Burhaneddin Xelife - Wikipedia
Bürhanəddin xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri.
Bürhanəddin xəlifə | |
---|---|
Bürhanəddin xəlifə İlyas xəlifə oğlu | |
1611 – ? | |
Əvvəlki | II İlyas xəlifə |
Sonrakı | II Şəmsəddin xəlifə |
Şəxsi məlumatlar | |
Doğum yeri | Duzal kəndi, Dizmar mahalı, Qaradağ vilayəti |
Atası | II İlyas xəlifə |
Uşağı | II Şəmsəddin xəlifə |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Səfəvilər dövləti |
Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu. 1610-cu ildə Bürhanəddin xəlifənin atası II İlyas xəlifə qoşunla Dumdum qalası ətrafına gəlib Mükri əşirətini qorxuya salmışdı. Mükrilərin böyükləri (başda Xan Abdal Mükri olmaqla) II İlyas xəlifənin yanına gəlir. Xan Abdalın qardaşı Məhəmməd bəy xəncərlə II İlyas xəlifəni öz çadırında xaincəsinə yaralayır və xəlifə bir neçə gündən sonra dünyasını dəyişir. Çadırına qonaq gələn mükriləri şirin-şərbətlə qarşılayan II İlyas xəlifə qəfil hücuma məruz qalmışdı. "Qonaqlar" düz əqidəli sufi ilə birgə iki qohumunu da öldürmüşlər. Çadırdan bir qədər kənarda olan Bürhanəddin atasının yaralandığını eşidib çadıra qaçaraq "qonaqları" qılıncdan keçirib doğrayır. Şah Abbasın hicri-qəməri ilə 1019-cu ildə (1610-1611)Dizmar və Üzümdil mahallarının xəlifəsi təyin olunub. II İlyas xəlifənin oğlu, II Şəmsəddin xəlifənin atası. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, «Şuşa» nəşriyatı, 2008. – 160 səh.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |