Bmt Ihak In Sincandaki Insan Huquqlari Ile Bagli Narahatliqlarini Qiymetlendirmesi - Wikipedia
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqları ilə bağlı narahatlıqların qiymətləndirməsi (ing. OHCHR Assessment of human rights concerns in the Xinjiang Uyghur Autonomous Region, People's Republic of China) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən 31 avqust 2022-ci ildə dərc olunmuş, Çində uyğurlara və digər əsasən müsəlman qruplara qarşı rəftar haqqında hesabat.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqları ilə bağlı narahatlıqların qiymətləndirməsi | |
---|---|
ing. OHCHR Assessment of human rights concerns in the Xinjiang Uyghur Autonomous Region, People's Republic of China | |
İmzalanma tarixi | 31 avqust 2022 |
Orijinal dil | ingilis dili |
Müəllif | Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı |
Məqsədi | Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqları |
Hesabatda belə nəticəyə gəlinmişdir ki, "uyğurların və əsasən müsəlman olan digər qrupların nümayəndələrinin qanun və siyasət əsasında fərdi və kollektiv şəkildə istifadə edilən fundamental hüquqlardan məhdudlaşdırma və daha ümumi şəkildə məhrumetmə kontekstində ixtiyari olaraq və diskriminasiya əsasında həbsinin miqyası beynəlxalq cinayətlər, xüsusən də insanlıq əleyhinə cinayətlər təşkil edə bilər".[1][2][3]
Zəmin
redaktə2014-cü ildən Çin hökuməti Çin Kommunist Partiyasının baş katibi Si Tsinpinin rəhbərliyi altında Sincan bölgəsində bir milyondan çox türk mənşəli müsəlmanın heç bir hüquqi razılıq olmadan yenidən təhsil düşərgələrində həbs edilməsi ilə nəticələnən siyasət yürüdür.[4][5][6] Bu, İkinci Dünya müharibəsindən sonra etnik və dini azlıqlara qarşı aparılan ən böyük həbs kampaniyasıdır.[7][8] Mütəxəssislərə görə, 2017-ci ildən 2022-ci ilə qədər 16 minə yaxın məscid dağıdımış və ya zədələnmiş,[9] yüz minlərlə uşaq zorla valideynlərindən ayrılaraq internat məktəblərinə göndərilmişdir.[10][11]
İctimai hesabatlarda bildirilmişdir ki, Çin hökumətinin apardığı siyasətlərə uyğurların dövlət tərəfindən maliyyələşdirilən həbs düşərgələrində özbaşına saxlanılması,[12][13] məcburi əmək,[14] uyğurların dini ayinlərinin yatırılması,[15] siyasi və ideoloji indoktrinasiya,[16] zorakı rəftar,[17] məcburi sterilizasiya,[18] məcburi kontrasepsiya[19][20] və məcburi abort[21][22] daxildir. Çin hökuməti tərəfindən yayımlanan rəsmi statistikaya görə, 2015-ci ildən 2018-ci ilə qədər Xotan və Qaşqarın əsasən uyğurların yaşadığı ərazilərdə doğum nisbəti 60%-dən çox azalmışdır.[18] Həmin dövrdə bütövlükdə ölkə üzrə doğum səviyyəsi 9,69% azalmışdır.[23] Çin hakimiyyəti 2018-ci ildə Sincanda doğum nisbətinin təxminən üçdə bir azaldığını etiraf etmiş, lakin məcburi sterilizasiya və soyqırımı ilə bağlı iddiaları təkzib etmişdir.[24] 2019-cu ildə Çində doğum nisbəti 4,2% azalmış olsa da, Sincanda doğum nisbəti 24% azalmışdır.[18]
Çin hökuməti Sincanda insan hüquqlarının pozulmasını inkar edir.[25][26] Baş verən hadisələrə beynəlxalq reaksiya müxtəlif olmuşdur. BMT-yə üzv olan bəzi dövlətlər BMT İnsan Hüquqları Şurasında bəyanatlar verərək Çinin siyasətini pisləmiş, bəziləri isə Çinin siyasətini dəstəkləmişdir.[27] 2020-ci ilin dekabrında Beynəlxalq Cinayət Məhkəməsinə göndərilən işə xitam verilmişdir. Buna səbəb olaraq iddia edilən cinayətlərin "sadəcə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin iştirakçısı olmayan Çinin ərazisində Çin vətəndaşları tərəfindən törədilmiş" olması və buna görə də Beynəlxalq Cinayət Məhkəməsinin işə baxmağa hüququ olmaması göstərilmişdir.[28][29] ABŞ 19 yanvar 2021-ci ildə Çində insan hüquqlarının pozulmasını tanındığını elan edərək, Uyğur soyqırımını tanıdığını elan etmişdir.[30] O vaxtdan bəri bir neçə ölkənin qanunverici orqanları, o cümlədən Kanada İcmalar Palatası,[31] Niderland Parlamenti,[32] Birləşmiş Krallıq İcmalar Palatası,[33] Litva Seymi və Fransa Milli Məclisi[34][35] də daxil olmaqla, Çinin hərəkətlərini soyqırım kimi xarakterizə edən məcburi olmayan təkliflər qəbul etmişlər. Yeni Zelandiya,[36] Belçika[37] və Çexiya parlamentləri Çin hökumətinin uyğurlara münasibətini "insan hüquqlarının ciddi şəkildə pozulması" və ya "insanlığa qarşı cinayət" kimi qiymətləndirmişdir.[38]
İstinadlar
redaktə- ↑ Julian Borger. "China's treatment of Uyghurs may be crime against humanity, says UN human rights chief". The Guardian (ingilis). 2022-08-31. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Matt Murphy. ""Uyghurs: China may have committed crimes against humanity in Xinjiang - UN"". BBC News (ingilis). 2022-08-31. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Nick Cumming-Bruce and Austin Ramzy. ""U.N. Says China May Have Committed 'Crimes Against Humanity' in Xinjiang"". The New York Times (ingilis). 2022-08-31. ISSN 0362-4331. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "One million Muslim Uighurs held in secret China camps: UN panel". Al Jazeera. 2018-08-10. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Welch, Dylan. ""The China Cables: Leak reveals the scale of Beijing's repressive control over Xinjiang"". ABC News. 2019-11-24. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ ""UN: Unprecedented Joint Call for China to End Xinjiang Abuses"" (ingilis). Human Rights Watch. 2019-07-10. 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Finley, Joanne. "Why Scholars and Activists Increasingly Fear a Uyghur Genocide in Xinjiang". Journal of Genocide Research. 23 (3). 2020: 348–370. doi:10.1080/14623528.2020.1848109.
- ↑ Kirby, Jen. ""Concentration camps and forced labor: China's repression of the Uighurs, explained"". Vox. 2020-09-25. 2020-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
It is the largest mass internment of an ethnic-religious minority group since World War II.
- ↑ Raffi Khatchadourian. ""Surviving the Crackdown in Xinjiang"". The New Yorker (ingilis). 2021-04-05. 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Emily Feng. ""Uighur children fall victim to China anti-terror drive"". The Financial Times. 2018-07-09. 2018-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Adrian Zenz. "Break Their Roots: Evidence for China's Parent-Child Separation Campaign in Xinjiang". The Journal of Political Risk. 7 (7). July 2019. 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 сентября 2022.
- ↑ Waller, James. "Crime and No Punishment? China's Abuses Against the Uyghurs". Georgetown Journal of International Affairs (ingilis). 22 (1). 2021: 100–111. doi:10.1353/gia.2021.0000. ISSN 2471-8831. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 сентября 2022.
- ↑ Danilova, Maria. "Woman describes torture, beatings in Chinese detention camp". Associated Press. 2018-11-27. 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Turdush, Rukiye. "Dossier: Uyghur Women in China's Genocide". Genocide Studies and Prevention. 15 (1). 28 May 2021: 22–43. doi:10.5038/1911-9933.15.1.1834.
- ↑ Turdush, Rukiye. "Dossier: Uyghur Women in China's Genocide". Genocide Studies and Prevention. 15 (1). 28 May 2021: 22–43. doi:10.5038/1911-9933.15.1.1834.
- ↑ "Muslim minority in China's Xinjiang face 'political indoctrination': Human Rights Watch". Reuters. 2018-09-09. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "Responsibility of States under International Law to Uyghurs and other Turkic Muslims in Xinjiang, China" (PDF) (ingilis). Bar Human Rights Committee. 21 September 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-04.
- ↑ 1 2 3 "China cuts Uighur births with IUDs, abortion, sterilization". Associated Press. 28 June 2020. 16 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "China Forces Birth Control on Uighurs to Suppress Population". Voice of America. 29 June 2020. 23 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Samuel, Sigal. "China's genocide against the Uyghurs, in 4 disturbing charts". Vox. 10 March 2021. 10 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "China: Uighur women reportedly sterilized in attempt to suppress population". Deutsche Welle (ingilis). 1 July 2020. 8 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "China 'using birth control' to suppress Uighurs". BBC News. 29 June 2020. 29 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "Birth rate, crude (per 1,000 people) - China". The World Bank. 3 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Ivan Watson, Rebecca Wright and Ben Westcott. "Xinjiang government confirms huge birth rate drop but denies forced sterilization of women". CNN. 21 September 2020. 27 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Finley, Joanne. "Why Scholars and Activists Increasingly Fear a Uyghur Genocide in Xinjiang". Journal of Genocide Research. 23 (3). 2020: 348–370. doi:10.1080/14623528.2020.1848109.
- ↑ Griffiths, James. "From cover-up to propaganda blitz: China's attempts to control the narrative on Xinjiang". CNN. 17 April 2021. 22 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Basu, Zachary. "Mapped: More countries sign UN statement condemning China's mass detentions in Xinjiang". Axios. 8 October 2020. 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Griffiths, James. "China avoids ICC prosecution over Xinjiang for now, but pressure is growing". CNN. 3 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "Report on Preliminary Examination Activities 2020" (PDF) (ingilis). International Criminal Court. 14 December 2020. 10 April 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-04.
- ↑ Michael R. Gordon. "U.S. Says China Is Committing 'Genocide' Against Uighur Muslims". The Wall Street Journal. 19 January 2021. 19 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Ryan Patrick Jones. "MPs vote to label China's persecution of Uighurs a genocide" (ingilis). Canadian Broadcasting Corporation. 22 February 2021. 23 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
A substantial majority of MPs — including most Liberals who participated — voted in favour of a Conservative motion that says China's actions in its western Xinjiang region meet the definition of genocide set out in the 1948 United Nations Genocide Convention. ... The final tally was 266 in favour and zero opposed. Two MPs formally abstained.
- ↑ "Dutch parliament: China's treatment of Uighurs is genocide". Reuters. February 25, 2021. 4 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Greg Heffer. "House of Commons declares Uighurs are being subjected to genocide in China". Sky News (ingilis). 22 April 2021. 22 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "French Parliament Denounces China's Uyghur 'Genocide'". AFP News. 20 January 2022. 20 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "French Parliament Denounces China's Uyghur 'Genocide'". AFP News. 20 January 2022. 20 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Thomas Manch. "Parliament unanimously declares 'severe human rights abuses' occurring against Uyghur in China". Stuff. 5 May 2021. 19 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ "Belgian MPs warn of 'risk of genocide' of China's Uyghurs". Alarabiya. 15 June 2021. 8 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.
- ↑ Gerlin, Roseanne. "Belgium, Czech Republic Legislatures Pass Uyghur Genocide Declarations". Radio Free Asia. 15 June 2021. 17 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-04.