Besir Seferoglu Film 1969 - Wikipedia
Bəşir Səfəroğlu qısametrajlı bədii-sənədli televiziya filmi rejissor Rauf Kazımovski tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziya Studiyasında istehsal edilmişdir. Film görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Bəşir Səfəroğlunun həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur.
Bəşir Səfəroğlu | |
---|---|
Fayl:Bəşir Səfəroğlu (film, 1969).jpg | |
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Rauf Kazımovski |
Ssenari müəllifi | Rauf Kazımovski |
Operator | Nəriman Şıxəliyev |
Rəssam | Habil Kazımov |
İstehsalçı | Azərbaycan Televiziya Studiyası "Ekran" yaradıcılıq birliyi |
İlk baxış tarixi | 1969 |
Filmin növü | qısametrajlı bədii-sənədli televiziya filmi |
Müddət | 48 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1969 |
Texniki məlumatlar |
6 hissə 1400 metr |
Rəng | ağ-qara |
Məzmun
redaktəFilm görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Bəşir Səfəroğlunun həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur. Burada Bəşir Səfəroğlunun iştirak etdiyi tamaşalardan və filmlərdən istifadə edilmişdir.[1]
Bəşir Səfəroğlu ...Azərbaycan operetta teatrının inkişafında böyük zəhmət çəkmiş bu gözəl sənətkarın xatirəsi tamaşaçıların qəlbində həmişə yaşayacaqdır. Bəşir Səfəroğlunun yaratdığı surətlərdən bir çoxu filmə daxil edilmişdir.[1]
Bəşir Səfəroğlu teatrı, həyatı, insanları sevirdi. Buna görə də televiziya filmində o, təkcə görkəmli bir aktyor kimi deyil, eyni zamanda gözəl insan, qayğıkeş ata, vəfalı dost kimi göstərilmişdir.[1]
Film haqqında
redaktəBu filmin çəkilişinə hələ aktyorun sağ olduğu vaxtdan başlanmışdır.[1] Ağır xəstəlik keçirən aktyor filmdən bir müddət sonra həyata gözlərini əbədi yummuşdur.
İstinadlar
redaktəMənbə
redaktə“Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1969-cu ilin Azərbaycan filmləri
1960-cı illər Azərbaycan filmlərinin siyahısı