Bullur Saray - Wikipedia
Büllur saray (ing. Crystal Palace) — Londonda şüşə və dəmirdən inşa edilmiş bina. Bina sərgi və müxtəlif tədbirlər üçün nəzərdə tutulmuşdu və layihəsi Böyük Britaniya kraliçası Viktoriyanın həyat yoldaşı şahzadə Albert Saxe-Koburq Saalfeld tərəfindən təsdiqlənmişdir. Binanın tikiləcəyi ərazidəki ağacların kəsilməsinə qarşı olan şahzadə Albert binanın inşası zamanı ağaclara ziyan vurulmadığına görə təklif olunan layihələr arasında yalnız bu layihəni bəyənmişdir.
Büllur sarayın açılışında Kraliça Viktoriya və şahzadə Albert də iştirak etmişlər. Sərgi sona çatdıqdan sonra bina London ətrafında yerləşən Sidnem-Hill ərazisinə köçürülür. 30 noyabr 1936-cı ildə bina yanğın zamanı məhv olur və bir daha bərpa edilmr.
Layihəsi
redaktə1851-ci ildə inşa edilmiş Büllur sarayın divarları bütünlükdə şüşədən quraşdırılıb. Metal çərçivələrin içərisinə 300 mindən çox şüşə doldurulub[1]. Sarayın əsas hissəsini sərgi zalı təşkil edir. Zalın ümumi sahəsi 90 000 m².-dir və 1400 insan üçün nəzərdə tutlmuşdur[2].
-
1851. Ümumi görünüş
-
1851. İngiltərə kraliçası Viktoriyanın sərgiyə gəlişi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Mən dünyanı öyrənirəm" (Uşaq ensiklopedik toplusu). Bakı, "Təfəkkür" NPM, 2005. səh.107
- ↑ The Great Exhibition of 1851. Duke Magazine Volume 92, No.6, November-December 2006 Arxivləşdirilib 2007-09-07 at the Wayback Machine (ing.)
Xarici keçidlər
redaktə- Büllur sarayın fondu (ing.)
- 1860-cı il Arxivləşdirilib 2007-10-02 at the Wayback Machine (ing.)
- Büllur saray Arxivləşdirilib 2016-09-24 at the Wayback Machine (ing.)
- Eddie Richardson’s page Arxivləşdirilib 2008-12-23 at the Wayback Machine (ing.)
- Parkın tarixi (ing.)