Buzdum Sumuyu - Wikipedia
Buzdum Sumuyu - Wikipedia - Haqqında Məlumat
Büzdüm sümüyü (lat. os coccygis) — inkişaf cəhətcə 4–5 fəqərədən təşkil olunmuş bir sümükdür. Bəzən bu fəqərələr ayrı-ayrı, çox vaxt isə bitişmiş olur. Büzdüm fəqərələrindən yalnız birincisini oma sümüyü ilə birləşən hissəsini — cismini və yan tərəflərə çıxan köndələn çıxıntılarını ayırd etməklə fəqərəyə bənzətmək mümkündür. Burada fəqərə qövsü tamam yox olmuşdur. I büzdüm fəqərəsinin arxasından oma sümüyünə qarşı buynuzlar — lat. cornua cocczgea çıxır. II büzdüm fəqərəsi əvvəlincidən kiçikdir, onun yalnız cismi və köndələn çıxıntıların əsasları ayırd edilir. III və IV büzdüm fəqərələri isə öz şəklinitamam itirmişdir.
Büzdüm sümüyü | |
---|---|
| |
Bitişir | |
MeSH | Coccyx |
Vikianbarda əlaqəli mediafayllar |
Mənbə
redaktə- Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1971