Beyanname - Wikipedia
Beyanname - Wikipedia - Haqqında Məlumat
Bəyannamə (lat. declaratio) — dövlətlərin özlərinin daxili və xarici siyasətini prinsiplərini və ya xarici məsələlərə öz mövqeyini bildirmək üçün verdiyi birtərəfli, ikitərəfli, çoxtərəfli bəyanatdır. İkili və çoxtərəfli bəyanatlar çox vaxt imzalanır. Lakin tərəflərin razılğı olmadanda qəbul oluna bilər. Praktikada dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, başqa dövlət xadimlərin beynəlxalq təşkilatlar çərçivəsində birgə bəyannamə ilə çıxış etmək təcrübəsi var. Həmçinin dövlət və təşkilatların tanınması bəyannamələr vasitəsilə həyata keçirilə bilər. Bundan başqa bəyannamə formasında beynəlxalq müqavilələrin bağlanmasınada rast gəlinir.
Hüquq haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |