Besti Bagirova - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bəsti Məsim qızı Bağırova (10 aprel 1906, Abdullabəykürd, Yelizavetpol qəzası – 27 fevral 1962[1], Bağçakürd, Qasım İsmayılov rayonu) – Azərbaycanda məşhur pambıq ustası. Azərbaycanda iki əl ilə pambıq yığımı hərəkatının təşəbbüsçüsü. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1950).
Bəsti Bağırova | |
---|---|
Doğum tarixi | 10 aprel 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 27 fevral 1962[1] (55 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, pambıqçı |
Partiyası | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1905-ci ildə Goranboy rayonun Bağçakürd kəndində anadan olmuşdur[2]. 1930–1933-cü illərdə Azərbaycan SSR Qasım İsmayılov rayonu "Bağçakürd"(sonralar B. Bağırova adına) kolxozunun kolxozçusu, 1933–1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953–1962-ci illərdə sədri olmuşdur. Bakı Ali Partiya Məktəbini bitirmişdir (1952).
AKP-nin XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (I–III çağırış), Azərbaycan SSR Ai Sovetinin (IV–V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-in böyük qızıl medalı ilə təltif edilmişdir.
Bağçakürd kəndinə Bəsti Bağırovanın tunc büstü qoyulmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Багирова Басти Масим кызы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "Багирова Басти Масим кызы". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.