Bulovluk - Wikipedia
Bülövlük – Azərbaycan Respublikasının Laçın rayonu Qoşasu kənd inzibati ərazi dairəsində kənd.[1]
Bülövlük | |
---|---|
39°46′38″ şm. e. 46°23′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəLaçın rayonunun Qoşasu inzibati ərazi vahidində olan kənd Mıxtökən silsiləsinin (kiçik Qafqaz) ətəyindədir. Bəzi tədqiqatçıların fikrincə, oykonim bülöv (kəsici alətləri itiləyən daş) sözündən və çoxluq, yer, məkan bildirən -lük şəkilçisindən düzəlib, "bülöv daşı olan yer" mənasındadır. Lakin dağlarda bitən ağ çiçəkli yabanı dərman bitkisinin adı da bülöylüdür. Xırda heyvanların ayaqlarındakı xəstəliyi bu otla müalicə edirlər. Güman ki dağətəyi zonada yerləşən kəndin ərazisində bülöylü otunun zəngin olduğuna görə kənd belə adlandırılmışdır[2].
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Əhalisi
redaktəErməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi.
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Bülövlük // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 162. ISBN 978-9952-34-155-3.
Xarici keçidlər
redaktə- Laçının zəngin təbii ehtiyatları 17 ildir düşmən işğalı altındadır Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |