Berber Deniz Quldurlari - Wikipedia
Bərbər (Barbar, vəhşi) dəniz quldurları (Mərakeş istisna olmaqla, çünki, Mərakeşlilər özlərini Osmanlı kimi qəbul etmədikləri üçün Osmanlı təbələri kimi tanınmırlar) - Ərəb fəthləri dövründən XIX əsrin ortalarına qədər Şimali Afrika bölgəsində döyüşən müsəlman quldurlar.
Məğribin (Barbar sahili) bir çox limanından istifadə edərək Tunis, Tripoli, Əlcəzair və Sale kimi iri bölgələrdə fəaliyyət göstərərək, bütün qərbi Aralıq dənizi sahillərini qorxu içində saxlayırdılar. Quldurların fəaliyyəti təkcə tacir gəmilərinə hücumlarla məhdudlaşmırdı, çox vaxt onlar "razii" - Avropanın sahil şəhərlərində xristian qullarını tutmaq və Əlcəzairdə və ya Mərakeşdəki qul bazarında satmaq üçün xüsusi reydlər təşkil edirdi [1]. Tarix professoru Robert Devisin dediyinə görə, XVI əsrdən XIX əsrə qədər quldurlar 1 milyondan 1,25 milyona qədər avropalını kölə etmiş və satmışdılar. Bu cür basqınların əsas hədəfi İtaliya, İspaniya və Portuqaliyadakı sahil kəndləri olurdu. Lakin bəzən daha uzaq ölkələr - Fransa, İngiltərə, Hollandiya, İrlandiya və hətta İslandiya da daxil olmaqla Skandinaviya ölkələri də belə hücumlardan əziyyət çəkdilər.
Bu hücumların nəticəsi son dərəcə acınacaqlı idi: Fransa, İngiltərə və İspaniya quldurların belə reydlərində minlərlə gəmisini itirdi. İspaniya və İtaliyanın sahil bölgələri boşalırdı. Bu quldur baqsqınları XIX əsrə qədər Aralıq dənizinin qərb sahillərinin tam məskunlaşmasının qarşısını alırdı.
XVI əsrdən etibarən "Əlcəzair ekspedisiyaları" başladı - Avropa dövlətlərinin Əlcəzairdəki quldur yuvalarına qarşı bir sıra dəniz və desant yürüşləri. XIX əsrdən (1801-ci ildən) ABŞ-nin Barbar müharibələri başladı.
Məşhur bərbər dəniz quldurları
redaktə- Xeyrəddin Barbarossa Paşa
- Oruc Barbarosa
- Uluc Əli
- Turqut Rəis
- Piyalə Paşa
- Murat Rəis (böyük)
- Murat Rəis (kiçik)
- Kamal Rəis
- Saleh Rəis
Bərbər dəniz quldurlarının əsirləri
redaktə- Roland (Arles arxiyepiskopu) (869-cu ildə)
- Kandia, Pedro de (XVI əsrin əvvəllərində)
- Uluc Əli (1536-cı ildə)
- Migel de Servantes (1575-1580)
- Avile, Oqusten-Şarl d '(1674)
- Kriezis, Antonios (1811-ci ildə)
Ədəbi personajlar
redaktə- Robinzon Kruzo
- Qi de Nanteyl — "Nanteyl jesti" poemasının qəhrəmanı
- Anjelika — Anna və Serj Qalonun Anjelika haqında 4-cü kitabında
İstinadlar
redaktə- ↑ Robert Davis. "British Slaves on the Barbary Coast" (ingilis). BBC. 2011-02-17. 2011-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
Ədəbiyyat
redaktə- Блон Жорж. Великий час океанов: Средиземное море. — М.: Мысль, 1982. — 223 с.
- Мерьен Жан. Энциклопедия пиратства. — М.: ТЕРРА-Книжный клуб, 1999. — 496 с.
- Лейн-Пул Стэнли. Берберские пираты. История жестоких повелителей Средиземного моря ХV—ХIХ вв. / Пер. с англ. А. Б. Давыдовой. — М.: ЗАО «Центрполиграф», 2020. — 255 с. — ISBN 978-5-9524-5445-3.
- Clark, G. N. "The Barbary Corsairs in the Seventeenth Century." Cambridge Historical Journal 8#1 (1944): 22-35. online.
- Gawalt, Gerard W. "America and the Barbary pirates: An international battle against an unconventional foe." (Library of Congress, 2011) online.
- London, Joshua E. Victory in Tripoli: How America's War with the Barbary Pirates Established the U.S. Navy and Shaped a Nation. New Jersey: John Wiley & Sons, Inc., 2005. ISBN 978-0-471-44415-2
- Sofka, James R. "The Jeffersonian idea of national security: commerce, the Atlantic balance of power, and the Barbary war, 1786–1805." Diplomatic History 21.4 (1997): 519–544. online
- Turner, Robert F. "President Thomas Jefferson and the Barbary Pirates." in Bruce A Elleman, et al. eds. Piracy and Maritime Crime: Historical and Modern Case Studies (2010): 157–172. online
- Adrian Tinniswood, Pirates of Barbary: Corsairs, Conquests and Captivity in the Seventeenth-Century Mediterranean, 343 pp. Riverhead Books, 2010. ISBN 978-1-59448-774-3. NY Times review
- White, Joshua M.Piracy and Law in the Ottoman Mediterranean (Stanford University Press, 2017). ISBN 978-1-50360-252-6.
- White Gold: The Extraordinary Story of Thomas Pellow and North Africa's One Million European Slaves by Giles Milton (Sceptre, 2005)
- Zacks, Richard. The pirate coast : Thomas Jefferson, the first marines and the secret mission of 1805 Hyperion, 2005. ISBN 1-4013-0849-X
- Christian slaves, Muslim masters : white slavery in the Mediterranean, the Barbary Coast, and Italy, 1500–1800 by Robert C. Davis. New York : Palgrave Macmillan, 2003. ISBN 978-0-333-71966-4
- Piracy, Slavery and Redemption: Barbary Captivity Narratives from Early Modern England by D. J. Vikus (Columbia University Press, 2001)
- The Stolen Village: Baltimore and the Barbary Pirates by Des Ekin ISBN 978-0-86278-955-8
- Skeletons on the Zahara: A True Story of Survival by Dean King, ISBN 0-316-15935-2
- Oren, Michael. "Early American Encounters in the Middle East", in Power, Faith, and Fantasy. New York: Norton, 2007.
- Boot, Max. The Savage Wars of Peace: Small Wars and the Rise of American Power. New York: Basic Books. 2002. ISBN 978-0-465-00720-2.
- Lambert, Frank. The Barbary Wars. New York: Hill and Wang, 2005.
- Whipple, A. B. C. To the Shores of Tripoli: The Birth of the U.S. Navy and Marines. Bluejacket Books, 1991. ISBN 1-55750-966-2
Xarici keçidlər
redaktə- Hitchens, Christopher. "Jefferson Versus the Muslim Pirates". City Journal. Spring 2007. İstifadə tarixi: 2007-04-28. (ing.)
- Knights Hospitaller of St. John – Order of St John of Jerusalem Malta (ing.)
- The Barbary Pirates (ing.)
- New book reopens old arguments about slave raids on Europe (ing.)
- Barbary Warfare (ing.)
- The Barbary Wars at the Clements Library:An online exhibit on the Barbary Wars with images and transcriptions of primary documents from the period. (ing.)
- American Barbary Wars (ing.)