Bagirsaqlar - Wikipedia
Bağırsaq (lat. intestinum) — insanlar da daxil olmaqla çoxhüceyrəli heyvanlarda
Anatomik quruluşu
redaktəAnatomik olaraq bağırsaq aşağıdakı seqmentlərə bölünür:
- nazik bağırsaq (lat. intestinum tenue);
- yoğun bağırsaq (lat. intestinum crassum).
Nazik bağırsaq
redaktəNazik bağırsaq və ya orta bağırsaq (lat. intestinum tenue; yun. enteron) həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır. Böyüklərdə meyitdə uzunluğu 6–7 m-dir və üç hissəyə bölünür:
- Onikibarmaq bağırsaq – lat. duodenum (intestinum duodenum – BNA)
- Acı bağırsaq – lat. jejunum (intestinum jejunum – BNA)
- Qalça bağırsaq – lat. ileum (intestinum ileum – BNA)
Yoğun bağırsaq
redaktəYoğun bağırsaq və ya arxa bağırsaq - lat. intestinum crassum 1,5 metr uzunluğunda olub, üç hissəyə bölünür:
- Kor bağırsaq - lat. cecum (intestinum caecum - BNA);
- Çənbər bağırsaq - lat. colon;
- Düz bağırsaq - lat. rectum (intestinum rectum - BNA).
Zahiri şəkli uzun konusa bənzəyir və eni yuxarıda 7 və aşağıda 4 sm-ə çatır. Yoğun bağırsaq xaricində olan zolaqlar - lat. teniae coli, çömçələr - lat. haustra coli, köndələn şırımlar - lat. sulci transversi və piy artımları (çıxıntıları) - lat. appendices epiploicae vasitəsilə nazik bağırsaqdan ayrılır. Yoğun bağırsaq insanın və çox heyvanların həzm traktının sonuncu hissəsidir. O bağırsağın bir hissəsidi, nazik bağırsaqdan sonra başlayır və anal kanalla bitir.