Besirov Metodu - Wikipedia
Bəşirov metodu — kənd təsərrüfatı heyvanlarının çoxaldılmasına, onların cins tərkibinin yaxşılaşdırılmasına, sağlam nəsil alınmasına, məhsuldarlığın 1000 dəfəyə qədər artırılmasına və s. kimi çox mühüm, böyük nəticələr əldə etməyə imkan verən bir metoddur.[1] Bu metodun yaradıcısı akademik Eyyub Bəşirovdur.[1]
XX əsrin ortalarında işlənib hazırlanmış bu orijinal, mütərəqqi metod bu gün də dünyanın heyvandarlıq təcrübəsində geniş istifadə edilir və çox böyük uğur gətirir.[1]
Eyyub Bəşirov cərrahi yolla erkək heyvanların çoxalma üzvünü 30–45 dərəcə bucaq altında öz təbii yerindən kənara çəkməklə süni mayalamada istifadə etmək üçün yüksək keyfiyyətli toxum alınmasına, törədici-seçici-stimuləedici kimi istifadə edilməsinə, bununla da bir çox mühüm problemlərin aradan qaldırılmasına nail olmuşdur.[1]
Belə ki, əgər adi, təbii cütləşmədə naxırda 1 ildə 1 törədici ilə ən yaxşı halda, ən çoxu 20–25 inək mayalamaq mümkün olursa, dondurulmuş toxumla aparılan süni mayalamada "Bəşirov metodu"nu və Eyyub Bəşirovun işləyib hazırladığı yeni, orjinal texnologiyaları tətbiq etməklə, 25000 camış və inək mayalamaq mümkündür.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 3 ölkənin milli qəhrəmanı olan alimimiz Arxivləşdirilib 2015-05-16 at the Wayback Machine. aztoday.az, 14.05.2015 (az.)