Burciler - Wikipedia
Bürcilər (ərəb. المماليك البرجية; əl-Məmalik əl-Bürciyyə) — 1382-ci ildən 1517-ci ilə qədər Məmlük sultanlığında hakimiyyətdə olmuş çərkəz əsilli sülalə.[1][2] "Bürc" sözü "qala divarlarının üstü" mənasındadır. Belə ki, bu sülalədən olan məmlüklərin hərbi düşərgələri Qahirə qalası daxilində yerləşirdi.
Bürcilər | |
---|---|
ərəb. المماليك البرجية | |
Ölkə | |
Banisi | Seyfəddin Bərkuk |
Sonuncu hökmdar | II Tumanbəy |
Əsası qoyulub | 1382 |
Soyun kəsilməsi | 1517 |
Milliyyət | çərkəz |
Titullar | |
sultan | |
Vikianbarda əlaqəli mediafayllar |
Bürci hakimiyyəti Məmlük sultanlığında qeyri-sabit dövr olmuş və sülalədən olan Məmlük sultanlarının hakimiyyətləri əsasən qısa çəkmişdir. Bu sülalənin üzvləri arasında taxt-tac uğrunda çəkişmələr Məmlüklərin nəzarətində olan Kipr adasının Əmir Teymurun qüvvələri tərəfindən işğalına və daha sonra Məmlüklərin Osmanlılara məğlub olmasına[3] və beləliklə Məmlük sultanlığının süqutuna səbəb oldu.[mənbə göstərin]
Tarixi
redaktə1250-ci ildən başlayaraq Məmlük sultanlığı qıpçaq-türk əsilli Bəhri sülaləsi tərəfindən idarə olunurdu.[2] 1377-ci ildə Suriyada başlayan üsyanla dövlətin idarəçiliyi çərkəz məmlüklərin əlinə keçdi və 1382-ci ildə Bürcilərdən olan Seyfəddin Bərkuk Məmlük taxtına çıxdı. Bəhri sülaləsindən olan Zeynəddin Hacı 1389-cu ildə hakimiyyəti ələ keçirsə də, 1390-cı ildə Bərkuk yenidən hakimiyyətini bərpa etdi. Bu dövrdən etibarən Məmlük sultanlığında Bürci sülaləsi hakimiyyətə keçdi.
Bürci sultanları
redaktəİstinadlar
redaktə- ↑ Bosworth, C. E. The Mamluks // New Islamic Dynasties: A Chronological and Genealogical Manual (ingilis). Edinburgh University Press. 1996. 76–80. ISBN 978-1-4744-6462-8. 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.
- ↑ 1 2 McGregor, Andrew James. A Military History of Modern Egypt: From the Ottoman Conquest to the Ramadan War. Greenwood Publishing Group. 2006. səh. 15. ISBN 9780275986018.
By the late fourteenth century Circassians from the north Caucasus region had become the majority in the Mamluk ranks.
- ↑ Petry, Carl F. The Mamluk Sultanate: A History (ingilis). Cambridge University Press. 2022. 23–52. ISBN 9781108471046.
Ədəbiyyat
redaktə- Clot, Andre (2009), L'Égypte des Mameloüks 1250-1517. L'empire des esclaves Paris:Perrin ISBN 978-2-262-03045-2. (fr.)
- Tür. çev.: Clot, Andre (çev. Turhan Ilgaz) (2005), Kölelerin İmparatorluğu Memlüklerin Mısır'ı, İstanbul:Epsilon Yayınları ISBN 9753317727.
- Bosworth, Clifford Edmund (1967) The new İslamic dynasties: a chronological and genealogical manual Edinburgh:Edinburgh University Press İSBN 978-0-7486-2137-8 Google BooksArxivləşdirilib 2011-09-01 at the Wayback Machine (ing.) (Erişim:2.7.2010)
- Muir, William (2007) The Mameluke or slave dynasty of Egypt, 1260-1517 Piscataway, NJ: Görgias Press. İSBN 978-1-59333-697-4. (Birinci basım: Smith, Elder 1896) (ing.)
- El-Makrizi (1997), Al Selouk Leme'refatt Dewall al-Melouk, Kahire: Dar al-kotob, (ərəb.).
- İng. çev.: Bohn, Henry G. (çev.), (16969) The Road to Knowledge of the Return of Kings, Chronicles of the Crusades, AMS Press.
- El-Makrizi, (1996) al-Mawaiz wa al-'i'tibar bi dhikr al-khitat wa al-'athar, Kahire:Matabat aladab, ISBN 977-241-175X (ərəb.).