Behram Esgerov - Wikipedia
Bəhram Mehrəli oğlu Əsgərov (5 oktyabr 1933, Tovuz rayonu – 12 mart 2014, Bakı) — fizika–riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universiteti bərk cisimlər fizikası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki.
Bəhram Əsgərov | |
---|---|
Bəhram Mehrəli oğlu Əsgərov | |
Doğum tarixi | 5 oktyabr 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 12 mart 2014 (80 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | fizika |
Elmi dərəcəsi | |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəBəhram Əsgərov 5 oktyabr 1933-cü ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdur.[1] 1952 −1957-ci illərdə Azərbaycan Dövlət Universiteti fizika fakültəsində təhsil alır. 1962-ci ildə Leninqrad şəhərində "Güclü maqnit sahəsində yarımkeçiricilər və yarımmetallarda termomaqnit effektlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1968-ci ildə dosent elmi adı almışdır.
1971-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsində "Bərk cisimlər fizikası" kafedrası yaratmış və ömrünün sonunadək onunun müdiri işləmişdir.
1960–1966-cı illər Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutu elmi işçisi. 1966 – 1971-ci illər Bakı Dövlət Universiteti "Molekulyar fizika" kafedrasının dosenti işləmişdir.
1971-ci ildə yenidən Leninqrad şəhərində "Yarımkeçiricilərdə kinetik effektlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edir.
1972-ci ildə Azərbaycan Dövlət Universitetinin professoru seçilir.
Bakalavr təhsil pilləsində "Termodinamika və statistik fizika" fənnindən, magistr təhsil pilləsində "Bərk cisimlərin kvant nəzəriyyəsi", "Kvant statistikası" və "Metallar və yarımkeçiricilər" fənlərindən mühazirələr demişdir.
Ailəli idi, üç övladı var idi.
12 mart 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Tədqiqat sahəsi və elmi uğurları
redaktəƏsas tədqiqat sahəsi yarımkeçiricilər və aşağıölçülü sistemlərdə elektron köçürmə hadisələrinin kvant nəzəriyyəsidir. 1974-cü ildə Bəhram Əsgərov Leninqradda "Nauka" nəşriyyatında özünün 21 çap vərəqi həcmində olan "Yarımkeçiricilərdə kinetik effektlər" adlı monoqrafiyasına görə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına, 2000-ci ildə isə Azərbaycan Respublikası Əməkdar Elm xadimi fəxri adına layiq görülmüşdür. 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həmin ixtisas üzrə həqiqi üzvü seçilmişdir.
140 elmi məqalə, 4 monoqrafiya, 7 kitab və 1 patentin müəllifidir.[2]
2004-cü ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib. 2009-cu ildə prezident təqaüdünə layiq görülüb.
Seçilmiş əsərləri
redaktə- Askerov B. M., Figarova S. R., Mahmudov M. M. Longitudinal magnetoresistance of layered crystals in a quantizing magnetic field taking into account the spin splitting. Physica E: Low-Dimensional Systems and Nanostructures, v.33, № 6, p. 303–307, 2006, (Amsterdam, Netherlands),
- Askerov B. M., Figarova S. R., Guseynov G. I., Figarov V. R. Relaxation-time and electrical conductiviy anisotropy of layered crystal at the scattering of charge carriers of impurity ions. AIP Conference Proceedings, v.905, p. 43–47, 2007 (USA),
- Askerov B. M., Figarova S. R., Figarov V. R. Anisotropy of the Thermoelectrical Power in Superlattices, Nanotechnology, v.18, Special Issue, November, 2007, p. 424024–424047 (USA),
- Аскеров Б.М., Гусейнов Г.И., Фигаров В.Р., Фигарова С.Р. Анизотропия примесного рассеяния и электропроводности квазидвумерных электронных систем. Физика твердого тела (Санкт – Петербург, Россия), том 50, вып. 4, с. 746–750, 2008.
- Askerov B. M., Figarova S. R., Makhmudov M. M., Figarov V. R.. Diamagnetism of an electron gas in superlattices, Proceedings of the Royal Society A: Mathematical, Physical and Engineering Sciences, 464, p. 3213–3218, 2008, (London, UK),
- Askerov B. M., Figarova S. R., Kuliev B. I. Electron Transport Phenomena in Conductive Films. (article review). Physica Stat. Sol. (b) 121, 11–37, 1984, (Germany, Berlin).
Kitabları
redaktə- B. M. Askerov, S. R. Figarova. Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases. Pub., Springer, 2010.
- B. M. Askerov – Electron Transport Phenomena in Semiconductors. World Scientific, Singapore, New Jersey, London, 1994, 394 p.
- Б.М.Аскеров – Электронные явления переноса в полупроводниках. Изд-во "Наука", Москва, 1985, 318 с.
- Б.М.Аскеров – Кинетические эффекты в полупроводниках. Изд-во "Наука", Ленинград, 1970, 304 с.
- B. M. Əsgərov – Bərk cisimlər nəzəriyyəsi. Bakı Dövlət Universitetinin nəşriyyatı, Bakı, 2001, 153 səh.
- B. M. Əsgərov – Bərk cisimlərin nəzəriyyəsi. Bakı Dövlət Universitetinin nəşriyyatı, Bakı, 2013, 396 səh.
Mükafatları
redaktəXatirəsi
redaktə5 oktyabr 2015-ci ildə Bakı Dövlət Universitetində Bəhram Əsgərovun 1971-ci ildə yaratdığı və ömrünün sonuna qədər rəhbərlik etdiyi "Bərk cisimlər fizikası" kafedrasının önündə anadan olmasının 82-ci ildönümü münasibətilə barelyefinin açılışı olub[4].
İstinadlar
redaktə- ↑ "Əsgərov Bəhram Mehralı oğlu". science.gov.az. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-12.
- ↑ "Bakı Dövlət Universitetinin alimi vəfat edib". 2014-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12.
- ↑ Akademik Bəhram Əsgərov vəfat edib — qaynar.info saytı Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine(yayımlanıb:12.03.2014 10:02, yoxlanılıb: 13. mart 2014)
- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.