Beneniyar - Wikipedia
Bənəniyar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənəniyar kəndi Əbrəqunus kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Bənəniyar kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Bənəniyar | |
---|---|
39°08′47″ şm. e. 45°39′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimiyası
redaktəƏlincə çayının (Arazın qolu) sağ sahilində, Zəngəzur silsiləsinin yamacındadır. Bəzi ədəbiyyatlarda Bənəniyar, Bənənigar kimi qeydə alınmışdır. Oykonim bənən (bələn) və yar (yarğan, dərə) komponentlərindən ibarət olub, "dağ boynunda yarğan, dağ aşırımında çuxur yer" mənalarını bildirir. Kəndin coğrafi mövqeyi oykonimin ifadə etdiyi mənaya uyğundur.[2]
İqtisadiyyatı
redaktəBənəniyar rayonun ən iri yaşayış məntəqələrindən biridir. Kənd təsərrüfatı işləri əhalinin əsas məşğuliyyətlərindən biridir.
Burada Muxtar Respublikanın ən iri su anbarlarından biri, Bənəniyar su anbarı (17 mln. m³), yerləşir.
Əhalisi
redaktəƏhalisi 3385 nəfərdir.[3]
Tanınmışları
redaktə- Akif Əliyev — kimya elmləri doktoru.
- Əliəddin Abbasov — Azərbaycan alimi.
- İbrahim Məmmədov — аktyоr, Аzərbycan Rеspublikаsının хаlq аrtisti.
İstinadlar
redaktə- ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.