Burceli Esgerov - Wikipedia
Bürcəli Əsgərov (tam adı: Bürcəli Veysal oğlu Əsgərov; 15 fevral 1933, Qasımlı, Marneuli rayonu – 1 noyabr 2005, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982).
Bürcəli Əsgərov | |
---|---|
Bürcəli Əsgərov Veysal oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qasımlı, Borçalı, Gürcüstan SSR, Zaqafqaziya SFSR, SSRİ |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı |
oğlu: Hikmət Əsgərov qızı: Lalə Əsgərova |
Atası | Veysal Əsgərov |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Həyatı
redaktəBürcəli 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Orta məktəbi 1951-ci ildə Körpülü kəndində bitirib. Bir il doğma kəndlərində kolxozda işləyib və 1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının yardım heyətinin tərkibində müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxış edib.
Onun aktyor sənəti müəllimi Rza Təhmasib olub. 1956-cı ildə ali təhsilini başa vuran Bürcəli Əsgərov sentyabr ayının 12-də Akademik teatrın aktyor truppasına işə götürülüb. Həmin gündən indiyə qədər arada heç bir fasilə olmadan bu kollektivdə işləyir. O, teatrda rejissorlardan Ədil İsgəndərovun, Səftər Turabovun, Əliheydər Ələkbərovun, Nəsir Sadıqzadənin, Ələsgər Şərifovun, Tofiq Kazımovun, Əşrəf Quliyevin, Məmmədkamal Kazımovun, Fikrət Sultanovun, Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun, Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin quruluş verdikləri müxtəlif üslublu və janrlı tamaşalarda rollar oynayıb.
Bürcəli Əsgərovun yaradıcılığında faciə, dram, komediya, tragikomediya rolları vardır. Aktyor bütün janrlı səhnə əsərlərində sərbəst, yaradıcılıqla və dinamik ehtirasla oynayır.
Yaradıcılığı
redaktəBürcəli Əsgərov ilk növbədə tipik və xarakterik rollar aktyorudur. Eyni zamanda müəyyən tamaşalarda baş rolları və bəzi əsərlərdə isə epizod personajların səhnə taleyini oynamışdır. Yaradıcılığının potensial imkanlarına, poetika göstəricilərinin estetik səciyyələrinə görə romantik aktyor məktəbinə daha uyğun gəlir. Realist və lirik psixoloji üslublu tanıaşalarda da yaddaqalan bədii drarmatik surətlər oynayıb. Öz rollarını, xususən klassik əsərlərdəki obrazları əsasən daxili ehtirasla və romantik vüsətlə oynamağa üstünlük verir.
Bürcəli Əsgərov 2000-ci ildən, həmçinin Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor işləyir.
Teatr sənətində qazandığı nailiyyətlərə, uğurlu aktyor ifalarına görə 1982-ci il dekabr ayının 1-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.
Əsas rolları
redaktəAkademik Milli Dram Teatrı
- Şeyx Sənan (H. Cavid) — ikinci cavan; Simon
- Qəribə adam (N. Hikmət) — Kamil
- Almaz (C. Cabbarlı) — Gülverdi; Barat
- Cavanşir (M. Hüseyn) — Bizans elçisi
- Qaçaq Nəbi (S. Rüstəm) — Tapdıq; Mehdi
- Tufanlı il (A. Kapler) — Vasilyev; zabit; Mins
- Hotelio (V. Şekspir) — senat zabiti
- Göz həkimi (İ. Səfərli) — Rauf; professor Şahbazov
- 1905-ci ildə (C. Cabbarlı) — (işçi Səməd)
- Od gəlini (C. Cabbarlı) — Toğrul
- Kəndçi qızı (M. İbrahimov) — Rəşid
- Tufan (digər adı "Tayfun") (T. Yuy) — Lu Da Xay
- Dönüş (C. Cabbarlı) — Zaman; Bayram
- Ana ürəyi (İ. Səfərli) — leytenant
- Dağlar qızı (A. Babayev) — Kamil
- Əliqulu evlənir (S. Rəhman) — Kamal
- Əcəb işə düşdük (Ş. Qurbanov) — Zahid; Lütfiyar
- Bağlı qapılar (H. Seyidbəyli) — Toğrul
- Hacı Qara (M. F. Axundzadə) — Heydər bəy
- Səyavuş (H. Cavid) — Bəhram
- Antoni və Kleopatra (V. Şekspir) — Sekst Pompey
- Tanya (A. Arbuzov) — Furmanov
- Vaqif (S. Vurğun) — Əli bəy; Arşak; Şaliko; Əhməd kişi; Eldar; Vidadi
- Dəlilər (digər adı "Valensiya dəliləri"), (L.de Veqa) — Leopaço
- Hind gözəli (Y. Osnos və V. Vinnikov) — Aryaka
- Yaxşı adam (M. İbrahimov) — Qardaşxan
- Orlean qızı (F. Şiller) — Raymond
- Yalan (S. Rəhman) — Şamil
- Söz yarası (Q. Rəsulov) — Lətif
- Oqtay Eloğlu (C. Cabbarlı) — Şəkinski
- Hamlet (iki quruluşda) (V. Şekspir) — kölgə
- Nakam qız (A. Şirvanzadə) — Murad
- Canlı meyit (L. Tolstoy) — Zabit
- Xəyyam (H. Cavid) — Məlik şah; Yusif
- Zamanın hokmü (N. Poqodin) — İppolit
- Küləklər (S. Rəhman) — Hüseyn
- Qızıl (Y. O'Nil) — Cimmi Kanana
- Əks-səda (N. Xəzri) — Qaynar
- Qılınc və qələm (M. S. Ordubadinin eyniadlı əsəri əsasında T. Kazımovun işləməsi) — Ağabəy Məhəmməd
- Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram
- Dəli yığıncağı (C. Məmmədquluzadə) — Hacı Məhəmməd Əli
- Mənsiz dünya (N. Xəzri) — Hacı Əsədulla
- Unuda bilmirəm (İ. Əfəndiyev) — Möhsünzadə
- Ümid (M. İbrahimbəyov) — Bədirov
- Məhəbbət əfsanəsi (N. Hikmət) — vəzir
- Yastı təpə (Ə. Əylisli) — Mürsəl
- Yad adam (L. Frank) — dənizçi
- Xurşid banu Natəvan (İ. Əfəndiyev) — qoca Knyaz
- Maqbet (V. Şekspir) — Banko
- İblis (H. Cavid) — birinci zabit
- Qarabağ əfsanəsi (Q. Rəsulov) — Qara
- Səadət sorağında (X. Əlimirzəyev) — Aslanov (kiçik səhnədə)
- Təhminə və Zaur (Anar) — Məcid Zeynallı
- Həyatın dibində (M. Qorki) — Kostılyev
- Şeyx Xiyabani (İ. Əfəndiyev) — Hacı Fərhad
- Bizim qəribə taleyimiz (İ. Əfəndiyev) — Ataxan
- Qızıl teşt (S. Səxavət) — Dəmirov
- Sevgililərin cəhənnəmdə vüsalı (İ. Əfəndiyev) — Afşar Hüseyn
- Gülüstanda qətl (C. Əlibəyov) — İlyas İsbatov
- Gecə döyülən qapılar (N. Xəzri) — Qəni müəllim
- Məhəbbət yaşadır (N. Hacızadə) — Cığatay
- Min illərin işığı (K. Abdullayev) — Xoca Abdulla
- Qisas qiyamətə qalmaz (N. Hacızadə) — Curxan
- Hökmdar və qızı (İ. Əfəndiyev) — Cavad xan
- Fərhad və Şirin (müxtəlif quruluşlarda (S. Vurğun) — igid; Azər baba
- Sokratı anma gecəsi (digər adı "Eşşək dərisi üzərində məhkəmə") (Ç. Aytmatov və M. Şaxanov) — Şairin atası. "
- Ulduz, yaxud Ədirnə fəthi (C. Cabbarlı) — Nazim paşa
- Eşq və intiqam (S. S. Axundov) — Şahbaz bəy
İrəvan Dövlət Azərbaycan Dram Teatrı
- Məhəbbət yaşayır hələ… (Hidayət) — Əliş Vəlişoviç
- Durnalar qayıdanda (Hidayət) — Vəli Qulamoviç
- Yalan (S. Rəhman) — Saleh
- Əsgər anası (A. Rəhimov) — Kamal
Filmoqrafiya
redaktə- Onu bağışlamaq olarmı? (film, 1959) — rol: leytenant Rəsulov
- Mənziliniz mübarək
- Göz həkimi (film)
- Canavar balası
- Qırmızı qar (film, 1998)
- Həmyerlilər (film-tamaşa,1998)