Bas Goynuk - Wikipedia
Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd.[2] Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir.
Kənd | |
Baş Göynük | |
---|---|
41°19′37″ şm. e. 47°07′04″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 858 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 13260 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5514[1] |
Tarixi
redaktəŞin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Köynük variantında da işlənir. XIX əsrin əvvəllərində Göynük adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Göynük) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Göynük yaşayış məntəqəsini orta əsrlərdə Kiçik Asiyada adı çəkilən Göynük mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Göynük kəndi" deməkdir. Göynük/göyrük Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Köynük variantı isə "kənd, el, məskun yer" mənasını bildirir[3].
Coğrafiyası və iqlimi
redaktəBaş Göynük kəndi Şəki rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd Böyük Qafqaz dağlarının ətəyində yerləşdiyi üçün sərt qışı və mülayim isti yayı ilə fərqlənir. Azərbaycanın ən çox selli çaylarından biri olan Şin çayı da bu kəndin ərazisindən keçir. Bu çayın uzunluğu 36 km-dir.
Əhalisi
redaktə•Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Baş Göynük kəndi əhali sarıdan monoetnik quruluşa sahibdir. Belə ki, kənd camaatının mütləq əksəriyyəti müxtəlif Oğuz tayfalarından ibarət etnik Azərbaycan Türkləridir. Baş Göynük kəndinin ərazisi Azərbaycan tarixindəki ən qədim Türk-Oğuz məskənlərindən biridir.[4][5][6][7]
•2009-cu il siyahıya alınmasında əhalinin sayı 13260 nəfər təşkil edib.
•2024-cü ilə olan qeyri-rəsmi məlumatlara görə Baş Göynük kəndində 20.000 nəfərədək insan yaşayır.[8]
Görkəmli şəxsiyyətləri
redaktə- İbrahim Məmmədov — kimya elmləri doktoru, professor;
- Rafiq Səmədov — professor, alim;
- Gülarə Köylü qızı (Qədirbəyova) — XX əsrin əvvəllərində nəşr olunan "Şərq qadını" jurnalının ilk redaktoru, məşhur maarifpərvər, ictimai xadim;
- Yaqub Mahmudov — sabiq millət vəkili, AMEA-nın Tarix İnstitutunun sabiq direktoru, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor;
- Qərib Calalov — AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor;
- Fərman İsmayılov — fəlsəfə elmləri doktoru, professor;
- Musa İslamov — filologiya elmləri doktoru, professor;
- Ziya Hacızadə — geologiya-mineralogiya elmləri namizədi;
- Baba Babazadə — ədəbiyyatşünas;
- Abid Şərifov — Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini.
İqtisadiyyatı
redaktəKənd əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Maldarlıq və əkinçiliyin yaxşı inkişaf etməsinə baxmayaraq yararlı torpaq sahələrinin kənddən uzaqda olması (10–15 km) maddi və vaxt itkisinə yol açır. Sovet İttifaqı dövründə Baş Göynük əsasən tütünçülük və baramaçılıq üzrə ixtisaslaşmış təsərrüfata malik idi və Şəki rayonunda bu sahələr üzrə əsas yeri tuturdu.
Meyvəçilik təsərrüfatda kiçik paya malik olsa da, qoz və fındıq bağları əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Kəndin meşələri cır meyvə ağacları ilə zəngindir.
Kəndin böyük turizm potensialı vardır. Yaşıl meşələr, uca dağlar, çaylar, bulaqlar, mülayim iqlim və s. turizm üçün böyük imkanlar açır.
Din
redaktəKənddə Baş Göynük kənd məscidi dini icması fəaliyyət göstərir[9].
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- ↑ Baş Göynük // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 114. ISBN 978-9952-34-155-3.
- ↑ https://www.semanticscholar.org/paper/Bil%C9%99cik-v%C9%99-G%C3%B6yn%C3%BCk%3A-O%C4%9Fuz-t%C3%BCrkl%C9%99rinin-%C9%99n-q%C9%99dim-yurd-A%C4%9Fasiyev/68b60b0dbd4e27a2467633a927af5b13668b5e29 (#bare_url_missing_title).
- ↑ https://dergipark.org.tr/en/download/article-file/970374 (#bare_url_missing_title). 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-12.
- ↑ (PDF) http://www.ajindex.com/dosyalar/makale/acarindex-1423931472.pdf (#bare_url_missing_title).
- ↑ "Göynük üsyanı və unudulmuş Anadolu qəhrəmanı". Milli.Az (az.). 2011-12-03. 2016-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-12.
- ↑ Mənbə göstərin.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |