Behmetli - Wikipedia
Bəhmətli (əvvəlki adları: Verxiyan; Bəhmənli) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Zaqatala rayonunun Verxiyan kəndi Bəhmənli kəndi adlandırılmışdır.[2]
Bəhmətli | |
---|---|
41°27′26″ şm. e. 46°38′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6213[1] |
Nəqliyyat kodu | 62 |
Mədəniyyəti
redaktəKənd 5 obadan ibarətdir. Kənddə 1 orta, 1 əsas məktəb, 3 kitabxana, kənd xəstəxanası, körpələr evi-uşaq baxçası, aptek, məscid, kənd mədəniyyət evi, futbol meydançası və poçt məntəqəsi vardır.
Tarixi abidələr: 1 məscid, 1 hücrə vardır.
Coğrafiyası və iqlimi
redaktəBəhmətli kəndi, rayon mərkəzindən 18 km məsafədə yerləşir. Şərq tərəfdən Lahıc, cənub-şərqdən Qındırğa, şimal və qərbdən Əliabad, cənub-qərbdən Mosul kəndləriylə, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəd olmaqla iki kəndi (Bəhmətli və Kürdəmir) birləşdirir.
Kəndin ərazisi 3697 hektardir.
Əhalisi
redaktəƏhalisi 4286 nəfər (Bəhmətli - 4098 və Kürdəmir - 187), əsasən azərbaycanlılardır. Dini mənsubiyyəti müsəlman.
Kənd, RİHB-nin ərazi İcra nümayəndəsi və Bəhmətli Bələdiyyəsi tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Görkəmli şəxsləri
redaktə- Faiq İsfəndiyar oğlu Əmirov - Azərbaycanın Milli Qəhrəmanı
İstinadlar
redaktəHəmçinin bax
redaktə Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |