Bmt Tehlukesizlik Surasinin 242 Sayli Qetnamesi - Wikipedia
BMT Təhlükəsizlik Şurasının Altıgünlük müharibədən sonra qəbul etdiyi qərar. 22 noyabr, 1967-ci ildə qəbul edilmişdir.[1]
Arxa fon
redaktə16 noyabrda İngiltərə ərəb dövlətləri ilə danışıqlar apardıqdan sonra, nəhayət ki, öz layihəsini irəli sürdü. İngiltərənin layihəsi üçlü layihənin giriş hissəsində düzəlişlər aparılmış forması idi. Üçlü layihəni hazırlayan dövlətlər, bundan sonra öz layihələrini İngiltərənin layihəsinin lehinə geri çəkdilər. Beləliklə, İngiltərənin hazırladığı layihə 242 saylı qərar adı ilə qəbul edildi.[2]
Qərarın mahiyyəti
redaktəQərarın əvvəlində müharibə yolu ilə torpaq qazanılmasının qəbul edilməyəcəyi və bölgədəki hər dövlətin təhlükəsizlik içində yaşaya biləcəyi, ədalətli və davamlı sülh ehtiyacı bildirildikdən sonra, I paraqrafda belə bir sülhün bu iki təmələ əsaslanmasının lazım olduğu deyilirdi, 1) İsrailin son müharibədə tutduğu torpaqlardan hərbi qüvvələrini geri çəkməsi, 2) müharibə vəziyyətinə son verilməsi. Bölgədəki hər dövlətin suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə, güc təhdidindən və gün tədbiqindən uzaq olaraq, təhlükəsiz və tanınmış sərhədlər içində, sülh şəraitində yaşama haqqının tanınması. Qərarın ikinci paraqrafında beynəlxalq su yollarında sərbəst üzmə haqqının təmin edilməsi, qaçqınlar probleminin ədalətli şəkildə həll edilməsi, bölgədəki hər bir dövlətin tanınmış sərhədləri daxilinə çəkilməsi ehtiyacı vurğulanırdı.[3]
Mübahisələr
redaktəQanuniliyini bu gün belə saxlayan bu qərar müxtəlif şərhlərə məruz qalmışdır. Qərarı şərh edərkən SSRİ nümayəndəsi qərarın tədbiq edilməsi üçün İsrailin işğal etdiyi torpaqları boşaltmasının əsas şərt olmasını bildirdi. Üstüörtülü formada olsa belə, Fransa da belə bir bəyanat verdi.[4] İsrail XİN rəhbəri Eban isə tamamilə əks fikirdə idi və ona görə qərarın əsas ünsürü sülh müqaviləsinin imzalanması idi. Suriya prezidenti Atassi, 23 noyabrda verdiyi müsahibədə 242 saylı qərarı ərəblərə hücum olduğunu bildirdi. Suriya XİN rəhbəri də 242 saylı qərarı tanımadıqlarını bildirdi. Nasir də 242 saylı qərara qarşı çıxdı.[4] Etdiyi çıxışda o, Misirin İsraili dövlət kimi tanımayacağını, İsrail ilə hər hansı sülh danışığı aparmayacağını, İsrail gəmilərini Süveyş kanalına buraxmayacağını və Fələstin xalqının haqlarını görməzdən gəlməyəcəyini bildirdi.[4]
Günümüzdə
redaktəBeləcə 242 saylı qərar qüvvəyə mindiyi gündən mübahisəli mənbəyidir. "Təhlükəsiz və tanınmış sərhədlər" ifadəsi ilə, "İsrailin işğal etdiyi torpaqlardan çəkilməsi" ifadəsindən hansının daha üstün olması sualına heç bir zaman cavab tapılmadı.[4] Buna baxmayaraq, 242 saylı qərar, 1973-cü ildə 338 saylı qərar ilə gücləndirildikdən sonra, qanuniliyini bu günə qədər davam etdirir. Bu tarixdən sonra ortaya atılan bütün Ərəb-İsrail sülh planları, daim 242 saylı qərarın hansısa hissəsini əsas olaraq götürür.[5]
İstinadlar
redaktə- ↑ Foreign Relations of the United States Volume XIX, Arab-Israeli Crisis and War, 1967, page 726, Document number 420 Arxivləşdirilib 2018-11-19 at the Wayback Machine
- ↑ Foreign Relations of the United States Volume XIX, Arab-Israeli Crisis and War, 1967, page 765–766, Document 411 Arxivləşdirilib 2018-11-19 at the Wayback Machine
- ↑ Foreign Relations of the United States Volume XIX, Arab-Israeli Crisis and War, 1967, pages 520–523, Document numbers 308 Arxivləşdirilib 2018-11-19 at the Wayback Machine and 309 Arxivləşdirilib 2018-11-19 at the Wayback Machine
- ↑ 1 2 3 4 Fahir Armaoğlu, Filistin meselesi, 1948–1988.
- ↑ State Department Study of the Meaning of Resolution 242, by Nina J. Noring of the Office of the Historian, and Walter B. Smith II, Director of the Office of Israeli and Arab-Israeli Affairs, Department of State, The Withdrawal Clause in UN Security Council Resolution 242 of 1967, Its Legislative History and the Attitudes of the United States and Israel since 1967, February 4, 1978