Beyin Ogurlanmasi Film 1985 - Wikipedia
Bəyin oğurlanması — Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə çəkilmiş Azərbaycan filmi.[1] Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanov ifa edirlər.
Bəyin oğurlanması | |
---|---|
Janr |
Komediya musiqili |
Rejissorlar |
Ceyhun Mirzəyev Vaqif Mustafayev |
Ssenari müəllifi | Mövlud Süleymanlı |
Baş rollarda |
Həsənağa Turabov Səyavuş Aslan Hacı İsmayılov Nəsibə Zeynalova Yaşar Nuri Natəvan Məmmədova Tamara Şakirova Şamil Süleymanov |
Operatorlar |
Ələsgər Ələkbərov Rəşid Nağıyev |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssamlar |
Elbəy Rzaquliyev Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 8 oktyabr 1985 |
Filmin növü | Tammetrajlı bədii film |
Müddət | 69 dəqiqə |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1985 |
Texniki məlumatlar |
8 hissə 2023 metr genişekranlı "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | Rəngli |
IMDb | ID0265928 |
Məzmun
redaktəFilmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır.[2]
Rollarda
redaktə- Həsənağa Turabov — Əsəd
- Səyavuş Aslan — Mustafa
- Hacı İsmayılov — Tağı
- Nəsibə Zeynalova — Nəsibə xala
- Yaşar Nuri — İsrafil
- Natəvan Məmmədova — Yasəmən
- Tamara Şakirova — Nigar
- Şamil Süleymanov — Həsən
- Vidadi Həsənov — Musa
- Firəngiz Mütəllimova — Telli
- Rəsmi Cəbrayılov — Əhməd
- Mirzə Babayev — Amanoğlu
- Gümrah Rəhimov — Brodyaqa
- Arif Quliyev — Miriş
- Səməndər Rzayev — sovxoz müdiri Hidayət müəllim
- Nəcibə Behbudova — Bibixanım
- Füzuli Hüseynov — Elxan
- Əsgər Məmmədoğlu — pirotexnik Ələsgər
- Lətifə Əliyeva — Həsənin anası
- Nəcibə Hüseynova — Sinoptik
- Ramiz Əzizbəyli — İsabala
- Karen Avanesyan — bərbər Aşot
Filmi səsləndirənlər
- Kamal Xudaverdiyev — Musa (Vidadi Həsənov) (titrlərdə yoxdur)
- Rasim Balayev — Elxan (Füzuli Hüseynov) (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Həsən (Şamil Süleymanov) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı — Həsənin anası (Lətifə Əliyeva) (titrlərdə yoxdur)
- Rafiq Əzimov — Əhməd (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)
- Nəcibə Hüseynova — Rəqqasə (titrlərdə yoxdur)
- Nuriyyə Əhmədova — Sinoptik (Nəcibə Hüseynova) (titrlərdə yoxdur)
- Mirvari Novruzova — Bibixanım (Nəcibə Behbudova) (titrlərdə yoxdur)
- Filmdə səslənən "Ümidlərə toxunma" şərqisini ifa edir : Cəfər Behbudov
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 296.
- "Bəyin oğurlanması", yaxud hər üç rejissorun seçdiyi Tamara Şakirova
- "Bəyin oğurlanması"nın "Kadrarxası": "O şillə davaya səbəb oldu"
- KADRARXASI | `Vidadi Həsənovla öpüş səhnəm çəkiləndə…` Arxivləşdirilib 2019-10-02 at the Wayback Machine
- "Bəyin oğurlanması"nda biz hamımız varıq
- "Bəyin oğurlanması"nda aktyorlar dalaşıb: Aktyor Hacı İsmayılov filmin kadrarxası məqamlarından danışır //Azadlıq.- 2015.- 12 yanvar.- S.14 [1]