasən kürdlər yaşayır. Əhali bu şəhristanda əsasən kürd dilinin soran ləhçəsində danışırlar. İkinci Dünya müharibəsinə qədər burada yüzdən çox yəhudi ailəsi də yaşayıb.
İsrail hökuməti qurulduqdan sonra həmin ailələr İsrailə köçüblər. 2011-ci ilin rəsmi statistikasına görə, Bukan mahalının əhalisi təxminən 280000 nəfərdir.
Məşğulluğu
redaktə2001-ci ilin statistikasına əsasən Bükan mahalında 141 irili-xırdalı zavod və fabrik var. Bu müəssisələr əsasən toxuculuq, tikinti materialları, kimyəvi məhsullar, metal, minerallar və qida məhsulları istehsal edirlər. Eləcə də hazırda mahalda bir mərmər mədəni də fəaliyyət göstərir. Bukan mahalında əkin üçün yaralı ərazi 110000 hektardır. Həmin yerlərdə əsasən pambıq, tütün, şəkər çuğunduru, buğda, arpa və başqa dənli bitkilər əkilir. Eyni halda alma şaftalı və albalı buranın əsas bağ məhsullarındandır. Mahalda mövcud olan təbii şərait - geniş, yaşıl və zəngin otlaqlar olduğundan burada maldarlıq geniş şəkildə yayılıb.
Mahal əyalət və bölgənin bu sahəyə olan tələbatının əhəmiyyətli qismini təmin edir. Bukan mahalında ənənəvi və çağdaş üsullarla arıçılıqla məşğul olurlar. Eyni halda quşçuluq və qismən balıqçılıq da inkişaf etdirilməkdədir. Bükan mahalında ən çox yayğın olan əl işləri xalçaçılıq, kilim toxumaq, oyma işləri, həsir toxuma, parça toxuma, cecim toxuma, muncuq tikmə və s.-dir.
Bukan şəhristanının şəhərləri
redaktəBukan şəhristanının iki şəhəri var:
Bukan şəhristanının bəxşləri
redaktəBukan şəhristanı iki bəxşə bölünür:
- Mərkəzi bəxşi
- İnzibati mərkəzi: Bükan
- DEHİSTANLARI:
- Axtaçı dehistanı
- KƏNDLƏRİ: Əxtitar, Aşigülan, Əzizkənd, Çavarçin, Dəngüz-i Ülya, Dərbisər, Hacıkənd, Cambuğa, Kəhrizə-i Əliağa, Kəhrizə-i Mahmudağa, Kani Xarə, Kani Tumar, Xanəgah, Xorasanə, Kiçikatmış, Küsə, Mahmudabad, Məzrayə-i Mirabad, Nisakabad, Qadirabad, Qarakənd, Qazlıyan, Seyf-ül Din-i Ülya (Yuxarı Seyfəddin), Seyf-ül Din-i Süfla (Aşağı Seyfəddin), Şərəfkənd, Şeyxlər, Təzəqala
- Behi-yi Feyzullah Bəyi dehistanı
- KƏNDLƏRİ: Əhmədabad, Albulaq, Bağça, Bərdə Zərd, Müctəmə-yi Damdaran-i Bukan (Bukan Integrated Livestock), Dərviş Əli, Dərzi Vəli, Tükçü, Gül-i Behi, Həsənabad, Havarə Bərzə, Hisar, Canbulaq, Kəhriz-i Sərdar, Kəldəgəh, Qalayçı, Qarabaraz, Qatanqor, Qəlic, Sədd-i Şəhid Kazımi, Saqqızlı, Sarıqamış-i Qışlaq, Tabbat, Tikantəpə, Türkmənkəndi, Yasikənd, Yekşavə, Yengikənd, Yengicə
- El Gavark dehistanı
- KƏNDLƏRİ: Ağutman, Əski Bağdad, İbrahim Xesar, Gülulan-i Ülya, Gülulan-i Süfla, Gündaman, Kani Diraz, Xorxora, Kürə Kani, Müsə, Pir Bahaəddin, Qaluy Rəsulağa, Qaluy Şeyxan, Qarçah-i Ülya, Qarçah-i Süfla, Qızılgümbəz, Salamat, Sərd Kuhistan, Sümbə, Yağiyan, Zavəkuh, Zir Əndul
- El Teymur dehistanı
- KƏNDLƏRİ: Bağça, Buğdadağı, Çahardivar, Dərə Girdələ, Dərvişan, Dövlətabad, Elmabad, Həmzəabad, Haşiabad, Hüseynabad, Kani Pənkə Qacer, Kani Rəş, Kükə, Ləsə Gülan, Novbar, Paşbulaq, Qadirabad, Qacer, Qaradağ, Qaralı, Gülcətəpə, Sərbağça, Sərdarabad, Seyidabad, Seyidabad-i Qacer, Şəhrikənd, Təpi, Təraqə
- Siminə bəxşi
- İnzibati mərkəzi: Siminə
- DEHİSTANLARI:
- Axtaçı-i Mahali dehistanı
- KƏNDLƏRİ: Abdullahabad, Ağliyan, Ermənibulağı, Atabulağı, Bənd-i Məcidxan, Bərdə Rəşan, Dəvəşəhri, Qövsabad, Gül Mərzənik, Göytəpə, Hacı Lək, Hacıabad-i Axtaçı, Hüseyn Mamə, Kəhrizan, Kani Əli Gürdə, Kani Guzlah, Kani Məhəmməd Əli, Kani Qala, Külabad, Mənüçöhri, Uzunqışlaq, Pirvəli Bağı, Qala Rəsul Siyat, Qaragöl, Qarınca-i Büzürg, Qarınca-i Kiçik, Rəhimxan, Sərab-i Rəhimxan, Sarıqamış, Sarılabad
- Axtaçı-i Şərqi dehistanı
- KƏNDLƏRİ: Abbasabad, Abdullah Təpəsi, Əlikənd, Əmirabad, Anbar, Aşkutan, Əspuğə, Daşbənd, Gərdqəbran, Hammamiyan, Hisarbulağı, Kani Şəqaqan, Köhnə Mollalar, Ləgəz, Mollalar, Naçit, Qazan Sər, Şeyxəli, Şorca, Tahirabad, Üçtəpə
- Behi Dehbükri dehistanı
- KƏNDLƏRİ: Abbasabad, Ağıcvan, Arbanus, Daşağıl, Gamışan, Qayanca, Gültəpə-i Qurmuş, İlani, Cavanmərd, Kani Allah Seyidə, Kani Gürgə, Kani Səbzə, Kani Siran, Qazi Axavi, Qışlaq-i Hacı Şahab, Qular, Qurmuş, Türkəşə, Ortakənd, Üynəçi
- Axtaçı-i Mahali dehistanı
İstinadlar
redaktə- ↑ گروه GIS سازمان مديريت و برنامهريزي استان آذربايجانغربي. "1. اطلاعات مربوط به آخرين تقسيمات كشوري استان برحسب شهرستان: 1379" (fars). 2007-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
- ↑ "Statistical centre of Iran". 2009-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-11.
- ↑ "Arxivlənmiş surət". 2010-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-17.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |